Fərid Hüseyn Qandalı görməsin



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə18/22
tarix28.06.2018
ölçüsü0,85 Mb.
#51979
1   ...   14   15   16   17   18   19   20   21   22

 

 Sən altını islatmısan, – dedim. 



O özündən çıxaraq: 

– Yalandır, yalandır, mən heç nədən qorxmuram”. 

 

*** 


 

 Leonid Andreyevin “Yeddi məhbusun hekayəsi”ndə qəhrəmanlardan biri olan Sergey 

Qolovin öz qorxusunu bu cür ört-basdır etmək istəyir: 

– Ölümdən qorxmuram, mənim həyata heyfim gəlir. 

 

 

*** 



 

Olur  ki,  lətifələr  kitabını  oxuyursan,  bir  müddət  sonra  bir  daha  işarələdiyin  lətifələrə 

yenidən  nəzər  salırsan,  amma  gülmürsən,  ya  da  güldüklərin  yadına  düşür.  Sanki,  insan  öz 

gülüşünü  “başına  çəkib”,  son  damlasınacan  içib-qurtarıb.  Göz  yaşı  da  belədir,  insan  ağrıya-

ağrıya  ağrılarını  xatirəyə  çevirir,  bir  müddət  sonra  sadəcə  ağrılar  səndə  əski  təəssüratlardan 

başqa bir şey olmur. Elə bil, bütün dəhşətlər canında daşlaşır, öz dərdin haqqında birinci dəfə 

danışdığın adam halına səndən çox yanır. İnsan öz içini yeyə-yeyə dərdini vərdişə çevirir. Əgər 

həbsxanadan  ilk  ağrıyla  və  iztirabla  azad  olmaq  mümkün  olsaydı,  heç  kəs,  yəqin,  ikinci  dəfə 

cinayət törətməzdi. İkinci dəfə o adam cinayət törədir ki, o qorxularını həbsxanadakı sonuncu 

nahardaca “yeyib” çıxır.  

 

*** 


 

Həbsxanada  qorxular  insanın  insan  olmasına  imkan  vermir.  Həmin  qorxu  hamını  bir-

birinə  qarşı  qoyur.  Ona  görə  də,  hamı  bir-birini  rahatlıqla  satır.  Bir  də  görürsən  ki,  hansı 

yollasa  həbsxanaya  siqaret  gətirən  adam  onu  digərlərinə  də  gizli  verir.  Amma  heç  siqaretin 

tüstüsü  havada  əriməmiş  kimsə  gəlib  vəkilbəndə  xəbərçilik  edir.  Buna  görə  bütün  siqaret 

çəkənləri tutub kötəkləyir, ya da telefonlarını qət edirdilər.  

Biz siyasi dustaq sayıldığımıza görə bəziləri bizdən uzaq gəzirdi. Qorxurdular ki, bizimlə 

əlaqə  qursalar,  onları  siyasi  məhbuslarla  əlaqə  qurmaqda  ittiham  edərlər.  Görkəmli  türk 

aktyoru  Tarık  Akanın  “Anne,  başımda  bit  var”  kitabından  maraqlı  bir  məqamı  xatırlayıram. 

Deməli, o, Səlimiyyə həbsxanasında olanda bir tanışı ilə rastlaşır. Hadisə belə olur: “Qarşıdan 

əsgərlə bəstəboy yaşlı bir adam keçir, kişinin əlləri qandallıydı, gözündə də eynək vardı. Sanki 

bu  adamı  tanıyırdım.  Görəsən  o  idimi?  Diqqətlə  baxdım.  Bəli,  Mehmət  Kamal  idi. 

“Cumhuriyet”  qəzetinin  köşə  yazarı  idi.  Salam  verim,  yoxsa  yox?  Hələ  qərarlaşdıra 

bilməmişdim,.  Birdən  gördüm  ki,  yanımdan  keçib  getdi.  Başını  aşağı  əymişdi,  heç  baxmırdı. 

Çevrilib qışqırdım: “Mehmet Abi, Mehmet Abi”.  

...Lap  yaxınımdan  keçsə  də,  çevrilib  baxmadı.  Nəyə  görəsə,  o  an  çox  əsəbiləşmişdim, 

səsimi eşidə-eşidə çevrilib baxmadı. 

“Həbsxanadan çıxandan sonra özünə – “Mehmet Abi, Selimiyedə mən içəri girərkən sən 

çıxırdın,  yanımdan  keçdin,  arxanca  o  qədər  çağırdım,  amma  çevrilib  baxmadın”,  –  deyəndə 

belə cavab verdi: “Əfələm? Səni tanıdım, amma sən zindana girirsən, mənsə azadlığa çıxıram, 

sənə  orda  salam  versəydim,  “vay,  müttəhimə  salam  verdin,  gəl  yenə  də  içəri”  desəydilər, 

neyləyəcəkdim?” . 

Həqiqətən də, həbsxanada hamı öz qorxuları ilə bədbəxtdir və bu, böyük sevgilərə mane 

olur.  Ona  görə  heç  kəs  bir-birini  ürəkdən  müdafiə  edə  bilmir.  Kimsə  kimsəyə  inanmır.  Hamı 

bir-birindən xəyanət gözləyir. Vaxtı çatanda hamı azad olmaq istəyir deyə, heç kəs başqasının 

“zibilinə” düşmək istəmir.  




Qaldığımız zindanda isə vəziyyət dəhşətli idi. “Xilaf-zindan” deyilən bir məfhum vardı. 

Yəni  zindan  içində  etdiyin  günaha  görə  cəzan  artırdı.  Adam  vardı  ki,  bir  il  müddətinə  həbs 

olunmuşdu, amma yeddi il idi ki, azadlığa çıxa bilmirdi. 

 

 



Yuxu 

 

 



Yuxulara çox da inanan adam deyiləm, daha doğrusu, yuxulardan baş tapmıram, hərdən də 

yozumların  boş-hədər  olması  məni  bu  cür  məsələlərdən  ayırır.  Amma  vaxt-bivaxt  yuxulara 

inandığım da olur, çünki ola bilməz ki, yuxuların dünyayla və bu yay kimi çəkilmiş həyatımızla 

əlaqəsi olmaya. İndi bu yazını yaza-yaza Rüstəm Kamalın bir cümləsi yadıma düşür. Buna görə 

yaddaşıma  minnətdaram.  R.Kamal  yazıçı  İsmayıl  Şıxlı  barədə  yazdığı  məqaləsində  belə  bir 

cümlə  var:  “Yuxu  o  dünyanın  bu  dünyaya  gizli  replikalarıdır”.  Şəxsən  yuxu  replikasını  öz 

həyatımda anladım. Deməli... 

Yuxuda  anamı  gördüm  ki,  mənə  bıçaq  uzadır,  almıram.  Anam  israr  edir,  mənsə 

götürmürəm. Anam deyir: 

– Fərid, gözlərinin qadasını alım, bala, götür, bu bıçağı.  

 Anamın göz yaşlarını silə-silə deyirəm: 

– Qorxuram, bıçağı götürərəm, üstümə şər atarlar, başa düş məni... 

– Qorxma, qorxma, başına dönüm, götür. 

“Yox, yox” deyib dalın-dalın gedəndə anam qolumdan tutub, bıçağı ovcuma qoyur. Sonra 

harasa  gedir,  tapa  bilmirəm.  Amma  içimdə  qorxu  var:  bu  saat  qolumdan  tutub  aparacaqlar  bir 

meyitin  üstünə  və  deyəcəklər:  “Niyə  öldürmüsən?”  Anlaşılmaz  bir  dəhşət  içində  ovcuma 

baxanda görürəm ki, bıçaq göyərçin olub uçur . Sonra gözümdən sevinc yaşları gəlir və uzaqdan 

anamın səsi eşidilir: lay-lay, Fəridim, laylay... lay, lay... laylay, Fəridim, laylay... 

Həmin yuxudan məni Şəhriyar gəlib oyatdı. Bir az sonra ETTELAAT nümayəndələri bizi 

“Pars” otelinə apardılar, məlum oldu ki, azadıq və bizi bir-iki günə ölkəmizə göndərəcəklər. 

 

 

YAZI və yazı 



 

 

 



Səhərin bu cağında oyanmışam, Azan səsi gəlir. Yox, namaza durmamışam, içimdə qəribə 

bir  yazmaq  eşqi  var,  mömini  ibadətə  çəkən  qüvvə  məni  də  yazmağa  çəkir.  Bu  saat  bu  yazını 

yaza-yaza ürəyimdə bir ibadət rahatlığı tapmışam. Hə, onu da yaddan çıxarmaq olmaz:  yazmaq 

və dua etməyimin arasındakı sərhəddi yaxından görürəm, xoş olan odur ki, həm yazanda, həm də 

dua  edəndə  içimdəki  Allahdan  uzaq  olmadığımı  düşünürəm.  Deyim,  saxlamayım,  bu  xatirələri 

yazıb  yaddaş  əzabından  xilas  olmaq  istəyim  də  olmamış  deyil.  Yalnız  yazıb  bitirdiyim  şeyləri 

yaşanılmış  hesab  edirəm,  yerdə  qalanlar  yaddaşıma  bu  və  ya  digər  dərəcədə  ağrı  verir  və 

yazdıqlarımı unuda-unuda həzz alır, yazmadıqlarımı xatırlaya-xatırlaya əzab çəkirəm. Yazdıqca 

çılpaqlaşıram,  “xatirə  yarpaqları”m  tökülür.  Yazmayanda  isə  çox  “yarpaqlamış”,  bar-bəhəri 

gövdəsinə yük olan ağac kimi hiss edirəm özümü.  

 

*** 


 

Həbs olunmağım iki əlamətdar hadisəyə görə də qiymətlidir. Əvvəla adamların mənimçün 

neylədiklərini  gördüm.  Xoşniyyətli  insanları  tanıdım,  bir  daha  güvəndim.  Qorxaq  və 

xoşniyyətliləri  də  saf-çürük  elədim.  Xeyirxahlar  və  boşboğazlar  da  bəlli  oldu.  Kimlərin 

mənimçün  neyləyə  biləcəyi  və  neylədiyi  aşkarlandı.  “Boynum  kəndirdə  olanda”  da,  mənə 

xəyanət edən və xeyirxahlıq göstərən adamları eyni zamanda tanıdım. Amma bir mənalı olaraq 




Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə