FəNN: vergiLƏr və vergitutma mühaziRƏ MÜƏLLİMİ: İ. E. D. M. C. HÜseynov mövzu Vergilərin yaranması və inkişaf tarixi


Sənədlərin və nümunə kimi əşyaların götürülməsi barədə



Yüklə 1,65 Mb.
Pdf görüntüsü
səhifə59/130
tarix01.07.2022
ölçüsü1,65 Mb.
#90283
1   ...   55   56   57   58   59   60   61   62   ...   130
[kitabyurdu.org]-KY0000338

Sənədlərin və nümunə kimi əşyaların götürülməsi barədə 
protokol tərtib edilir. 
Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında 
protokol surəti sənədləri və əşyaları götürülən şəxsə verilir. Bu barədə 
protokolda qeyd edilir, sənədləri və əşyaları götürülən şəxsin imzası ilə 
təsdiqlənir. 
Səyyar vergi yoxlaması zamanı vergi ödəyicisi sənədləri və 
nümunə kimi əşyaları vermədiyi halda, bu barədə Vergilər Nazirliyi 
tərəfindən təsdiq edilmiş formada imtina aktı tərtib edilir və həmin akt 
vergi orqanının vəzifəli şəxsləri, yoxlamada iştirak edən digər şəxslər 
(müşahidəçilər, ekspertlər, mütəxəssislər), habelə vergi ödəyicisi və ya 
onun nümayəndəsi tərəfindən imzalanır. 
Vergi ödəyicisi nəzərdə tutulmuş qaydada sənədləri və əşyaları 
vermədiyi halda həmin sənədlərin və nümunə kimi əşyaların götürülməsi 
səyyar vergi yoxlamasının bilavasitə həyata keçirən vergi orqanının 
əsaslandırılmış müraciətinə əsasən məhkəmənin qərarı ilə həyata 
keçirilir.
Səyyar vergi yoxlaması zamanı ehtiyac olduqda ekspert, 
mütəxəssis, tərcüməçi, müşahidəçi dəvət oluna və inventarizasiya 
(Vergilər Nazirliyinin qərarı ilə) inventarizasiya aparıla bilər. 
KitabYurdu.az 
63


Operativ vergi nəzarəti.
Operativ vergi nəzarəti sahibkarlıq 
fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün 
istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material 
ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən 
olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna 
olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadı 
edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və 
aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: 
- Vergi Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada vergi
orqanlarında uçota durmayan və ya «Fərqlənmə nişanı» almayan vergi 
ödəyicilərinin aşkar edilməsi; 
- aksiz markaları ilə markalanmalı olan mallar markalanmadan və 
ya saxta aksiz markaları ilə markalanmaqla satılması, satış məqsədi ilə 
saxlanılması və ya istehsal binasının hüdudlarından kənara 
çıxılmasıfaktlarının aşkar edilməsi;

Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə