FəNN: vergiLƏr və vergitutma mühaziRƏ MÜƏLLİMİ: İ. E. D. M. C. HÜseynov mövzu Vergilərin yaranması və inkişaf tarixi



Yüklə 1,65 Mb.
Pdf görüntüsü
səhifə47/130
tarix01.07.2022
ölçüsü1,65 Mb.
#90283
1   ...   43   44   45   46   47   48   49   50   ...   130
[kitabyurdu.org]-KY0000338

KitabYurdu.az 
51


Vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnaməsinin 
forması Maliyyə Nazirliyi ilə razılaşdırılmaqla Vergilər Nazirliyi 
tərəfindən təsdiq edilir. 
Vergi ödəyicisinin olduğu yer və ya yaşadığı yer dəyişdikdə, o, 
vergi orqanına bu cür dəyişiklik baş verdiyi gündən 15 gün müddətində 
ərizə verməlidir. Vergi ödəyicisinin vergi uçotunda olduğu yeri və ya 
yaşadığı yeri dəyişdiyi barədə ərizə ilə müraciət etdiyi gündən sonra 15 
gün müddətində həmin vergi orqanı vergi ödəyicisinin yenidən uçota 
alınmasını (yəni əvvəlki vergi orqanından uçotdan çıxarılması və yeni 
vergi orqanında uçota alınması) həyata keçirməlidir. 
Vergi ödəyicisi vergi orqanında uçota alınmaq üçün verdiyi ərizə 
formasında olan məlumatlarda hər hansı dəyişilik baş verdikdə, 
dəyişiklik baş verən gündən 15 gün müddətində vergi orqanına məlumat 
verməlidir. 
Hüquqi şəxsin ləğvi və ya yenidən təşkil edilməsi, hüquqi şəxs 
tərəfindən öz filialının və ya nümayəndəliyinin ləğv edilməsi, 
nümayəndəlik vasitəsi ilə fəaliyyətinin ləğvi, fərdi sahibkarın 
fəaliyyətinin ləğvi hallarında uçotdan çıxarılma yuxarıda göstərilən 
müddətlər nəzərə alınmaqla vergi ödəyicisinin müraciətinə əsasən 
həyata keçirilir. 
Uçota alınma, yenidən uçota alınma, uçotdan çıxarılma ödənişsiz 
həyata keçirilir. 
Hər bir vergi ödəyicisinə bütün vergilər üzrə, o cümlədən 
Azərbaycan Respublikasının gömrük sərhəddindən malların keçirilməsi 
ilə bağlı ödənişlər üzrə Azərbaycan Respublikasının bütün ərazisində 
vahid olan vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) verilir. 
Vergi orqanı vergi ödəyicisinə göndərilən bütün bildirişlərdə onun 
eyniləşdirmə nömrəsini göstərir. 
Vergi ödəyiciləri mühasibat, statistika hesabatlarında vergi haqq – 
hesablarında, bəyannamələrdə, təsərrüfat müqavilələrində, hesab – 
fakturalarda, 
qaimələrdə, 
nəzarət-kassa 
aparatlarının çeklərində, 
məktublarda, habelə gömrük, bank və bütün digər ödəniş sənədlərində 
VÖEN-i mütləq göstərməlidirlər. 
Vergi ödəyicilərinin hər hansı tədiyə, bank və gömrük sənədində 
VÖEN göstərilmədikdə, ödənişi aparan müvafiq bank idarələri, vergi və 
gömrük orqanları tərəfindən bu sənədlərin icra üçün qəbul edilməsinə 
yol verilmir. 

Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə