36
C) Bütün orqanizmlərin yaşayış şəraitinə uyğunlaşma qabiliyyətinin nəsildən nəslə verilməsi
kimi ümumi xassəsi irsiyyət adlanır
D) Bir növdən olan fərdlər arasında çoxalma prosesinin gedişində müəyyən fərqlərin əmələ
gəlməsi prosesi irsiyyət adlanır
E) Bütün orqanizmlərin acdadlarından aldıqları xüsusiyyətləri yeni nəslə ötürmək qabiliyyəti
irsiyyət adlanır
14. Aşağıdakı üzvi təkamül dəyişkənliklərindən hansı aromorfoza aiddir?
A) Rudiment əlamətlərin həmin şəraitdə üzə çıxması
B) Quruluşun sadələşməsinə doğru hərəkət
C) Mühitin müəyyən yerli şəraitinə uyğunlaşması
D) Məhdud yaşayış şəraitinə uyğunlaşma
E) Həyat fəaliyyətinin intensiv yüksəlməsi
15. Aşağıdakı qeyd edilən üzvi təkamül dəyişkənliklərindən hansı degenerasiyaya aiddir?
A) Həyat fəaliyyətinin intensivliyinin artması
B) Müəyyən yaşayış şəraitinə canlı orqanizmlərin uyğunlaşması
C) Orqanların bioloji tərəqqiyə doğru inkişafı
D) Növün quruluşunun sadələşməsinə doğru baş verən dəyişkənlik
E) Orqanların bioloji tərəqqiyə doğru inkişafı
16. Növ nədir?
A) Sərbəst çarpazlaşıb döllü nəsil verən, müəyyən həyat şəraitinə uyğunlaşan fərdlərin cəmi
B) Döllü nəsil verə bilən və quruluşca bir - birinə yaxın olmayan fərdlərin cəmi
C) Sərbəst çarpazlaşıb döllü nəsil verən, fərdlərin cəmi
D) Morfoloji, fizioloji və bioloji xüsusiyyətlərinə görə fərqlənən yaxın populyasiyaların cəmi
E) Eyni ərazidə yaşayn fərdlərin müntəzəm çarpazlaşaraq nəsil vermək qabiliyyəti
17. Hansı əlamətlərinə görə məməlilər buzlaşma dövründə yaşaya bilmişlər?
A) Sabit bədən temperaturu, bədənin tüklə örtülü olması, daxili çoxalma
B) Iki qan dövranının olması, tüklü örtük
C) Sabit bədən temperaturu, iki qan dövranının olması
D) Iki qan dövranı və daxili çoxalma
E) iki qan dövranı, bədənin tüklə örtülməsi və daxili mayalanma
18. Ali təkamülün aşağıda qeyd olunan əlamətlərindən hansı idioadaptasiyaya aiddir?
A) Növün quruluşunda sadələşməyə doğru baş verən inkişaf
B) Bioloji tərəqqiyə doğru baş verən inkişaf
C) Orqanizmin həyat fəaliyyətinin aktivliyinin artması
D) Orqanizmin quruluşunun ümumi səviyyəsi yüksəlmədən mühitin müəyyən yerli şərait üçün
faydalı olan xüsusi uyğunlaşma dəyişkənlikləri
E) Orqanizmin mühitlə qarşılıqlı təsirindən baş verən mürəkkəbləşmə
19. Uyğunluğu müəyyən edin.
1 – Morfoloji fərqlər
2 – Fizioloji-biokimyəvi fərqlər
3 – Coğrafi fərqlər
a – Filogenetik cəhətdən çox uzaq olan növlərə nisbətən yaxın növlər arasında az olur
b – Xarici əlamətlərin cəmi
c – Növün xüsusiyyəti onun yayıldığı arealın spesifik xüsusiyyətləri ilə sıx əlaqədardır
A) 1- b; 2- a; 3- b
B) 1- a; 2- b; 3- c
C) 1- c; 2- b; 3- a
D) 1- b; 2- a; 3- c
E) 1- c; 2- b; 3-a
37
##num=7// level= 1// sumtest=32 // name= Makrotəkamül. Filogenetik qrupların və
ontogenezin təkamülü //
1. Quruluşun sadələşməsinə doğru aparan təkamül dəyişkənliyi nədir?
A) Aromorfoz
B) Idioadaptasiya
C) Konvergensiya
D) Divergensiya
E) Ümumi degenerasiya
2. Aşağıdakılardan hansı mexaniki təcridlərə aiddir?
A) Çiçəyin və cinsiyyət orqanlarında fərq
B) Palıd növlərinin müxtəlif torpaqda yayılması
C) Həşəratların cütləşmə vaxtının dəyişməsi
D) Quşlarda cütləşmə qabağı oynamaq, oxumaq
E) Müxtəlif mənşəli qametlərdə mayalanma baş vermir
3. Qeyd edilənlərdən hansı səhvdir?
A) Bioloji tərəqqi təkamülün istiqamətidir
B) Aromoroz. Idioadaptasiya təkamülün yollarıdır
C) Makrotəkamül prosesi növəmələgəlmə ilə başa çatır
D) Mikrotəkamül növəmələgəlmə ilə başa çatır
E) Təbii seçmə təkamülün amilidir
4. Filogenetik sıra təşkil edən qazıntılar hansı heyvanlar üzərində öyrənilmişdir?
A) Atlar, fillər
B) Steqosefallar, lisenopus
C) İxtiosteqa, arxeopteriks
D) Atlar, fillər, molyuskalar
E) Bütün heyvanlar
5. Atların təkamülünü kim öyrənmişdir?
A) Ç. Darvin
B) E. Hekkel
C) V. Kovalevski
D) K. Rulye
E) J. Büffon
6. Təbiətdə yeni növlərin əmələ gəlməsi nəyin təsiri altında baş veriri?
A) Təkamülün hərəkətverici qüvvələrinin
B) Populyasiyadaxili qüvvələrin
C) Təbiətdənkənar qüvvələrin
D) Orqanizmin öz daxili qüvvəsinin
E) Orqanizmin təkmilləşmə meyllərinin təsirindən
7. Təbiətdə baş verən divergensiya prosesi zamanı yeni növlərin əmələ gəlməsinə səbəb
nədir?
A) Təbii seçmənin təsirinin zəifləməsi
B) Müxtəlif növlərin yaşayış mühitinə oxşar uyğunlaşmasıdır
C) Populyasiyada fərdlərin qeyri - bərabər yayılması
D) Populyasiyada fərdlərin çarpazlaşmasının pozulması
E) Yaşayış şəraiti dəyişən zaman növ daxilində əlamətdlərin ayrılmasıdır
8. Növün tamlığı nədən asılıdır?
A) Növün fərdlərində xromosomların formasının dəyişməsindən
B) Növün fərdlərində xromosom sayının müxtəlifliyindən
C) Növün fərdləri arasındakı əlaqədən
D) Növün fərdlərinin xromosomlarında genlərin yerinin dəyişməsindən
E) Genlərin quruluşunun dəyişməsindən
38
9. Genofond nədir?
A) İrsi informasiyaları toplayıb nəslə ötürməsidir
B) Populyasiya daxilində oxşar fərdlərin sıx birliyidir
C) Populyasiya daxilində sərbəst çarpazlaşan fərdlər cəmidir
D) Övladın valideynə tam oxşamasıdır
E) Populyasiyanı əhatə edən fərdlərin bütün əlamətlərini müəyyənləşdirən irsi informasiyaların -
genlərin cəmidir
10. Genlərin pleyrotrop təsiri nə deməkdir?
A) Genin tez - tez təkrar olunması
B) Genlərin dominant xarakter daşıması
C) Genin resessiv təsiri
D) Hər bir gen yalnız bir əlamətin ötürücüsüdür
E) Gen bir əlamətə deyil, çoxlü əlamətlərə təsir göstərir
11. Polimorfizm nədir?
A) Populyasiyada fərdlərin bir qrupunun geniş yayılması
B) Populyasiyada fərdlərin sıx yaşaması
C) Populyasiyada fərdlərin sərbəst cütləşib çoxalması
D) Populyasiyada kəskin fərqlənən iki və daha çox formaların uzun müddət tarazlıq vəziyyətində
saxlanması
E) Arealı geniş olan populyasiyalar
12. Genotipik dəyişkənlik nədir?
A) Reaksiya norması daxilində hər hansı əlamət və xüsusiyyətdə müşahidə olunan bütün
dəyişikliklər
B) Xarici mühitin orqanizmə təsiri
C) Orqanizmin zahiri görünüşü
D) Orqanizmin rəngi və forması
E) Reaksiya normasından asılı olaraq rəngin dəyişməsi
13. Genotip nədir?
A) Genlərin xromosomlarda toplanması
B) Orqanizmin nəslə ötürdüyü genlərin cəmi
C) Orqanizmin valideyndən aldığı genlərin cəmi
D) Orqanizmin bütün genlərinin məcmuyu
E) Genlərin xromosomlarda sıx yerləşdiyi yer
14. Təcridin təkamüldə nə kimi əhəmiyyəti vardır?
A) Təcridin qısamüddətli olması
B) Yeni genotiplər yaradır
C) Yeni fenotiplər yaradır
D) Yeni populyasiyalar yaradır
E) Genotipik diferensasiyanın ilkin mərhələsini möhkəmləndirir
15. Hansı gen mutasiyasına aid deyil ?
A) Nukleotidlərin rənglənməsi
B) Nukleotidlərin ardıcıllığının dəyişməsi
C) Nukleotidlərin əvəz olunması
D) Nukleotidlərin itməsi
E) Nukleotidlərin ikiləşməsi
16. Reproduktiv təcridlərə aid deyildir?
A) Ekoloji təcridlər
B) Mexaniki təcridlər
C) Qametlərin təcridi
D) Zaman təcridləri
E) Uyğunsuzluq
17. Aşağıda neoteniyanın xarakterik xüsusiyyətləri hansı sırada düzgün verilmişdir?
39
A) Ontogenezin erkən mərhələsində vaxtından əvvəl yetişmək və çoxalmaq
B) Hər hansı orqan və quruluşun formalaşmasının son mərhələdə dəyişməsi
C) Orqan və quruluşun formalaşmasının orta mərhələdə dəyişməsi
D) Ontogenezdə orqan və quruluşun özülünün qoyulmasının başlanğıc mərhələdə
E) Dəyişməsi ontogenezin müxtəlif mərhələlərində dəyişməsi
18. Embrional inkişafda orqanın özülü qoyulan zaman onun yeri dəyişildikdə necə
adlanır?
A) Senogenez
B) Heteroxroniya
C) Palingenez
D) Heterotopiya
E) Anaboliya
19. Orqanın özülünün qoyulma vaxtını dəyişilməsi necə adlanır?
A) Heterotopiya
B) Heteroxroniya
C) palingenez
D) Senogenez
E) Deviasiya
20. Təkamül prosesində ali quruluşlu qruplar hansı yolla yaranır?
A) Tənəzzül
B) İdioadaptasiya
C) Regenerasiya
D) Ümumi degenerasiya
E) Aromorfoz
E) Filogenetik sıra təşkil edən qazıntılar
21. Üzvi aləmin təkamülünün əsas yolları deyildir:
A) Mimikriya
B) Aromorfoz
C) İdioadaptasiya
D) Ümumi degenerasiya
E) Aromorfoz, idioadaptasiya
22. Hansı qanuna əsasən ontogenez filogenezin qısa, ixtisar olunmuş və çox sürətli
təkrarından ibarətdir?
A) Biogenetik
B) Embriogenez
C) Filogenez
D) Ontogenez
E) Hardi - Çetverikov qanunu
23. Polingenetik əlamətlər
A) Suda - quruda yaşayanlarla sürünənlərin bəzi əlamətləri
B) Postembrional dövrdə əcdadların təkrar olunan əlamətləri
C) Nəsli kəsilmiş heyvanların əlamətləri
D) Keçmiş sürünənlərlə hazırda yaşayan sürünənlərin oxşarlığı
E) Embrional dövründə əcdadların təkrar olunan əlamətləri
24. Politipik növlər nədir?
A) Nadir halda yayılan
B) Keçmişdə və hazırda yaşayan
C) Nəsli keçilmiş
D) Arealı geniş olan
E) Məhdud arealı olan
25. Aşağıdakılardan hansı xarici təcridə aid deyildir?
A) Hibridlərin sterilliyi
40
B) Zaman
C) Etioloji
D) Mexaniki
E) Qametlərin təcridi
26. Aşağıdakılardan hansı daxili təcridə aid deyildir?
A) Qametlərin təcridi
B) Uyğunsuzluq
C) Hibridlərin qeyri - həyatiliyi
D) Hibridlərin sterilliyi
E) Hibridlərin dağılması
27. Palıd növlərinin müxtəlif tipli torpaqlarda yayılması hansı təcridə aid edilə bilər?
A) Mexaniki təcridə
B) Coğrafi təcridə
C) Zaman təcridinə
D) Ekoloji təcridə
E) Etoloji təcridə
28. Təcridin təkamüldə əhəmiyyəti
A) Təcridin yeni növlər yaratması
B) Təcridin qısa müddətli olması
C) Təcridin yeni genotiplər yaratması
D) Təcridin yeni növdaxili formalar yaratması
E) Təcridin uzun müddət davam etməsi
29. Heyvanların sürətlə çoxalmasını məhdudlaşdıran ən başlıca amil nədir?
A) Qida çatışmamazlığı
B) Erkək fərdlərin sayının az olması
C) Eyni növlər arasında gedən mübarziə
D) Müxtəlif növlərin mübarizəsi
E) Ərazinin dar olması
30. Müxtəlif növlərin populyasiyalarında fərdlərin tutduğu sahənin dəyişməsi nədən
asılıdır?
A) Fərdlərin sayının artmasından
B) Fərdlərin hərəkət dərəcəsindən
C) Fərdlərin sayının azalmasından
D) Populyasiyada baş verən yaşamağ uğrunda mübarizədən
E) Populyasiyada fərdlər arasında yaranan təcriddən
31. Heyvan və bitki növlərinin populyasiyasının sayının artması nədən asılı olması
aşağıadkı hansı sırada daha düzgün verilmişdir?
A) Konvergensiya hadisəsindən
B) Qidaya dar uyğunlaşmadan
C) Qidaya geniş uyğunlaşmadan
D) Doğum və ölüm balansından
E) Təkamülün istiqamətlərindən
32. Uyğunluğu müəyyən edin.
1 – Linney
2 – Aristotel
3 – Savadski
4 – C.Rey
a – İlk dəfə növ anlayışını elmə gətirmişdir
b – Növləri ikiqat adlandırmışdı
c – Növün 10 kriterisni vermişdir
d – Növə tərif verməyə çalışmışdı
A) 1- b; 2- a; 3- c; 4- d;
41
B) 1- a; 2- b; 3- a; 4- c;
C) 1- c; 2- c; 3- b; 4- a;
D) 1- d; 2- d; 3- c; 4- b;
E) 1- a; 2- b; 3- d; 4- c;
##num=8// level= 1// sumtest=20 // name=Antropogenez. Qazıntı halında tapılan qədim
insanabənzər meymunlar //
1. Aşağıdakılardan hansı Afrikanın Oldovay dərəsindən tapılmışdır?
A) Ramapitek
B) Avstralopitek
C) Homo habilis
D) Parapitek
E) Arxantrop
2. Aşağıdakı dəlillərdən hansı insan irqlərinin bir növə aid olduğunu bildirir?
A) Hamısında 1 siqnal sisteminin olması
B) Hamısının inkişafına həyat tərzinin təsiri
C) Hamısının konkret mühit şəraitinə uyğunlaşması
D) İrqlər arasında asanlıqla çarpazlaşma və nəsil vermə
E) Hamısının dik yeriməsi
3. Aşağıdakılardan antropomorfozu göstərin:
A) Dik yerimə
B) Təbii seçmə
C) Əmək
D) İctimai həyat tərzi
E) Müasir insanabənzər meymunların baş beyninin quruluşu
4. İnsanın rudiment orqanları hansı sırada göstərilmişdir?
A) Qulaq seyvanın hərəkətli olması, bədənin tüklə örtülü olması
B) Appendiks, büzdüm, bədənin qalın tüklə örtülməsi
C) Appendiks, üçüncü göz qapağı, çoxlu məməciklər
D) Üçüncü göz qapağı, büzdüm, appendiks
E) Appendiks, çoxlu məməciklər
5. Darvinə görə meymundan insana həlledici addım aşağıdakı hansı proses olmuşdur?
A) Irsi dəyişkənlik
B) Yaşamaq uğrunda mübarizə
C) Dik yerimək
D) Təbii seçmə
E) Çanağın daha da genişlənməsi
6. Aşağıda hansı sırada Qorillanın insana yaxın olmasını göstərən xüsusiyyətlər düzgün
verilmişdir?
A) Pəncənin quruluşu, ətrafların ölçüləri
B) Kəllənin quruluşu, ətrafların ölçüləri
C) Kəllənin quruluşu, döş qəfəsinin yastı olması
D) Çanağın quruluşu, döş qəfəsinin yastı olması
E) Biləyin, pəncənin, çanağın quruluşu
7. İnsan əcdadlarının təkamülü hansı amillərin təsiri altında baş vermişdir?
A) Ictimai və bioloji amillərin birgə təsiri altında
B) Ekoloji amillərin təsiri altında
C) Növəmələgəlmə prosesinin təsiri altında
D) Güclü rəqabətin təsiri altında
E) Abiogen amillərin təsiri altında
8. Aşağıdakılardan hansı müasir insanın Homosapiensin bilavasitə əcdadı hesab edilir?
A) Neandertallar
42
B) Arxantroplar
C) Avstralopiteklər
D) Parapiteklər
E) Ramapiteklər
9. Ramapiteklər hansı dövrdə yaşamışlar?
A) Pleystosendə
B) Mezozoyda
C) Miosen və pliosendə
D) paleosen və Eosendə
E) Oliqosendə
10. Aşağıda göstərilənlərdən hansı alətlər düzəldə bilmişdir?
A) Kromanyonlar
B) Pitekantroplar
C) Sinantroplar
D) Ramapiteklər
E) Avstralopiteklər
11. Aşağıdakılardan hansına aid material Respublikamızda tapılmışdır;
A) Azıxantrop
B) Neandertal
C) Pitekantrop
D) Ramapitek
E) Sinantrop
12. Hibbonlar harada yaşayır?
A) Şimali Amerikada
B) Avstraliyada
C) Cənubi Amerikada
D) Tayvan və Sumatra adalarında
E) Afrikada
13. Aşağıdakılardan hansılar əsasən ağac həyatı keçirir?
A) Oranqutanlar, Şimpanze
B) Hibbonlar, Orqaqutanlar
C) Şimpanze, Hibbon
D) Qorilla, Şimpanze
E) Heç biri
14. Ən iri meymun hansıdır?
A) Hibbon
B) Şimpanze
C) Oranqutan
D) Qorilla
E) Lemur
15. Parapiteklər nə vaxt yaşamışlar?
A) Holosendə, Pleystosendə
B) Oliqosendə
C) Eosendə
D) Paleosendə
E) Miosen və pliosendə
16. Hansı əlamətinə görə ramatitekləri müasir insanabənzər meymunlarla insanlar
arasında keçid forma hesab edirlər?
A) Dişlərinin quruluşuna görə
B) Bədənlərinin quruluşuna görə
C) Kəllə qutusuna görə
D) Şaquli vəziyyətdə qəzmələrinə görə
43
E) Qidalanmalarına görə
17. Avstralopiteklərə aid ilk qazıntı materialları haradan tapılmışdır?
A) Şimali Amerikadan
B) Asiyadan
C) Cənubi Amerikadan
D) Afrikadan
E) Avstraliyadan
18. Avstropiteklərə aid qazıntı qalıqlarını kim tapmışdır?
A) K. Linney
B) Ç. Darvin
C) L. Liki
D) J. B. Lamark
E) J. Küvye
19. Qeyd edilmiş dövrlərdən hansılar paleozoy erasına daxildir?
1- Silur
2- Antropogen
3- Ordoviq
4- Kembri
5- Neogen
6- Trios
7- Karbon
8- Paleozoy
9- Perm
10- Təbaşir
11- Daş kömür
12- Yura
A) 1, 2, 5, 7, 9, 11
B) 2, 3, 4, 7, 9, 11
C) 2, 5, 6, 8, 10, 12
D) 4, 6, 8, 9, 10, 12
E) 1, 3, 4, 7, 9, 11
20. Uyğunluğu müəyyən edin.
1 – Neoteriya
2 – Fetalizasiya
3 – Rekapitulyasiya
a – Əlamətlərin embrioloji xüsusiyyətlər saxlanılır
b – Vaxtından əvvəl yetişmək
c – Ontogenezdə filogenezin müəyyən dərəcədə təkrarı
A) 1- a; 2- b; 3- c
B) 1- a; 2- b; 3- a
C) 1- c; 2- c; 3- b
D) 1- b; 2- a; 3- c
E) 1- b; 2- c; 3- a
Dostları ilə paylaş: |