FəNNİn adi: ana dilinin təDRİSİ metodikasi


DƏRSİN PLANI VƏ GEDİŞİNƏ DAİR STRUKTUR NÜMUNƏ



Yüklə 0,72 Mb.
səhifə24/68
tarix27.01.2023
ölçüsü0,72 Mb.
#99498
1   ...   20   21   22   23   24   25   26   27   ...   68
ANA-DİLNİN-TƏDRİSİ-METODDİKASI-İSMII-K-ƏZİMLİ-Ə.

6. DƏRSİN PLANI VƏ GEDİŞİNƏ DAİR STRUKTUR NÜMUNƏ:
MÖVZU:
MƏQSƏD: 1) ; 2)
ÜSUL VƏ FƏALİYYƏT NÖVLƏRİ:
-Əqli hücum.
-Qruplarla iş.
-Müzakirə,
-Rollu oyun.
-Debatlar.
ƏYANİ VƏSAİTLƏR:
-mətnlər, -mövzuya aid sxemlər, tablolar, kağız vərəqlər (işçü vərəqləri)
DƏRSİN GEDİŞİ:
I mərhələ: Sinfin fəallaşdırılması (bunun üçün müsahibə aparmaq olar).
II mərhələ: MOTİVASİYA. Problemin qoyuluşu. (Motivasiya hər hansı fəaliyyətin mexanizmini işə salan qüvvədir—təfəkkür prosesini, diqqəti hərəkətə gətirmək, məsələnin-problemin dərkinə, qavranıllmasına zəmin yaradır. Dərsin ən mürəkkəb mərhələsidir. Dərsin gedişi onun necə yaradılmasından asılıdır. Bu zaman müxtəlif problematik vəziyyətin qoyulması taktikası var. Yaradılması yolları:
1. rəmzi materialın şərhi (foto, simvol, əsərdən parça, əşya şəkili, hərf işarəsi və s.;
2. Sual verməyə həvəsləndirmə.
3. Məsələnin-problemin birmənalı olmayan həlli.
Əqli hücum:sualar, cavablar.
III mərhələ: Təqdimat.
IV mərhələ: cütlüklərlə iş, yaxud, rollu oyun; şifahi şərh; kollektiv və fərdi iş.
V Mərhələ: Refleksiya (suallar və cavablar).
VI Mərhələ: Debatlar (debat üçüncü tərəfi inandırmaq prosesidir: debat fransızca “debats”- fikir mübadiləsi üzrə müzakirə deməkdir. Debata hazırlıq 5-10 dəq. sürür. Debat üçüncü tərəfi inandırmaq prosesidir və bu prosesdə müəyyən bir problemə aid mübahisələr edilir, təhlillər aparılır. Burada sərbəst təhlil, tənqidi düşüncə əsas yer tutur. Bunun üçün iki tələb yerinə yetirilir:
1. Məlumat toplanır, qrupdan bir nəfər onu qeyd edir. Məlumata bunlar daxildir: misallar, faktlar, məlumatlar, sitatlar.
2. Arqumentlər göstərilir. Arqumentlərə bunlar daxildir: dəlillər irəli sürülür; dəlillər izah edilir; dəlillər sübut edilir; nəticəyə gəlinir.
VII Mərhələ: Ümumiləşdirmə və nəticə.

Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə