FəNN: vergiLƏr və vergitutma mühaziRƏ MÜƏLLİMİ: İ. E. D. M. C. HÜseynov mövzu Vergilərin yaranması və inkişaf tarixi



Yüklə 1,65 Mb.
Pdf görüntüsü
səhifə41/130
tarix01.07.2022
ölçüsü1,65 Mb.
#90283
1   ...   37   38   39   40   41   42   43   44   ...   130
[kitabyurdu.org]-KY0000338

KitabYurdu.az 
44


- məhkəmənin qərarı ilə müsadirə edilmiş aksiz markası olmayan və 
ya saxta aksiz markaları ilə markalanmış malların satışını 
qanunvericiliyə uyğun olaraq təşkil etmək

Vergi 
Məcəlləsi 
və 
Azərbaycan 
Respublikasının digər 
qanunvericilik aktları ilə vergi orqanlarının təyinatına uyğun olaraq 
nəzərdə tutulmuş başqa hüquqları həyata keçirtmək. 
Yuxarı vergi orqanları tabeliyində olan vergi orqanlarının və 
onların vəzifəli şəxslərinin qeyri-qanuni aktlarını və qərarlarını ləğv edə 
bilərlər. 
 
6. Vergi orqanlarının vəzifələri və məsuliyyəti 
 
Vergi orqanlarının Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə 
müəyyən edilmiş vəzifələri aşağıdakılardır: 
- vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə 
nəzarət etmək; 
- vergi qanunvericiliyinə tam və dəqiq riayət etmək; 
- vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləmək 
və müdafiə etmək; 
- vergi qanunvericiliyi və vergi qanunvericiliyində edilən 
dəyişikliklər barədə vergi ödəyicilərinə kütləvi informasiya vasitələri ilə 
və ya fərdi qaydada əvəzsiz olaraq məlumat vermək, müəyyən edilmiş 
hesabat formalarının doldurulması qaydalarını izah etmək, vergilərin 
hesablanması və ödənilməsi barədə izahatlar vermək, vergi ödəyicilərinə 
onların hüquq və vəzifələrini izah etmək; 
- hesablanmış və təyinatı üzrə daxil olmuş vergilərin uçotunu 
aparmaq və bu barədə müvafiq icra hakimiyyəti orqanlarına məlumat 
vermək; 
- vergi qanunvericiliyinin pozulması hallarına dair məlumatları 
toplamaq, təhlil etmək və qiymətləndirmək, belə halların baş verməsinə 
gətirib çıxaran səbəblərin və şəraitin aradan qaldırılması üçün müvafiq 
dövlət orqanlarına təkliflər vermək; 
- vergi ödəyicilərinin, onların filiallarının, nümayədiklərinin və ya 
digər bölmələrinin, habelə nəzarət-kassa aparatlarının uçotunu 
aparmağa; 
- kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatını və dövlət 
reyestrini aparmağa və bunla bağlı məlumatları qanunvericiliklə 
müəyyən edilmiş qaydada və müddətlərdə müvafiq icra hakimiyyəti 
orqanlarına göndərməyə; 

Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə