FəNN: vergiLƏr və vergitutma mühaziRƏ MÜƏLLİMİ: İ. E. D. M. C. HÜseynov mövzu Vergilərin yaranması və inkişaf tarixi



Yüklə 1,65 Mb.
Pdf görüntüsü
səhifə38/130
tarix01.07.2022
ölçüsü1,65 Mb.
#90283
1   ...   34   35   36   37   38   39   40   41   ...   130
[kitabyurdu.org]-KY0000338

KitabYurdu.az 
41


- bəzi fəaliyyət növü istisna olmaqla, nağd pul hesablaşmalarını 
nəzarət-kassa aparatları vasitəsiylə həyata keçirtmək; 
- nağd pul hesablaşmaları aparan zaman alıcıya çek, qəbz, bank 
çıxarışları və digər ciddi hesabat blanklarını təqdim etmək və həmin çek 
bank çıxarışları və ya ciddi hesabat blanklarında qanunvericiliklə 
müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etmək; 
- istismar zamanı nəzarət-kassa aparatının plombu pozulduqda və ya 
başqa nasazlıqlar yarandıqda vergi orqanlarına dərhal məlumat 
verməklə, nəzarət-kassa aparatından istifadəni müvəqqəti dayandırmaq 
və həmin müddətdə nağd pul hesablaşmalarının qeydiyyatının müvafiq 
icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada 
aparılmasını təmin etmək; 
- sahibkarlıq fəaliyyəti məqsədləri üçün qeyri-rezident bank 
idarələrində və digər qeyri-rezident kredit təşkilatlarında hesabların 
açılması üçün vergi orqanlarından alınmış şəhadətnamə-dublikatların 
bildiriş hissəsində müvafiq qeydlər etməklə bu hesablar üzrə 
əməliyyatlar aparıldığı tarixədək vergi orqanına təqdim etmək; 
- vergi ödəyicisinin hesabat dövründə sahibkarlıq fəaliyyəti və ya 
digər vergi tutulan əməliyyatı olmadığı halda vergi orqanına vergi 
hesabatının əvəzinə hesabatın təqdim edilməsi üçün müəyyən edilmiş 
müddətdən gec olmayaraq arayış təqdim edilir
- vergi ilində vergi ödəyicisi sahibkarlıq fəaliyyətini və ya digər vergi 
tutulan əməliyyatlarını müvəqqəti dayandıqda, həmin fəaliyyətin və ya 
əməliyyatların dayandırılması günündən gec olmayaraq vergi orqanına 
müvafiq arayış təqdim etməlidir. Arayışda sahibkarlıq fəaliyyətinin və 
ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti 
göstərilməlidir. 
4. Dövlət vergi orqanları 
1885-ci il aprel ayının 30-da imperator III Aleksandr Rusiya 
İmperiyasında vergi müfəttişi vəzifəsinin təsis olunması barədə fərman 
imzaladı. Bu tarixə qədər xəzinəyə vergi daxilolmalarına nəzarəti 
quberniya vergi idarələri həyata keçirirdi. Bu tarixdən Rusiya 
İmperiyasında ixtisaslaşmış vergi xidmətinin təşəkkül tapması başlanır. 
Bazar münasibətlərinin inkişafı və vergi sisteminin təşəkkül 
tapması ilə əlaqədar olaraq 1991-ci il oktyabrın 14-də Azərbaycan 
Respublikasının dövlət vergi xidməti orqanları yaradıldı. 

Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə