FəNNİn adi: ana dilinin təDRİSİ metodikasi



Yüklə 0,72 Mb.
səhifə25/68
tarix27.01.2023
ölçüsü0,72 Mb.
#99498
1   ...   21   22   23   24   25   26   27   28   ...   68
ANA-DİLNİN-TƏDRİSİ-METODDİKASI-İSMII-K-ƏZİMLİ-Ə.

VIII Mərhələ: Biliklərin qiymətləndirilməsi.


* Bütün bunlara nəzərən, belə nəticəyə gəlmək olar ki, səsin və hərfin öyrədilməsi və öyrətmə metodikasında sistematikliyin və simmetrik ardıcılığın gözlənilməsi zəruridir.
MÖVZU 6:
SAVAD TƏLİMİNİN METODİKASI
PLAN:

  1. Savad Təlimi sistemi və onun məqsəd və vəzifələri.

3. Savad təlimi metodları .
4. Savad təlimi metodları və onların əsas xüsusiyyətləri.
5. Oxu və yazı dərsində Səslərin və Hərflərin öyrədilməsinə dair struktur plan.
ƏDƏBİYYAT:

  1. Savad təlimi (Kərimov Y.) . Bakı, Maarif, 1972.

2. Əlifba dərsliyinə metodiki rəhbərlik (Kərimov Y.). Bakı, 1992.
3. Savad təlimi metodikası (Kərimov Y.) Bakı, 1996.
4. Kurrikulumların hazırlanması və tətbiqi məsələləri. Bakı, 2008.
5. İbtidai siniflərdə ana dilinin tədrisi metodikası (Kərimov Y.). Bakı, 2000.
6. Ana dilinin tədrisi metodikası (Kərimov Y.). Bakı, 2003.
7. Nəbiyeva Ş. “Ana dili tədrisinin aktual problemləri” Bakı, ADPU, 2010
8. Rəhimov A. “Ana dilinin tədrisi metodikası” Bakı, Maarif, 1997
9. Ana dili // Azərbaycan dili= İbtidai siniflər üçün dərsliklər.


MÜHAZİRƏNİN GEDİŞİ:
Savad təlimi ana dili tədrisinin başlanğıc mərhələsidir. Savad təlimi Dil və öxu üzrə təlimin-təhsilin bünıvrəsidir. Savad təliminin bu mərhələsi əlifba tıliminə hazırlıq dövrüdür. Bu mərhələyə proqramda 20 saat ayrılır.
Savad təlimi dil, pedaqogika və psixologiya ilə bağlıdır.
Savad təlimi 3 dövrə ayrılır:

  1. Əlifba təliminə hazırlıq dövrü.

  2. Əlifba təlimi dövrü.

3. Əlifba təlimindən sonrakı dövr (oxu və yazı texnikasını təkmilləşdirmə dövrü).
Savad təliminin məqsədi:

  • şagirdləre Nitq, oxu, yazı üzrə bilik və bacarıq vərdişləri aşılamaq;

  • şagirdlərə dilimizin ilkin qrqmmatik, yazı və oxu vərdişləri üzrə ilkin əlamətləri mənimsətmək;

  • şagirdlərin təfəkkür və idrak qabiliyyətlərini inkişaf etdirmək.

Savad təliminin əsas vəzifələri:

  • ana dilimizin səs-hərf, söz-cümlə, fikir-məna özəlliklərinə dair maraqlarını artırmaq, dil-nitq vərdişlərinə yiyələnmək üçün uşaqlarda rəğbət və məhəbbət oyatmaq;

  • uşaqlarda Danışmaq, ifadə etmək, dinləmək qabiliyyətlərini genişləndirmək və inkişaf etdirmək;

  • sözləri, cümlələri, mətnləri düzgün, səlis, bütöv sözlərlə oxumağı, sözləri düzgün tələffüz etmək qabiliyyəti təlqin etmək;

  • nitq prosesində ifadəli oxu və ədəbi tələffüz, rabitəli danışmaq bacarığı aşılamaq;

  • hərfləri düzgün, gözəl, sürətli yazmaq vərdişlərini təkmilləşdirmək;

  • Üzündənköçürmə, imla yazmağı öyrətmək;

  • ətraf aləmlə bağlı olaraq, şagirdlərin xəyal, təsəvvür və idrak qabiliyyətlərini formalaşdırmağa çalışmaq, onların təəssürat duyğularını zənginləşdirmək.



Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə