Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin verilməsi qaydası haqqında Əsasnamə



Yüklə 143,74 Kb.
Pdf görüntüsü
tarix01.07.2018
ölçüsü143,74 Kb.
#52502


Azərbaycan Respublikasına  

qayıdış şəhadətnaməsinin verilməsi qaydası 

“Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin verilməsi qaydası haqqında 

Əsasnamə” yə uyğun olaraq, Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi aşağıdakı 

kateqoriya şəxslərə verilə bilən, bu şəxslərin şəxsiyyətini təsdiq edən və onlara yalnız 

Azərbaycan Respublikasına qayıtmaq hüququ verən rəsmi sənəddir: 

       • xarici ölkədə pasportu itmiş, oğurlanmış, yararsız hala düşmüş və ya etibarlılıq müddəti 

bitmiş Azərbaycan Respublikası vətəndaşına və onunla birgə Azərbaycan Respublikasına 

qayıdan 18 yaşına çatmayan uşağına; 

       • xarici ölkədə 18 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşına; 

       • xarici ölkədə pasportu itmiş, oğurlanmış, yararsız hala düşmüş və ya etibarlılıq müddəti 

bitmiş Azərbaycan Respublikasında qanuni əsaslarla daimi yaşayan vətəndaşlığı olmayan 

şəxsə və onunla birgə Azərbaycan Respublikasına qayıdan 18 yaşına çatmayan uşağına; 

       • xarici ölkədə 18 yaşına çatmış Azərbaycan Respublikasında qanuni əsaslarla daimi 

yaşayan vətəndaşlığı olmayan şəxsə. 

Bu halda “pasport” dedikdə, aşağıdakılar nəzərdə tutulur: 

       • Azərbaycan Respublikası vətəndaşları üçün yalnız: 

       - Azərbaycan Respublikası vətəndaşının diplomatik, xidməti və ya ümumvətəndaş 

pasportu;  

       - Azərbaycan Respublikası dənizçisinin şəxsiyyət sənədi. 

       • Azərbaycan Respublikasında qanuni əsaslarla daimi yaşayan vətəndaşlığı olmayan 

şəxslər üçün yalnız: 

      - Azərbaycan Respublikasının hüdudlarından kənara getməsi üçün Azərbaycan 

Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi;  

       - Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsi.  

 

Diqqət! Xarici ölkədə daimi və ya müvəqqəti yaşayan Azərbaycan Respublikası vətəndaşı 

Azərbaycan Respublikasının müvafiq xarici ölkədəki (və yaxud ən yaxın ölkədəki) diplomatik 

nümayəndəlik və ya konsulluğunda konsulluq uçotuna alınmalı və onun pasportunda bu 

barədə qeyd edilməli, möhürlə təsdiqlənməlidir! 



Növləri 

Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin iki növü var: 

1. Azərbaycan Respublikasının vətəndaşları üçün nəzərdə tutulan qayıdış şəhadətnaməsi (AA 

seriyalı); 

2. Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər üçün nəzərdə 

tutulan qayıdış şəhadətnaməsi (AB seriyalı). 



Təyinatı 

Azərbaycan Respublikasına hər bir qayıdış şəhadətnaməsinin təyinatı - müvafiq qrup şəxslər 

üçün Azərbaycan Respublikasına yalnız bir dəfə sərhədkeçmə (ölkəmizə giriş) aktını həyata 

keçirməklə qayıtmaq hüququnu təmin etməkdir. 

Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin təyinatından kənar məqsədlərlə istifadə 

edilməsi qadağandır! 



Qayıdış şəhadətnaməsinin verilməsi üçün  

tələb olunan sənədlər.  

Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi verilməsi üçün aşağıdakı sənədləri təqdim 

etmək lazımdır: 

Azərbaycan Respublikasının vətəndaşları üçün:  

1. 1 ədəd ərizə anket (nümunəsi əlavə olunur);  

2. 2 ədəd rəngli foto-şəkil (3x4 sm ölçüdə); 




3. dövlət rüsumunun ödənilməsi haqqında qəbz;  

4. Həmçinin aşağıdakı halların hər hansı biri zamanı yuxarıda sadalanan   sənədlərə əlavə 

olaraq, müvafiq sənədlər təqdim olunmalıdır:  

4.1. Pasport yararsız hala düşdükdə və ya onun etibarlılıq müddəti bitdikdə:  

- pasportun əsli; 

- Azərbaycan Respublikasının vətəndaşının pasportunun qəsdən korlanmasına görə (əgər 

pasportun yararsız hala düşməsinin səbəbi kimi bu fakt müəyyən olunarsa) inzibati cərimənin 

ödənilməsi haqqında qəbz. 

4.2. Pasportu itdikdə və ya oğurlandıqda: 

- Üzərində fotoşəkil olan, şəxsiyyətini və Azərbaycan Respublikasının vətəndaşlığını 

müəyyənləşdirən sənədlərdən birinin surəti: 

      Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi,  

      Azərbaycan Respublikası tərəfindən verilmiş hərbi bilet 

      Azərbaycan Respublikası tərəfindən verilmiş sürücülük vəsiqəsi; 

     Şəxsiyyətini və Azərbaycan Respublikasının vətəndaşlığını müəyyənləşdirən digər rəsmi 

sənəd (Üzərində fotoşəkil olmadığı üçün Azərbaycan Respublikasının doğum haqqında 

şəhadətnaməsi yeganə sənəd olaraq təqdim oluna bilməz). 

- Pasportun itirildiyi ölkənin polis orqanı tərəfindən müvafiq pasportun itirilməsi ilə əlaqədar 

müraciətin edildiyini / müvafiq pasportun itirilməsi faktını təsdiq edən arayışın əsli; 

- Azərbaycan Respublikasının vətəndaşının pasportunun itirilməsinə görə inzibati cərimənin 

ödənilməsi haqqında qəbz.  

Diqqət!  

Azərbaycan Respublikasında qeydiyyatda olan və dənizçilik məqsədilə istifadə edilən 

gəmilərdə hər hansı dənizçi vəzifəsində işləyən Azərbaycan Respublikası vətəndaşına məxsus 

Dənizçinin şəxsiyyət sənədinin itirilməsi və qəsdən korlanmasına görə inzibati cərimənin 

tutulması - Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası səlahiyyətlərinə 

aiddir. 


Qanunvericiliklə müəyyən olunmuş  

məsuliyyət və məhdudiyyətlər  

- Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən, Azərbaycan 

Respublikasının vətəndaşları və Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı 

olmayan şəxslər müvafiq qaydada məsuliyyətə cəlb edilə bilərlər:  

Azərbaycan Respublikasının ərazisində - müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan 

Respublikasının Daxili İşlər Nazirliyi) tərəfindən;   

Azərbaycan Respublikasının hüdudlarından kənarda - Azərbaycan Respublikasının diplomatik 

nümayəndəlik və konsulluqları tərəfindən.  

- Hər bir şəxs Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsini möhkəm saxlamağa 

borcludur! 

Şəxs xarici ölkədə Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi itdikdə, oğurlandıqda, 

yararsız hala düşdükdə (qəsdən korlandıqda) və etibarlılıq müddəti bitdikdə, dərhal 

Azərbaycan Respublikasının müvafiq xarici ölkədəki (və yaxud ən yaxın ölkədəki) diplomatik 

nümayəndəlik və ya konsulluğuna məlumat verməlidir. Eyni zamanda, şəxs yararsız hala 

düşmüş və yaxud etibarlılıq müddəti bitmiş qayıdış şəhadətnaməsini mütləq Azərbaycan 

Respublikasının müvafiq diplomatik nümayəndəlik və ya konsulluğuna təhvil verməlidir. 

Bu hallarda Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və ya konsulluğu 

tərəfindən işin faktiki halları araşdırılaraq həmin şəxsin adına yuxarıda göstərilən qaydalar 

əsasında yeni şəhadətnamə rəsmiləşdirilə bilər.  

Bu zaman əlavə olaraq, Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və ya 

konsulluğu tərəfindən Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi itmiş və qəsdən 



korlanmaqla yararsız hala düşmüş həmin şəxsdən qanunvericiliklə müəyyən olunmuş 

müvafiq inzibati cərimə tutulur. 

- Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi əsasında Azərbaycan Respublikasına 

qayıdan şəxs Azərbaycan Respublikasının ərazisinə qayıtdığı vaxtdan 20 gün müddətində bu 

şəhadətnaməni ona pasport verən Azərbaycan Respublikasının müvafiq dövlət orqanına təhvil 

verməlidir. 

- Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsini almaq üçün müraciət edən şəxs özü, 

habelə onunla birgə Azərbaycan Respublikasına qayıdan 18 yaşına çatmayan və ya xarici 

dövlətdə 18 yaşına çatmış şəxs barəsində bilərəkdən yanlış məlumat verərsə, ona şəhadətnamə 

verilməsindən imtina olunur və bu barədə yazılı cavab verilir. Şəhadətnamənin verilməsinə 

imtina edildikdə şəxslər bu barədə qanunvericiliklə müəyyən edilmiş qaydada şikayət edə 

bilərlər. 

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən, Azərbaycan Respublikasına 

qayıdış şəhadətnaməsinin verilməsindən əsassız imtina edilməsinə, verilməsi üçün qanunla 

nəzərdə tutulmayan əlavə sənədlər tələb edilməsinə və ya onun verilməsində 

süründürməçiliyə yol verilməsinə görə - vəzifəli şəxslər səksən avro miqdarda cərimə edilir. 



Qayıdış şəhadətnaməsinin əldə edilməsi üçün müraciət edilməsi və qayıdış 

şəhadətnaməsinin verilməsi qaydaları  

Qayıdış şəhadətnaməsinin əldə edilməsi üçün müraciət edilməsi və qayıdış şəhadətnaməsinin 

verilməsi qaydaları:  

       - Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və ya konsulluqları; 

       - Azərbaycan Respublikasının diplomatik nümayəndəliyi və ya konsulluğu olmayan 

xarici ölkələrdə ikitərəfli və ya çoxtərəfli beynəlxalq müqavilələrlə müəyyən edilmiş qaydada 

Azərbaycan Respublikasının mənafeyini təmsil edən digər dövlətin diplomatik nümayəndəliyi 

və ya konsulluğu. 

18 yaşına çatmış (o cümlədən xarici ölkədə ikən 18 yaşı tamam olmuş) Azərbaycan 

Respublikası vətəndaşı və ya Azərbaycan Respublikasında qanuni əsaslarla daimi yaşayan 

vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi verilməsi 

üçün sərbəst şəkildə şəxsən və ya qanuni nümayəndələri vasitəsi ilə müraciət etməlidirlər. 

Xarici ölkədə yaşayan Azərbaycan Respublikası vətəndaşı və ya Azərbaycan Respublikasında 

daimi yaşayan vətəndaşlığı olmayan şəxs 18 yaşına çatmamışdırsa, onun adına ayrıca qayıdış 

şəhadətnaməsi verilə bilməz.  

Yetkinlik yaşına çatmamış belə şəxslər yalnız yuxarıda sadalanan kateqoriyadan olan 

şəxslərin (valideynlərindən biri, qanuni nümayəndəsi (övladlığa götürənləri, qəyyum və ya 

himayəçiləri); və ya qanunvericiliklə nəzərdə tutulmuş qaydada rəsmi təsdiq olunmuş 

etibarnamə əsasında hər hansı Azərbaycan Respublikası vətəndaşının) müşayiəti ilə ölkəmizə 

qayıda bilər.  

Bu zaman yetkinlik yaşına çatmamış uşaqların soyadı, adı, atasının adı cinsi və doğulduğu 

tarix ölkəmizə birgə qayıdacağı Azərbaycan Respublikası vətəndaşı və ya Azərbaycan 

Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsə verilən qayıdış şəhadətnaməsinə 

yazılır və foto-şəkli bu şəhadətnamə blankında xüsusi nəzərdə tutulmuş xanalara 

yapışdırılaraq möhürlənir.  

Əgər bu halda 18 yaşına çatmamış uşaqların sayı 3-dən artıqdırsa, ölkəmizə birgə qayıdacağı 

müvafiq Azərbaycan Respublikası vətəndaşı və ya Azərbaycan Respublikasında daimi 

yaşayan vətəndaşlığı olmayan eyni şəxsin adına ikinci şəhadətnamə rəsmiləşdirilir; 4-cü və 

sonrakı yetkinlik yaşına çatmamış uşaqlar eyni qaydada (soyadı, adı, atasının adı cinsi və 

doğulduğu tarix bu şəhadətnamə blankına yazılmaqla və foto-şəkli bu şəhadətnamə blankında 

xüsusi nəzərdə tutulmuş xanalara yapışdırılaraq möhürlənməklə) ikinci şəhadətnaməyə qeyd 

edilməlidir.    

Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsini almaq üçün müraciət edən şəxs 



tərəfindən müvafiq zəruri sənədlər təqdim edildikdən və müvafiq ərizə-anket qeydiyyata 

alındığı vaxtdan sonra, şəhadətnamə ən geci 3 təqvim günü müddətində verilir.  

Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsini almaq üçün müraciət edən şəxsin 

şəxsiyyətini təsdiq edən müvafiq sənədlər mövcud olmadıqda, Azərbaycan Respublikasının 

diplomatik nümayəndəlik və ya konsulluğu onun özü barəsində təqdim etdiyi məlumatların 

düzgünlüyünün, eləcə də onun Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin və 

ya Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxs olmasının 

yoxlanılması məqsədi ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına 

(Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə) sorğu göndərir.  

Qeyd olunan məlumatların düzgünlüyü təsdiq edildikdə, şəhadətnamə Azərbaycan 

Respublikasının diplomatik nümayəndəliyi və ya konsulluğu tərəfindən ən geci 3 təqvim günü 

müddətində verilir.  

Müvafiq sorğuda göstərilən məlumatlar təsdiq edilmədikdə isə, Azərbaycan Respublikasına 

qayıdış şəhadətnaməsinin verilməsi üçün müraciət etmiş şəxsə şəhadətnamə rəsmiləşdirilmir.   

Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə Azərbaycan 

Respublikasına qayıdış şəhadətnaməsi hər bir halda Azərbaycan Respublikasının müvafiq icra 

hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin) razılığı ilə 

verilir. 



Etibarlılıq müddəti  

Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və ya konsulluğu tərəfindən 

rəsmiləşdirilən qayıdış şəhadətnaməsinə 1 aydan çox olmamaq şərti ilə etibarlılıq (istifadə) 

müddəti müəyyən edilməlidir.  

Əgər Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi bu müddət ərzində istifadə 

olunmazsa o, qüvvədən düşür. 



Dövlət rüsumu və inzibati cərimə  

Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin rəsmiləşdirilməsi üçün Dövlət 

rüsumunun dərəcəsi və ödənilmə ünvanı.  

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının 2001-ci il tarixli Qanununun 16.1.3-

cü maddəsinə əsasən, Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və ya 

konsulluğu tərəfindən Azərbaycan Respublikası vətəndaşlarına və ya Azərbaycan 

Respublikasında qanuni əsaslarla daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə ölkəyə 

qayıtmaq üçün pasportu əvəz edən Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin 

verilməsi üçün  

– 33 Avro məbləğində dövlət rüsumu alınır. 



Ödənilmə ünvanı  

Xarici ölkələrdə - Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqları 

tərəfindən təqdim edilən müvafiq hesab nömrə. 

Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin itirilməsinə və ya qəsdən korlanmasına 

görə inzibati cərimənin dərəcələri və ödənilmə ünvanı. 

Səfirliyin Bank rekvizitləri :  

Embassy of the Republic of Azerbaijan,  

Austria, 1130 Vienna, Hügelgasse 2,  

Bank Austria UniCredit Group, Austria, Vienna,  

Account: 01753297901,  

IBAN: AT39 1100 0017 5329 7901  

S.W.I.F.T: BKAUATWW  

 

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 331-ci maddəsinə əsasən, 



Azərbaycan Respublikasının vətəndaşları və Azərbaycan Respublikasında daimi yaşayan 

vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının pasportunun və Azərbaycan 




Respublikasına qayıdış şəhadətnaməsinin itirilməsinə və ya qəsdən korlanmasına görə cərimə 

edilirlər. 



Dövlət rüsumunun ödənilməsindən azadolmalar  

Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin rəsmiləşdirilməsi üçün Dövlət 

rüsumunun ödənilməsindən azadolmalar.  

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının 2001-ci il tarixli Qanununun 17.7.-ci 

maddəsinə əsasən, aşağıdakı kateqoriya Azərbaycan Respublikasının vətəndaşlarına qayıdış 

şəhadətnaməsinin verilməsinə görə dövlət rüsumu tutulmur:  

       - Xarici ölkələrdə dövlət xətti ilə təhsil alan vətəndaşlar,  

       - pedaqoji fəaliyyət göstərən vətəndaşlar,  

       - xarici ölkələrin cəzaçəkmə müəssisələrindən azadlığa buraxılan vətəndaşlar

       - xarici ölkələrdən deportasiya edilən vətəndaşlar. 



 

Yüklə 143,74 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə