FəNN: vergiLƏr və vergitutma mühaziRƏ MÜƏLLİMİ: İ. E. D. M. C. HÜseynov mövzu Vergilərin yaranması və inkişaf tarixi



Yüklə 1,65 Mb.
Pdf görüntüsü
səhifə57/130
tarix01.07.2022
ölçüsü1,65 Mb.
#90283
1   ...   53   54   55   56   57   58   59   60   ...   130
[kitabyurdu.org]-KY0000338

vergi 
yoxlaması aktı
tərtib 
edilir. Bu akt vergi orqanının səlahiyyətli şəxsləri 
və yoxlanılan vergi ödəyicisinin rəhbəri tərəfindən imzalanır. Vergi 
ödəyicisi yoxlama aktında öz qeydlərini qeyd edə bilər, onu 
imzalamaqdan imtina edə bilər. Bu zaman akta müvafiq qeyd aparılır. 
Vergi yoxlaması aktında
yoxlama zamanı aşkar edilmiş və 
sənədlərlə təsdiq olunmuş 
vergi qanunvericiliyinin pozulması halları,
KitabYurdu.az 
61


bu pozuntulara görə 
məsuliyyət nəzərdə tutan maddələr
və yaxud 
vergi 
qanunvericiliyinin pozulması
hallarının olmaması göstərilir.
Vergi yoxlaması aktının forması və onun tərtib edilməsinə dair 
tələblər Vergilər Nazirliyi tərəfindən müəyyən edilir. Aktın bir nüsxəsi 
aktın tərtib edildiyi tarixdən sonra 
5 gündən gec olmayaraq
vergi 
ödəyicisinə verilir və ya göndərilir. 
Vergi ödəyicisi vergi yoxlaması aktı ilə və ya onun hər hansı bir 
hissəsi ilə razılaşdırmadıqda, aktın verildiyi gündən 
30 gün
müddətində 
müvafiq vergi orqanına aktı imzalanmasının səbəbləri izah edə, yaxud 
akta və ya onun ayrı-ayrı hissələrinə öz ehtirazını yazılı surətdə bildirə 
bilər. Bu müddət bitdikdən sonra 
15 gündən
çox olmayan müddətdə 
vergi orqanının rəhbəri və ya onun müavini vergi ödəyicisindən 
müəyyən edilmiş qaydada götürülmüş, habelə vergi ödəyicisi tərəfindən 
təqdim edilmiş sənədlərə və vergi yoxlaması aktına, vergi 
qanunvericiliyinin pozulması hallarına və onların aradan qaldırılması və 
müvafiq sanksiyaların tətbiq edilməsi məsələsinə baxır. 
Vergi ödəyicisi tərəfindən yoxlama aktı üzrə yazılı islahatlar və ya 
etirazlar təqdim edildikdə, yoxlamanın materialları vergi ödəyicisinin 
vəzifəli şəxslərinin və ya onların nümayəndələrinin iştirakı ilə baxılır. 
Vergi orqanı vergi yoxlamasının materiallarına baxılmasının yeri 
və vaxtı haqqında vergi ödəyicisinə əvvəlcədən məlumat verir. Vergi 
ödəyicisi ona əvvəlcədən məlumat verməsinə baxmayaraq üzürlü səbəb 
olmadan gəlməyibsə, yoxlamanın materiallarına, vergi ödəyicisinin 
təqdim etdiyi etirazlara, izahatlara, digər sənəd və materiallara onun 
iştirakı olmadan baxılır. 

Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə