FəNN: vergiLƏr və vergitutma mühaziRƏ MÜƏLLİMİ: İ. E. D. M. C. HÜseynov mövzu Vergilərin yaranması və inkişaf tarixi



Yüklə 1,65 Mb.
Pdf görüntüsü
səhifə58/130
tarix01.07.2022
ölçüsü1,65 Mb.
#90283
1   ...   54   55   56   57   58   59   60   61   ...   130
[kitabyurdu.org]-KY0000338

Sənədlərin tələb edilməsi.
Səyyar vergi yoxlamasını keçirən vergi 
orqanının vəzifəli şəxsi yoxlama üçün zəruri olan sənədləri vergi 
ödəyicisindən müəyyən edilmiş qaydada tələb edə bilər. 
Sənədlərin verilməsi barəsində tələb yönəldilən şəxs həmin 
sənədləri 5 gün müddətində vergi orqanına təqdim etməlidir. 
Sənədlərin lazımi qaydada təsdiq edilmiş surətləri təqdim edilir. 
Səyyar vergi yoxlaması keçirdiyi zaman əşyaların nümunə kimi 
götürülməsinə yuxarıda müəyyən edilmiş hallarda və məqsədlərlə 
yoxlamanı həyata keçirən vergi orqanının vəzifəli şəxsi həmin gün vergi 
orqanının rəhbərinə və ya onun müavininə yazılı məlumat verməlidir. 
Həmin 
məlumatda 
əşyaların 
nümunə 
kimi 
götürülməsi 
əsaslandırılmalıdır.
Vergi orqanının səyyar vergi yoxlamasını həyata keçirən vəzifəli 
şəxsinin əşyaların nümunə kimi götürülməsini əsaslandıran məlumatı 
KitabYurdu.az 
62


vergi orqanının rəhbəri (rəhbərin müavini) tərəfindən araşdırılır və 
yalnız bundan sonra həmin əşyaların nümunə kimi götürülməsi barədə 
qərar qəbul edilir. 
Nümunə kimi götürülmüş əşyalar, həmin əşyaların tədqiq edilməsi 
üçün zəruri olan vaxtı nəzərə almaqla 30 gündən artıq olmayan müddətə 
götürülə bilər.
Nümunə kimi götürülmüş əşyaların saxlanılması və onların 
qorunması, qanunvericiliyə uyğun olaraq yaradılmış və fəaliyyət 
göstərən təşkilatlarda tədqiq edilməsi vergi orqanının hesabına həyata 
keçirilir. 
Nümunə kimi götürülmüş əşyalar istehlak xassələrini itirmədiyi 
halda, həmin əşyalar vergi ödəyicisinə qaytarılır. Nümunə kimi 
götürülmüş əşyalar istehlak xassələrini itirdikdə isə onların dəyəri vergi 
orqanı tərəfindən ödənilir.
Sənədlərin vergi ödəyicisi tərəfindən təsdiq olunmuş surətləri 
götürülür. 
Sənədlərin və nümunə kimi götürülmüş əşyaların gecə vaxtı 
(axşam saat 20-dən səhər saat 8-ə qədər olan müddətə) götürülməsinə 
yol verilmir. 

Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə