FəNN: vergiLƏr və vergitutma mühaziRƏ MÜƏLLİMİ: İ. E. D. M. C. HÜseynov mövzu Vergilərin yaranması və inkişaf tarixi



Yüklə 1,65 Mb.
Pdf görüntüsü
səhifə45/130
tarix01.07.2022
ölçüsü1,65 Mb.
#90283
1   ...   41   42   43   44   45   46   47   48   ...   130
[kitabyurdu.org]-KY0000338

KitabYurdu.az 
49


həyata keçirilməsi məqsədilə yaradılan bölmələri ayrıca uçota alına və 
onlara VÖEN verilə bilər. 
Hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan 
həyata keçirən fiziki şəxsin (fərdi sahibkarın) vergi ödəməsi vəzifəsini 
şərtləndirən halların olub-olmamasından asılı olmayaraq onlar vergi 
orqanında vergi ödəyicisi kimi uçota alınır. 
Vergi orqanlarında uçota alınmaq üçün vergi ödəyiciləri tərəfindən 
onların olduğu və ya yaşadığı yer üzrə vergi orqanına ərizə verilir. Vergi 
orqanına ərizə hüquqi şəxsin dövlət qeydiyyatına alındığı gündən, 
Azərbaycan Respublikasında filial və nümayəndəlik vasitəsi ilə 
sahibkarlıq fəaliyyəti həyata keçirildikdə isə filial və nümayəndəliyin 
yaradılmasından sonra 30 gün müddətində verilməlidir. Dövlət 
qeydiyyatını həyata keçirən orqan göstərilən şəxslərin dövlət 
qeydiyyatına alınması barədə onlara qeydiyyat sənədləri ilə birlikdə 
həmin sənədlərin verilməsi tarixini əks etdirən arayış verir. 
Daimi nümayəndəliyin vergi orqanlarında uçota alınması 
Azərbaycan Respublikasının hüquqi şəxsləri üçün müəyyən edilmiş 
qaydada həyata keçirilir. 
Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən 
fiziki şəxs ərizəni, sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi 
orqanına verməlidir. 
Ödəmə mənbəyində vergiyə cəlb olunması nəzərdə tutulmayan 
(tutulması mümkün olmayan) gəlirləri olan və ya royaltidən gəliri olan 
fiziki şəxslər yaxud Azərbaycan Respublikasının hüdudlarından kənarda 
gəlir əldə edən rezident fiziki şəxslər ərizəni gəlir əldə etmək hüququ 
yarandığı gündən gec olmayaraq vergi orqanına verməlidir. 
Vergi ödəyicisinin vergi uçotuna alınması yerinin müəyyən 
edilməsi ilə bağlı çətinliklər ortaya çıxdıqda, təqdim olunmuş 
məlumatlar əsasında yuxarı vergi orqanı tərəfindən qərar qəbul edilə 
bilər. 
Vergilər Nazirliyi tərəfindən müəyyən edilən iri vergi ödəyiciləri 
və xüsusi vergi rejimli müəssisələr Nazirlər Kabinetinin müəyyən etdiyi 
qaydada mərkəzləşdirilmiş uçota alına bilər. 
İri vergi ödəyicilərinin və xüsusi vergi rejimli müəssisələrin 
mərkəzləşdirilmiş uçotu Azərbaycan Respublikası Vergilər Nazirliyinin 
İri vergi ödəyiciləri və xüsusi vergi rejimli müəssisələr ilə iş üzrə 
Departament tərəfindən aparılır. 

Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə