Azərbaycan Respublikası Təhsil Nazirliyi
Azərbaycan Memarlıq və İnşaat Universiteti
Fakültə : İnşaat-texnologiya
Kafedra: Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi
Fənnin adı:
Fövqəladə halların təhlükəli amilləri
Mövzu: 1
.
XXI əsrdə təhlükələr və təhlükəsizlik problemi.
Mühazirəçi:
E.K.Qafarov
Mühazirənin planı :
1.Təhlükəsizlik anlayışı, fövqəladə hadisələrin qabaqlanması üzrə siyasətin
istiqamətləri,elmi-texniki tərəqqidən irli gələn məsələlər, təhlükəsizliyin təminatı
problemi.
2.Azərbaycan Respublikasına xaricdən və daxildən təsir edən təhlükələrin
xarakteristikaları.
Ədəbiyyat:
1. Ocaqov H.O., Nağıyev. N.T., Muxtarov .R.M ,Müliki müdafiə Bakı -2011. 397 s
2.C.N.Qasımov .,N.Z.Abdullayev. Fövqəladə halların təhlükəli amilləri Bakı -
2017. 390 səh.
3.С.В.Ефремов,В.В.Цаплин.Безопасность в чрезвычайных ситуациях.Санкт-
Петербург,2011 .253 səh.
4. Сычев, Ю. Н. Безопасность жизнедеятельности в чрезвычайных ситуациях
- М.: Финансы и статистика, 2015. - 224 c.
5. H.O.Ocaqov. Fövqəladə hallarda həyat fəaliyyətinin təhlükəsizliyi (Mülki
müdafiə) Bakı 2010, səh.388
6.Ocaqov H.O., Hacıyev A.İ.Sabitliyi pozan amillər və onların nəticələrinin
xarakteristikası. Bakı-2003. 189 səh.
7.
Fövqəladə halların təhlükəli amilləri
fənni üzrə elektron mühazirələr
toplusu.Bakı-2021 (azmiu.edu.az)
Bakı-2021
1.Təhlükəsizlik anlayışı, fövqəladə hadisələrin qabaqlanması üzrə siyasətin
istiqamətləri,elmi-texniki tərəqqidən irli gələn məsələlər, təhlükəsizliyin təminatı
problemi.
XXI əsr artıq rəqəmsallaşma dövrünü yaşayır.İKT-nin geniş imkanları bütün
sahələrdə
özünü
göstərir.Eləcə
də
fövqəladə
halların
idarəolunması
,proqnozlaşdırılması istiqamətlərində tətbiq olunur.2020-ci ildə ikinci Qarabağ
müharibəsi onu göstərdi ki,artıq müharibələrin də formatı dəyişmişdir.
Həmçinin məsafədən idarəolunan texniki vasitələr fövqəladə hadisələrin
idarəolunmasında tətbiq edilə bilər.
Digər bir məsələ ondan ibarətdir ki ,mövcud qloballaşma dövründə informasiya
təhlükəsizliyinin təminatı mürəkkəbləşmişdir.Buna təkan verən isə mövcud
informasiya mənbələridir.
XXI əsr bütün dünyada “ekologiya, sabit inkişaf və sağlamlıq” əsri elan
edilmişdir. Lakin buna baxmayaraq şahidi oluruq ki,təbii xarakterli fövqəladə
hadisələr daha tez-tez baş verir və geniş miqyas alır.
XXI əsrin imperativləri və əsas tələbləri başqa cürdür. Burada başlıca tələblər -
dəyanətlilik, təhlükəsizlik və keyfiyyətdir. Burada fənlərarası sintez,
ümumiləşdirici yeni metodlar aparıcı tendensiya mahiyyəti kəsb edir. Bu gün
alimin cəmiyyətə hər hansı problemin həlli yolunu göstərməsi kifayət deyil, indi
həm də bu yolun, bu sahədə görüləcək tədbirlərin nəticələrini tədqiq etmək, bu
nəticələri qabaqcadan qiymətləndirmək tələb olunur. Bu zaman insan, bütünlükdə
cəmiyyət, eləcə də cəmiyyətin əsas məqsədi - hər bir şəxsin həyatı və mənafeyinin
qorunması - diqqət mərkəzində dayanmalıdır.
Cəmiyyətin müasir inkişaf dövrü insanla onu əhatə edən təbii mühit arasındakı
ziddiyyətlərin kəskinləşməsi, fövqəladə hadisələrin (FH) artması tendensiyası ilə
xarakterizə edilir. İqtisadi inkişaf nəticəsində biosferaya düşən antropogen, insan
amilli təsirin səviyyəsi böhran həddinə yaxınlaşmışdır və bütünlükdə bəşəriyyət
üçün fəlakətli dönməz nəticələr törəməsi təhlükəsi yaradır. İqtisadiyyatın əsasən
intensiv inkişafı və bunun sayəsində bir çox məqsədlər üçün istifadə edilə biləcək
bir sıra təbii ehtiyat növlərinin ancaq bir məhdud məqsəd üçün işlədilməsi, təbii
xammallardan olduqca səmərəsiz istifadə, müvafiq ekoloji sistemlərin təsərrüfat
tutumu nəzərə alınmadan istehsalatların azsaylı bəzi məhdud regionlarda toplanıb
təmərküzləşməsi, məişət və istehsalat tullantılarının təkrar istehsal və
utilləşdirilməsi üçün müvafiq obyektlərin olmaması da ətraf mühitə xeyli neqativ
təsir göstərməkdədir. Əsas fondların aşınması nəticəsində müəssisələrin
əksəriyyətində köhnəlmiş texnologiyalardan istifadə edilməsi, texnoloji
avadanlıqların etibarsızlığı və s. vəziyyəti daha da mürəkkəbləşdirir.
FH vurduğu birbaşa ziyanın onların nəticələrinin aradan qaldırılması və zərər
çəkmiş əhalinin və ərazilərin reabilizasiya - bərpa edilməsi üçün xərclərin
miqyasının durmadan artdığını nəzərə alaraq belə bir nəticəyə gəlmək olar ki,
yaxın gələcəkdə respublikamızın iqtisadiyyatı bir sıra göstəricilər üzrə fövqəladə
hadisələrin yeritdiyi zərərin yerini doldurmaq qabiliyyətində olmayacaqdır. Belə
vəziyyətdə FH təhlükəsi ehtimalının, onların nəticələrinin miqyasının azaldılması
üzrə görülən qabaqlayıcı tədbirlərin səviyyəsini və effektivliyini kəskin surətdə
yüksəltməyən iqtisadiyyatın dəyanətli və etibarlı inkişafının təmin edilməsi qeyri-
real olar.
Bir sıra təbii fəlakətlərin qarşısının alınması mümkün olmadığı üçün, onların
vurduğu zərərin və törətdiyi itkilərin azaldılması uğrunda mübarizə - bu sahədə
respublikada dövlət siyasətinin vacib elementlərindən biri kimi əhəmiyyət kəsb
edir ki, bu gün də təməlini təhlükə törədən fəlakətin proqnozlaşdırılması və bu
barədə insanlara vaxtında xəbər verilməsi təşkil etməlidir. Nəzərdən keçirilən
problemlərin həlli üçün vahid “El-hüquq-siyasət” üçlüyü çərçivəsində yollar
axtarmaq təklif edilir. Belə halda riskin (təhlükənin) azaldılması və fövqəladə
hadisənin nəticələrinin zəiflədilməsi yollarının axtarılması vəzifəsi təbiət elmlərinə
həvalə olunur. Hüquq sahəsinin rolu isə təbiət elmlərinin tələblərini normativ
sənədlərdə göstəriş formasında əks etdirmək və bu göstərişlərə əməl olunmasını
təmin etməkdən ibarətdir; müəyyən olunmuş və dövlət tərəfindən qorunan belə
norma və qaydalar əsasında da dövlət hakimiyyət orqanlarının fəaliyyətini
müəyyən edən və riskin azaldılmasına FH nəticələrinin zəiflədilməsinə yönəldilmiş
dövlət siyasəti formalaşmalıdır. Yüksək dərəcədə inkişaf etmiş ölkələrdə
təhlükəsizliyin təmin olunması sahəsindəki təcrübə göstərir ki, fövqəladə
hadisələrin qarşısının alınması probleminin həlli bu gün nəhəng maddi xərclər
tələb edir, bunlarda təhlükəsizlik səviyyəsi yüksəldikcə sonsuz dərəcədə artmağa
meyillidir. Ehtiyatlarımızın məhdud olduğu bir şəraitdə, bu ehtiyatların
miqdarından asılı olmayaraq onların bu və ya digər təhlükəli yaranan riski
azaltmaq
üçün
bölüşdürülməsinin
səmərəliliyə
və
optimallığının
qiymətləndirilməsi məsələsi vacib əhəmiyyət kəsb edir. Buna görə də
təhlükəsizliyin təminatı üzrə problemlər xeyli dərəcədə iqtisadi qanunla və siyasi
qərarlarla müəyyən edilir.
Təhlükəsizliyin təminatı problemi aşağıdakı istiqamətlər üzrə aparılan elmi
axtarışları əhatə edir:
· sosial-iqtisadi sistemin inkişafını göstərən dinamik modellərin yaradılması;
· təhlükəsizliyin təminatı problemi üzrə məqsədli funksiyasının tərtib edilməsi
və funksiyanın sosial-iqtisadi sistemi idarə etməyə imkan verən müvafiq dəyişkən
ünsürlərinin müəyyənləşdirilməsi.
Azərbaycanda əhalinin və ərazinin təhlükəsizliyi üzrə təminatın əsaslı sistemi
olmaqla risklərin araşdırılması və idarə edilməsi prinsipinin qəbul edilməsi təbii və
texnogen xarakterli fövqəladə hadisələrin sayının artması sahəsindəki neqativ
tendensiyaların qarşısının alınmasına imkan yaradır.
Hazırda cəmiyyətdə risklərin idarə edilməsi sisteminin yaradılması zərurəti
meydana çıxmışdır.
Bu problemi riskin idarə edilməsi üzrə aşağıdakı 4 prinsip əsasında həll etmək
təklif olunur ki, həmin prinsiplər də qarşılıqlı əlaqəli vahid bir sistem kimi nəzərdə
tutulmalıdır. Risklərin idarə edilməsi üzrə bu prinsiplərdən hər biri ayrı-ayrılıqda
dayanıqlı inkişafın təmin olunması üzrə lazımi şərtlərdən biri sayılır. Prinsiplər
bunlardır:
Əməli fəaliyyətə və görüləcək işlərə haqq qazandırılması prinsipi - riskin idarə
edilməsinin strateji məqsədi cəmiyyətdə rifah həyat səviyyəsinin yüksəldilməsinə
imkan yaratmaqdır; lakin bu fəaliyyət aşağıdakı şərtin hökmən gözlənilməsi
şəraitində olmalıdır: əgər hər hansı bir məqsədin reallaşdırılmasına yönəldilmiş
əməli fəaliyyətinin cəmiyyətə verəcəyi fayda onun vuracağı zərərdən artıq
olmayacaqsa, heç bir belə fəaliyyətə haqq qazandırmaq, yəni onu məqbul saymaq
olmaz;
Ekoloji sistemlərin dayanıqlığı prinsipi - riskin idarə edilməsi sahəsində
yürüdülən siyasət, məcburi bir şərt olaraq ekosistemlərə göstərilən təsirlərin ciddi
məhdudlaşdırılması çərçivəsində həyata keçirilməli, bu təsir ekosistemlərə
göstərilə biləcək təsirlərin yolverilən kəmiyyətlərindən artıq olmalıdır.
Fövqəladə hadisələrin qabaqlanması (qarşısının alınması) üzrə siyasətin iki
istiqamətdə detallaşdırılması təklif olunur.
Birinci istiqamət - fövqəladə hadisə mənbələrinin yaratdığı riskin (təhlükənin)
azaldılmasına yönəldilən siyasət, buraya aşağıdakı məsələlər aid edilir.
· fövqəladə hadisə mənbələrinin törətdiyi cürbəcür risklərin identifikasiya edilib
eyniləşdirilməsi və qiymətləndirilməsi;
· fövqəladə hadisə mənbələrinin törətdiyi risklərin idarə edilməsi; bunda
məqsəd - sosial tələbləri və iqtisadi imkanları nəzərə almaqla riskləri mümkün olan
ən aşağı səviyyəyədək zəiflətməkdir;
· fövqəladə hadisə mənbələrinin monitorinqi (müşahidəsi) sisteminin
yaradılması; bu sistem fövqəladə hadisələrin baş verməsi imkanlarını uzun müddət,
orta və qısa müddətlər üçün proqnozlaşdırmaqla habelə onların nəticələrini
qiymətləndirməklə məşğul olmalıdır.
İkinci istiqamət - fövqəladə hadisələrin insanlara və ərazilərə təsirinin
nəticələrinin zəiflədilməsinə yönəldilən siyasət; belə siyasət aşağıdakıları əhatə
edir;
· fövqəladə hadisə mənbəyinin yerləşdiyi ərazidə torpaqlardan istifadəni
planlaşdırarkən bu tələbin ciddi gözlənilməsinə nail olmalı: hər-hansı bir fəaliyyət
növü hazırda mövcud olan riskin səviyyəsinin (təhlükə mənbəyinin törətdiyi
“qalıq” riskin səviyyəsinin) əhəmiyyətli dərəcədə yüksəlməsinə səbəb olmamalıdır;
· fövqəladə hadisə və onun nəticələrinin aradan qıldırılması üzrə qəzalar zamanı
operativ fəaliyyət planının işlənib hazırlanması;
· fövqəladə hadisə təhlükəsi və onun nəticələrinin zəiflədilməsi tədbirləri barədə
əhalinin məlumat və bilik səviyyəsinin yüksəldilməsi;
Fövqəladə hadisə mənbəyinin yaratdığı “qalıq” risklər müşahidə üzrə
monitorinq sisteminin yaradılması, uzun, orta və qısa müddətlər üçün fövqəladə
hadisənin proqnozlaşdırılması və nəticələrinin qiymətləndirilməsi.
Hazırkı birinci mərhələdə fövqəladə hadisələri və onların nəticələrinin aradan
qaldırılması vaxtı operativ fəaliyyət göstərməklə qəzalar və fəlakətlərdən əhalinin
xilas edilməsi məsələlərinin həllinə əsas diqqəti yönəltmək tələb olunur. Bu
məqsədlə:
· əhalinin və ərazilərin fövqəladə hadisələrdən mühafizəsinin təmin edilməsi
üzrə normativ-hüquqi bazanın əsaslarını işləyib hazırlamaq;
· fövqəladə hadisələrin qarşısının alınması və aradan qaldırılması üçün yüksək
dərəcədə səmərəli texnologiyalar texniki vasitələrin işlənib hazırlanması;
· fövqəladə hadisələrin monitorinqi və proqnozlaşdırılması sisteminin
yaradılması və inkişafı sahəsində iş aparmaq, xüsusən də fövqəladə hadisələrin
monitorinqi proqnozlaşdırılması üzrə Agentlik yaradılması və buraya
respublikanın müvafiq təşkilatları və elmi-tədqiqat müəssisələrin cəlb olunması;
· təbii və texnogen xarakterli fövqəladə hadisə nəticələrinin aradan qaldırılması
üçün nəzərdə tutulan idarəetmə orqanlarının, qüvvə və vasitələrin fəaliyyətə
hazırlığının təmin edilməsi;
· beynəlxalq humanitar tədbirlərin təşkili və həyata keçirilməsi sisteminin
yaradılması;
· şagirdlərin bu sahə üzrə tədrisinin vahid sisteminin yaradılması lazımdır.
Fəlakətlərlə mübarizənin yeni ideologiyasını yaratmaq və onun əsasında
risklərin azaldılması və fövqəladə hadisə nəticələrinin zəiflədilməsi sahəsində
dövlət strategiyasının təməlini elmi cəhətdən əsaslandırılmış və iqtisadi cəhətdən
məqsədyönlü tədbirlərin reallaşdırılması təşkil etməlidir.
Təbii və texnogen mənşəli fövqəladə hadisələrin yaratdığı təhlükənin
azaldılması və nəticələrinin zəiflədilməsi Azərbaycan Respublikası üçün son
dərəcə vacib əhəmiyyət kəsb edir və bu problemin həlli milli təhlükəsizliyin təmin
edilməsi üzrə prioritet sahəyə aiddir. Həmin problemin həlli üçün təxirəsalınmaz
tədbirlər görülməsi tələb olunur ki, bu tədbirlər sayəsində ölkə iqtisadiyyatının
dəyanətli inkişafı və geniş təkrar istehsal imkanları üçün lazım olan şəraitin
itirilməsinin qarşısı alınsın. Problem sahələrarası və regionlararası xarakter daşıyır,
özünə dövlət səviyyəsində kompleks yanaşma habelə hakimiyyət orqanları və
rəhbər işçilərin məsuliyyətinin artırılmasını tələb edir.
2.Azərbaycan Respublikasına xaricdən və daxildən təsir edən təhlükələr.
Şəxsiyyət, cəmiyyət, dövlət və təbiət üçün daxildən və kənardan təhlükə
potensialının mövcudluğu respublikada əhalinin həyatının və sağlamlığının, habelə
ətraf mühitin mühafizəsi məqsədi ilə hər cür fövqəladə hadisələrin vaxtında
proqnozlaşdırılmasını, eləcə də onların qarşısını almaq və nəticələrini operativ
surətdə aradan qaldırmaqdan ötrü təsirli tədbirlər kompleksinin əvvəlcədən
hazırlanıb həyata keçirilməsi üzrə bütün səylərin artırılmasını tələb edir.
Hal-hazırda bütün dünyada informasiya müharibəsi(soyuq müharibə)qlobal
xarakter daşıyır.bu da insanlar arasında çaxnaşmaya ,narazıçıqlara səbəb olur. Bu
tip hadisələr Azərbaycan Respublikasına həm xarici həm də daxili təsir göstərir.
Burada mülki mühafizə konsepsiyasına aid aşağıdakı problemləri bir qədər geniş
şərh etməyi məqsədəuyğun sayırıq:
Dostları ilə paylaş: |