FəNNİn adi: ana dilinin təDRİSİ metodikasi


MÖVZU 4: ANA DİLİ PROQRAMLARI VƏ DƏRSLİKLƏRİ



Yüklə 0,72 Mb.
səhifə15/68
tarix27.01.2023
ölçüsü0,72 Mb.
#99498
1   ...   11   12   13   14   15   16   17   18   ...   68
ANA-DİLNİN-TƏDRİSİ-METODDİKASI-İSMII-K-ƏZİMLİ-Ə.

MÖVZU 4:
ANA DİLİ PROQRAMLARI VƏ DƏRSLİKLƏRİ.
PLAN:
1. Proqram və Planlaşdırmanın məqsədi və elmi-metodiki əhəmiyyəti.
2. Planlaşdırada elmilik prinsipi.
3. Ana dili dərslərinin perspektiv və cari planlaşdırılması.
4. Savad təlimi üzrə planlaşdırma.
5. Oxu təlimi üzrə planlaşdırma.
6. Azərbaycan dili üzrə planlaşdırma.
ƏDƏBİYYAT
1. Proqram materiallarının planlaşdırılması. “İbtidai məktəb və məktəbəqədər tərbiyə”, 2002,N- 3-4
2. İbtidai siniflərin proqramları. Bakı, 1996.
3. Kurrikulumların hazırlanması və tətbiqi məsələləri. Bakı, 2008.
4. İbtidai siniflərdə ana dilinin tədrisi metodikası (Kərimov Y.). Bakı, 2000
5. Kərimov Y. Ana dilinin tədrisi metodikası. Bakı, 2003.
6. N.B.Cəfərova.İbtidai siniflərdə Azərbaycan dilinin tədrisi metodikası.
I hissə.(Dərslik).Bakı-2016,ADPU-nəş.403s.
7. Nəbiyeva Ş. “Ana dili tədrisinin aktual problemləri” Bakı, ADPU, 2010
8. Rəhimov A. “Ana dilinin tədrisi metodikası” Bakı, Maarif, 1997
9. Ana dili // Azərbaycan dili—İbtidai siniflər üçün dərsliklər

MÜHAZİRƏ:


1. Ana dili üzrə Proqram və Planlaşdırmanın məqsədi və elmi-metodiki əhəmiyyəti.
Ana dili proqramı tədris sənədi kimi. Ana dilini əhatə edən proqram sahələri:
Savad təlimi proqramı;
Hüsnxət təlimi;
oxu təlimi üzrə,
Azərbaycan dili,
nitq inkişafı proqramları.
Proqramın əvvəlində İzahat vərəqində proqramın quruluşu, vəzifələri, materialın ardıcıllığı, təlimin təşkilat formaları və metodlarının xüsusiyyətləri, başqa fənlərlə əlaqəsi, sinif məşğələləri, sinifdənxaric məşğələlər haqqında məlumatlar verilir.
Proqramda hər bir mövzuya, fəslə-bölməyə ayrılan saatların sayı göstərilir.
Proqramın dəyişmə halları yeni inkişaf meylləri və tələbləri ilə bağlı olur.
Proqramların tərtibi prinsipləri:
1. Elmilik.
2. Millilik.
3. Müvafiqlik.
4. Varislik və sistematiklik.
5. Fəndaxili və fənlərarası əlaqə prinsipi.
6. İnkişafetdiricilik.
7. Tərbiyələndiricilik.
8. Həyatla əlaqə.
9. Nitq inkişafını zənginləşdirmək prinsipi.
Proqramlaşdırmadan məqsəd ana dilinə aid sahələr üzrə sistematik təlim verməkdir.
2. Planlaşdırma: Ana dili tədrisində başlıca məsələlərdən biri planlanşdırmadır.
Planlaşdırmanın məqsədi :
Planlaşdırma tədrisin düzgün təşkili üçün ilkin şərtdir.
Planlaşdırmanın əsasında tədris planı və proqramı dayanır:
İllik olaraq fənnə neçə saat verilir və onları əks etdirən proqram hazırlanır.
Məsələn, Ana dilinin tədrisi proqramında həftəlik saatların miqdarı göstərilir ki, onların əsasında da fənnin mövzu-məzmunları əhatə edilir.
Fənnin məzmunu bölmələr, iri mövzular şəklində təqdim edilir.
Hər bir bölmənin və iri mövzunun tədrisi üçün nəzərdə tutulmuş saatlar konkret şəkildə göstərilir.
Müəllim saatlar içərisində konkret mövzular üzrə planlaşdırma aparır. Planlaşdırma proqram materiallarının saatlar üzrə bölgüsündən ibarətdir.
Fənnin planlaşdırması məşğələlərə ayrılmış saatları əks etdirir.
Planlaşdırma mövzulara ayrılmış saatlar üzrə aparılır.
Planlaşdırmada üç mərhələ var:

  1. İllik, yaxud təqvim planın tərtibi.;

  2. Tematik planın tərtibi;

  3. Gündəlik planın hazırlanması.

İllik, yaxud təqvim planda proqram üzrə materiallar aylar və rüblər üzrə bölüşdürülür. Orada yalnız proqramda göstərilən ayrı-ayrı bölmələrin adları və onlara ayrılmış saatlar göstərilir.
Tematik plan proqram materiallarının, ümumiyyətlə, bütün dərs prosesinin daha konkret və məqsədəmüvafiq şəkildə planlaşdırılmasını təmin edir. Bütün bölmələrə aid vaxtın saatlar üzrə bölgüsü müəyyən edilir;
Hər saatda görüləcək işin mövzusu və ya əsas məzmunu öz əksini tapır.
Tematik plan yarıillik olur:
I yarımil üçün proqram;
Iı yarımil üçün proqram.

Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə