FəNN: vergiLƏr və vergitutma mühaziRƏ MÜƏLLİMİ: İ. E. D. M. C. HÜseynov mövzu Vergilərin yaranması və inkişaf tarixi



Yüklə 1,65 Mb.
Pdf görüntüsü
səhifə42/130
tarix01.07.2022
ölçüsü1,65 Mb.
#90283
1   ...   38   39   40   41   42   43   44   45   ...   130
[kitabyurdu.org]-KY0000338

KitabYurdu.az 
45


- Vergi Məcəlləsində və qanunvericilikdə nəzərdə tutulmuş 
qaydada vergi ödəyiciləri haqqında məlumatın, o cümlədən vergi və 
kommersiya sirrinin qorunması qaydalarına riayət etmək və onu təmin 
etmək; 
- vergi ödəyicilərinə vergi yoxlamalarının nəticələri haqqında 
aktın, habelə qanunvericiliklə müəyyən edilmiş hallarda vergi orqanının 
qərarının surətini vermək; 
- vergi ödəyiciləri tərəfindən artıq ödənilmiş vergi məbləğlərinin 
əvəzləşdirilməsi və ya geri qaytarılması, habelə vergi ödəyicilərindən 
düzgün tutulmayan vergi məbləğlərinin, maliyyə sanksiyalarının, 
faizlərin və inzibati cərimələrin geri qaytarılması üçün qanunvericiliklə 
müəyyən edilmiş tədbirləri görmək; 
- tabeliyində olan vergi orqanlarının fəaliyyətinə nəzarəti həyata 
keçirmək; 
- Vergi Məcəlləsi və Azərbaycan Respublikasının digər 
qanunvericilik aktları ilə vergi orqanlarının təyinatına uyğun olaraq 
müəyyən edilmiş digər vəzifələri həyata keçirmək. 
Vergi orqanlarının vəzifəli şəxsləri dövlət qulluğundadırlar. Vergi 
orqanlarının vəzifəli şəxsləri Azərbaycan Respublikası Vergilər Naziri 
tərəfindən müəyyən edilmiş qaydada vəzifəyə təyin olunur və vəzifədən 
azad olunur. 
Vergi orqanlarının vəzifəli şəxsləri elmi, pedaqoji və yaradıcılıq 
fəaliyyəti istisna olmaqla, heç bir sahibkarlıq və digər ödənişli fəaliyyət 
növləri ilə məşğul ola bilməzlər. 
 
Mövzu 4. Vergi nəzarəti. Vergi qanunvericiliyinin 
pozulmasına görə məsuliyyət
 
P L A N 
 
1. Vergi nəzarətinin növləri və formaları 
2. Vergi ödəyicilərinin uçotu 
3. Vergi yoxlamaları 
4. Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət 
KitabYurdu.az 
46



Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə