FəNN: vergiLƏr və vergitutma mühaziRƏ MÜƏLLİMİ: İ. E. D. M. C. HÜseynov mövzu Vergilərin yaranması və inkişaf tarixi



Yüklə 1,65 Mb.
Pdf görüntüsü
səhifə48/130
tarix01.07.2022
ölçüsü1,65 Mb.
#90283
1   ...   44   45   46   47   48   49   50   51   ...   130
[kitabyurdu.org]-KY0000338

KitabYurdu.az 
52


Vergi ödəyicilərinin uçot məlumatlarıda dəyişikliklər onların 
Vergilər Nazirliyi tərəfindən təsdiq edilmiş forma üzrə təqdim etdikləri 
ərizə əsasında aparılır. 
Vergi ödəyicisi olan fiziki şəxsin uçotdan çıxarılması aşağıdakı 
hallarda mümkündür:
-
fəaliyyətinə xitam verildikdə; 
-
məhkəmə tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada 
itkin düşmüş və ya fəaliyyət qabiliyyətini itirmiş sayıldıqda; 
-
vəfat etdikdə. 
Vergi ödəyicisi uçotdan çıxarıldıqda, onun uçota alınmasını təsdiq 
edən şəhadətnamə vergi orqanına təhvil verilir. Vergi orqanı 
şəhadətnamə-dublikatın etibarsız hesab olunması barədə bank 
idarələrinə məlumat verməlidir. 
Uçot məlumatları əsasında Vergilər Nazirliyi vergi ödəyicilərinin 
vahid dövlət reyestrini Vergi Məcəlləsinə müvafiq olaraq aparır. 
Vergi ödəyiciləri vahid dövlət reyestrinə daxil edilərkən onların 
uçota alınması haqqında vergi orqanına təqdim etdikləri ərizədəki 
məlumatlardan istifadə olunur. Vahid dövlət reyestri kağız və (və ya) 
elektron yazıları formasında aparılmalıdır. 
Vergi Məcəlləsi ilə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi 
ödəyicisi haqqında məlumatlar onun uçota alınması anından vergi sirrini 
təşkil edir. 
Vergi ödəyicisi kimi uçota alınmayan vergi agenti olan təşkilatlar 
yuxarıda göstərilən qaydada olduqları yer üzrə vergi orqanlarında uçota 
alınırlar. 
Vergi ödəyicisinin uçota alınması barədə ona şəhadətnamə verilir. 
Vergi ödəyicisi uçota alınması haqqında şəhadətnaməni aldıqdan 
sonra, bank idarəsində hesab açmaq üçün vergi orqanına ərizə verir. 
Vergi orqanı bu ərizə əsasında vergi ödəyicisinə 2 gündən gec 
olmayaraq şəhadətnamə-dublikat verir. Vergi ödəyicisinə verilən 
şəhadətnamə-dublikatların sayı məhdudlaşdırılmır və onların hər biri 
nömrələnir. Şəhadətnamə-dublikatın alınması üçün vergi ödəyicisi 
tərəfindən verilən ərizənin və şəhadətnamə-dublikatın forması Vergilər 
Nazirliyi tərəfindən təsdiq edilir. 
Bank hesabının açılması üçün şəhadətnamə-dublikat vergi 
ödəyicisinin büdcəyə vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcu 
olmadıqda verilir. 

Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə