FəNN: vergiLƏr və vergitutma mühaziRƏ MÜƏLLİMİ: İ. E. D. M. C. HÜseynov mövzu Vergilərin yaranması və inkişaf tarixi



Yüklə 1,65 Mb.
Pdf görüntüsü
səhifə43/130
tarix01.07.2022
ölçüsü1,65 Mb.
#90283
1   ...   39   40   41   42   43   44   45   46   ...   130
[kitabyurdu.org]-KY0000338

1.
 
Vergi nəzarətinin növləri və formaları 
Vergi orqanları vergilərin tam və vaxtında yığılmasını təmin etmək 
məqsədi ilə vergi nəzarətini həyata keçirirlər. Sözün geniş mənasında 
nəzarət qanunçuluğun təmin edilməsinin xüsusi üsuludur. Vergi nəzarəti 
vergi ödəyicilərinin və vergitutma obyektlərinin uçotuna habelə
qanunvericiliyinə riayət olunmasına vahid nəzarət sistemdir. 
Vergi nəzarətinin əsas vəzifəsi dövlətin iqtisadi təhlükəsizliyinin 
təmin edilməsidir. Buna görə də vergi nəzarətinin əsas üsulları ilk 
növbədə proqnoz, xəbərdarlıq, sonra isə cəza tədbirləri olmalıdır.
Vergi nəzarətini Azərbaycan Respublikasının Vergi Məcəlləsində 
və Gömrük Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada Vergilər 
Nazirliyi və Azərbaycan Respublikasının Gömrük Komitəsi həyata 
keçirirlər. 
Yerli vergilərin qanunvericiliyə uyğun olaraq hesablanmasına, tam 
və vaxtında ödənilməsinə nəzarət bələdiyyələrin vergi xidməti orqanları 
tərəfindən həyata keçirirlər. 
Vergi nəzarətinin növləri onların keçirilmə müddətində və 
aparılma mənbəyindən asılı olaraq müəyyən edilir. Bunu sxematik 
olaraq şəkildə olduğu kimi əks etdirmək olar. 
Operativ nəzarət hesabat dövrü daxilində nəzarətdə saxlanılan 
əməliyyat başa çatarkən onun kəmiyyət və keyfiyyət səciyyələrinə 
uyğun olaraq həyata keçirilən nəzarətdir. Bu nəzarət üçün məlumat 
mənbələri plan, operativ texniki, statistik və mühasibat məlumatlarıdır. 
Dövri nəzarət müəyyən hesabat dövründə plan, smeta, normativ
ilkin sənədlər, hesabatlar, uçot registrindəki qeydlər və s. mənbələrin 
məlumatları əsasında həyata keçirilən yoxlamadır. Bu nəzarətin əsas 
Vergi nəzarətinin növləri 
Keçirilmə müddətinə görə 
Aparılma mənbəyinə görə 
operativ 
dövri 
sənədli 
faktiki 
KitabYurdu.az 
47


məqsədi vergi qanunvericiliyinin tələblərinə əməl edilməsinin, vergilərin 
tam və vaxtında ödənilməsinin müəyyənləşdirilməsi, yoxlanılan 
obyektin fəaliyyətindəki çatışmamazlıqların və qanun pozuntularının 
aşkar edilməsi və onların aradan qaldırılması üçün tədbirlərin 
görülməsidir. 
Sənədli nəzarət zamanı yoxlanılan obyektin məzmununun onun 
təyinatına uyğunluğu müəyyənləşdirilir. Bu yoxlama sənədlərdə əks 
olunmuş plan və hesabat məlumatlarının müqayisəsi yolu ilə aparılır. 
Faktiki nəzarət zamanı yoxlanılan obyektin kəmiyyət və keyfiyyət 
vəziyyəti baxış, ölçmə, yenidən hesablanma, ekspertiza və s. tədqiqat 
üsulları ilə müəyyən edilir. 
Dünya praktikasında hal-hazırda auditor nəzarəti geniş yer 
almışdır. Azərbaycanda fəaliyyətində xarici investorların iştirak etdiyi 
müəssisələr, bank və kredit müəssisələri, sığorta təşkilatları, səhmdar 
cəmiyyətləri üçün məcburi auditor yoxlaması nəzərdə tutulmuşdur. 
Vergi orqanları vergi nəzarətini vergi ödəyicilərinin və vergitutma 
obyektlərinin uçotunu aparmaqla, vergi ödəyiciləri və digər şəxslər 
arasında sorğu aparmaqla, gəlir əldə etmək üçün istifadə olunan binalara 
baxış keçirməklə və Vergi Məcəlləsi ilə müəyyən edilmiş digər yollarla 
həyata keçirirlər. 
Vergi nəzarətinin formaları vergi orqanları tərəfindən həyata 
keçirilən müəyyən tədbirlər kompleksidir. Vergi nəzarətinin aşağıdakı 
formaları var: 
Bunu sxematik olaraq şəkildə olduğu kimi əks etdirmək olar. 
Vergi yoxlamaları 
Vergi ödəyicilərinin uçotu 

Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə