FəNNİn adi: ana dilinin təDRİSİ metodikasi


MÖVZU: 8 ƏLİFBA TƏLİMİ METODİKASI



Yüklə 0,72 Mb.
səhifə32/68
tarix27.01.2023
ölçüsü0,72 Mb.
#99498
1   ...   28   29   30   31   32   33   34   35   ...   68
ANA-DİLNİN-TƏDRİSİ-METODDİKASI-İSMII-K-ƏZİMLİ-Ə.

MÖVZU: 8 ƏLİFBA TƏLİMİ METODİKASI
PLAN:
Yeni səsin və hərfin, hecanın və sözün öyrədilməsi üzrə:
1. Əlifba təliminin birinci mərhələsi.
2. Əlifba təliminin ikinci mərhələsi:
3. Əlifba təliminin üçüncü mərhələsi.
4. Əlifba təlimindən sonrakı mərhələ

  1. Əlifba təlimi mərhələsində oxu dərsinin icmalı.



ƏDƏBİYYAT
1. İbtidai siniflərdə ana dilinin tədrisi metodikası (Kərimov Y.). Bakı, 2000
2. Kurrikulumların hazırlanması və tətbiqi məsələləri. Bakı, 2008. 223 səh.
3. Əlifba dərsliyinə metodiki rəhbərlik (Kərimov Y.). Bakı, 1992.
4. Nəbiyeva Ş. “Ana dili tədrisinin aktual problemləri” Bakı, ADPU, 2010
5. Rəhimov A. “Ana dilinin tədrisi metodikası” Bakı, Maarif, 1997
6. Ana dili // Azərbaycan dili= İbtidai siniflər üçün dərsliklər.
MÜHAZİRƏNİN GEDİŞİ:
Savad təlimində ikinci mərhələ əlifba təlimidir. Əlifba təliminə proqramda 146 saat ayrılıb. Ən geniş təlim mərhələsidir.


1. Əlifba təliminin birinci mərhələsi.
Əlifba təlimi hərflər, səslər, hecalar, sözlər üzrə yazı və oxu qaydalarını mənimsətmək vəzifəsi daşıyır.
Dərslikdəki düzülüşə görə əlifba təlimi dövrü,əsasən, üç mərhələdən ibarətdir.
Birinci mərhələdə şagirdlər:
- oxu və yazı vərdişlərinə yiyələnirlər;
-qrammatik, fonetik qaydaların yazılı şəkildə ifadəsi ilə tanış olurlar:
Bu zaman asan tələffüz olunan və işlək olan
-səslər təqdim olunur:
-hecalar təqdim olunur:
-sözlər təqdim edilir:
* Sözlər, onların səs tərkibi ilə bağlı qaydalar üzre öyrədilir.
Bunun üçün sözü əmələ gətirən səslər və hecalar ayrılır:
səslərin söz vahidində yeri və rolu, işlək imkanları ilə bağlı məlumatlar əldə edirlər:
şagirdlərə elmi-fonoloji qaydalar haqqında ilkin qaydalar öyrədilir; məsələn: a-na, ot, od, o-dun, at, tut, ay, Ay-dın, aç, a-çar; yay, yay-da və s. sözlər üzrə hərflər və səslər haqqında məlumatlar, əlamət və xüsusiyyətlər təsnif edilir.
* Oxu qaydası üzrə vərdişlər:
Heca üzrə oxu:
iki hərfli sözlərin ayrı-ayrı hərflər üzrə deyil, bütöv oxusu:
Şagird səsin samit və sait cinsləri haqqında məlumat alır:
sözlərdə səslərin mövqeyinə dair cəhətləri fərqləndirirlər: ot-at, ad. Dad, əl, əl-ə, el-bel-yel-sel-tel; yol-qol-sol; çöl-böl-göl və s.

    • Hərflərin (sözlərin) həm əlyazısı, həm də çap şəklində yazılması öyrədilir:

Aa, Tt, Nn, Mm, Dd, Bb, Yy, Əə, Ee
Hərflərin böyük və kiçik formalarının yazı və çap şəkillərini yazmaq öyrədilir.
Tələb: hecalarla oxutmağa alışdırmaq;
Oxunu şüurlu şəkildə anlamaq;
Sözləri qrammatik baxımdan şüurlu şəkildə anlamaq.
İş prosesi:
Dərslikdəki tapşırıq və çalışmalar üzrə iş;
Dərslikdəki şəkillər üzərində iş aparılmalı: əşya şəkiləri və onların adları, süjetli şəkillər üzrə iş;
Lüğət üzrə iş aparılmalı.
Şagirdlər şəkillər və ayrı-ayrı sözlər üzrə rabitəli cümlələr qurmalı, şifahi və yazılı mətnlər hazırlamağı (söyləməyi) bacarmalıdırlar.



Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə