Fərman kəÐÈÌÇÀÄƏ



Yüklə 2,53 Mb.
Pdf görüntüsü
səhifə17/101
tarix07.08.2018
ölçüsü2,53 Mb.
#60921
növüYazı
1   ...   13   14   15   16   17   18   19   20   ...   101

36

ultan Yaqub danışırdı:  
–  Ərin  məni  öldürəndən  sonra  meyitimin  üstündə  dayanıb  deyəcəkdi  ki,  gəl  bacısı, 
qardaşını cəhənnəmə vasil eləmişəm. Yol saçlarını. 
Amma  Aləmşahbəyim  yenə  ərinin  dodaqlarını  gördü.  Həmin  dodaqlar  onun  saçlarından 
öpdü. Sonra aşağı sürüşdü, arvadının alnını, gözlərini öpüşlərə qərq elədi. Sonra pıçıldadı. 
– Gözümün nuru, başımın tacı... 
Qardaşı  onu  inandıra  bilmədi.  O,  qalxdı.  Başını  qaldırıb  düz  qardaşının  gözlərinin  içinə 
baxdı. 
– O, tac hərisi deyildi. Onun başının tacı vardı. Ölübsə də yenə tac onundu. 
– Tac? Hanı onun tacı? 
–  Qarşında  dayanıb.  Yaxşı  bil  ki,  onun  tacı  həmişə  hündürdü.  Heç  vaxt  ayaq  altına 
düşməyəcək. 
Sultan Yaqub ucaboy, gövdəli cavan oğlan idi. Yeriyəndə yer titrəyirdi. Ağılda, tədbirdə
olmasa da boy-buxunda atasına çəkmişdi. Bu nəsildə kişilər qüvvətli, qollu-qabırğalı yaranırdı. 
Sara  xatundan  başqa isə bütün qızlar zərif, incə, ucaboy idi. Ucaboy, heybətli, qorxunc Sultan 
Yaqub zərif, gözəl bacısının başı üstündə dayandı. 
– Mənim düşmənlərimə tac olan bacım. Bacı kimi gözümün işığısan. Amma sənin nə ərin 
olub, nə uşaqların. 
Aləmşahbəyim yenə aşağı çökdü. Qardaşının ayaqlarını qucaqladı. 
– Qardaş, qurbanın olum, çıxar xəncərini, doğra məni. Ancaq uşaqlarıma toxunma. 
– Qurd balası qurd olar. 
–  Bəs  mən.  Onlar  mənim  də  övladlarımdır.  Məni  öldür,  o  körpələrə  qıyma.  Bu  dünyada 
hökm  versən  də,  o  birisi  dünyada  cavab  verməli  olacaqsan.  Atalarını  öldürdün  bəs  deyilmi? 
Körpələr  sənə  nə  eləyib?  Axı  sən  onların  dayısısan.  Atamız  Uzun  Həsən  nə  vaxt  belə  bir 
qəddarlıq eləmişdi? 
Sultan Yaqub ayaqlarını bacısının əllərindən qurtarıb xeyli gəzindi və fikirləşdi: “Onların 
atalarının  qətlinə  mən  fərman  vermişəm.  Onlar  böyüyəndə  atalarının  düşmənini  axtaracaq. 
Bacım övladları dayılarına qəddar kəsiləcəklər. Gəlini gərdəkdə, küçüyü... Bəs o dünyada necə? 
Bacım da düz deyir. Cavab vermək lazım gələcək. İndi istədiyimiz hökmü veririk, onun cavabını
fikrimizə də gətirmirik. Onlar hələ körpədi. Qan üstündə qan eləmək də... Qoy hələ yaşasınlar. 
Bir-bir böyüyüb ərsəyə çatdıqca onları götürmək çətin deyil”. 
– Deyirsən atamız qəddar deyildi. Bəs qardaşımız Uğurlu Məhəmmədi niyə asdırdı? 
–  O  düşmənimizə  sığınıb  atamızın  üzünə  qabarmışdı.  Bu  işdə  atamızda  heç  bir  günah 
görmürəm. O, hansı körpəni öldürmüşdü. Yox, qardaş heç atamıza oxşamaq istəmirsən. 
– Uşaqlarına toxunmasam, atama oxşayarammı? 
– Oxşayarsan. Yalvarıram, mənim balalarımla işin olmasın. 
O dayanıb bacısına baxdı. Onların gözləri bir-birinə sataşdı. Qardaşı gözlərini yayındırdı. 
“Demək günahkar olduğunu başa düşür. Gözlərimin içinə düz baxa bilmədi. Yumşalıb”. 
– Bacı, ərinə görə də belə yalvarardınmı? 
– Yox. 
– Niyə? – Sultan Yaqub bacısının cavabından xoşlanıb qımışdı. 
– O kişiydi və istəməzdi ki, onun arvadı ərinə görə doğma qardaşına da yalvarsın. Amma 
bala şirindi. 
– Yaxşı. Sən deyən olsun. Hökmümü dəyişirəm. Nə qədər ki, mən taxtdayam, onlar həbsdə
olacaqlar. 
Aləmşahbəyimin ümidi artdı, ürəyi arxayınlaşdı. 
–  Qardaş,  onların  ən  böyüyünün  hələ  heç  on  dörd  yaşı  da  yoxdur.  Onlardan  niyə  belə
ehtiyat eləyirsən? Əlləri qılınc tutmur. 
–  On  dörd  yaş  da  bu  nəslin  övladları  üçün  bəsdir.  Böyük,  on  dörd  yaşlı  oğlun  Sultanəli 
artıq  Şeyxdi.  Müridlər  hamısı  ona  biyət  eləyir.  Bu  qorxu  deyil?  Tək  sənin  xətrinə  zindana 
gedəcəklər. 


37
– Mən də balalarımla bir yerdə çürüyəcəyəm. 
Bir  neçə  gündən  sonra  Aləmşahbəyimi  də  oğlanları  ilə  bərabər  indi  salındıqları  qalaya 
gətirdilər. 
Artıq  dörd  il  idi  ki,  həbsdə  idilər.  Bu  qaladan  heç  yerə  çıxmamışdılar.  Qalanın  qapıları
onlara  ərzaq  gətiriləndə  açılırdı.  Ən  geniş  yerləri  bürcün  üstündəki  yol  idi,  çıxıb  gəzirdilər. 
Tağların arasındakı meydan, su dolu hovuz, bu idi uşaqların dünyası. 
Ana-bala  bürcün  üstündəki  yolla  gələndə  İsmayıl  göydə  quş  səsi  eşitdi.  Dayanıb  əlini 
gözünün üstünə qoyaraq göyə baxdı. Haça səflə uçan quşlar oxuyurdular. 
– Ana, o quşların adı nədi? 
– Durnadı, oğlum.  
– Onlar uçub hara gedirlər? 
– Bağdada. 
– Yorulanda hara qonacaqlar? 
– Hara xoşlarına gəlsə. 
– Qonsunlar da, bura.   
– Qaladan Allah da bezardı, bəndə də. Quşların qanadı var. Hara xoşlarına gəlirsə oraya da 
uçub gedirlər. 
Durnalar  uçub  getdilər.  Gözdən  itməmiş  səfləri  pozuldu.  Aramla  oxunan  durna  nəğməsi 
bir-birinə qarışdı. 
– Ana, onlara nə oldu? 
– Oğul, kimsə yerdə daş çevirdi. Daşı döndərəndə durnalar yollarını itirir. Azırlar. 
– Kim çevirdi daşı? 
–  Nə  bilim,  oğul.  O  qədər  daş  çevirənlər  var.  İndi  fələyin  çərxini  çevirirlər.  O  da  olsun 
durnanın nişan tutduğu daş ola. 
İsmayıl canıyananlıqla durnalara baxır, onların səfinin düzəlməsini istəyirdi. Əlacı olsa, o 
çevrilən daşı düzəldər, durnanın qatarını səfə düzər, dəvə kimi ovsarlarından tutub aparardı. Lap 
Bağdada  kimi.  Çox  eşitmişdi  Bağdad  barəsində.  Gedib  görərdi.  Birdən  durnaların  mahnıları
əvvəlki kimi aramla eşidilməyə başladı. Onlar da yollarına davam elədilər. 
Hovuz olan meydana düşəndə İsmayıl yenə dayandı. Hovuzdan su axıb tökülür, harayasa 
axıb  gedirdi.  O,  suyun  səsinə  qulaq  asdı.  Ona  elə  gəldi  ki,  bu  səs  durnalardan  qalıb.  Durna 
mahnısı qırılanda bir parçası bu bulağa düşüb. O, əllərini suyun altına tutdu. Bumbuz idi. Həm 
də o durna mahnısı kəsildi. Əlini çəkəndə mahnı yenə eşidildi. Gördü ki, bulaq suyu da durna 
qatarı kimidi. Səsi, mahnısı qalır, özü isə uçub, axıb gedir. İstədiyi yerə, istədiyi səmtə. 
Səkinə onları səslədi: 
– Atam-anam, süfrə hazırdı. 
Səkinə xala, nə bişirmisən? 
–  Atam-anam,  vətəni  yadıma  saldınız,  anamın  xoşladığı  bir  xörək  bişirmişəm,  qurutdu 
xəngəl. 
Sultanəli  də,  İbrahim  də  süfrə  başında  oturmuşdular.  Analarını  görüb  qalxdılar.  Onun 
əlindən öpdülər, anaları da onların üzündən öpdü. Oturdular. İsmayıl da məstlərini çıxartdı, gəlib 
süfrə başında bardaş qurdu. 
Səkinə  iri  məcməyidə  xəngəli  gətirib  süfrənin  ortasına  qoydu.  Qalaylı  mis  parçda  dağ
olmuş  yağı  bir  daha  xəngəlin  üstündə  gəzdirdi.  Hücrəni  qovrulub  qızarmış  soğanın  xoş  ətri 
basmışdı.  Onlar  yeməyə  başlayanda  Səkinə  çıxıb  o  birisi  hücrəyə  keçdi.  Bir  azdan  oradan  saz 
səsi  eşidildi.  Elə  yanıqlı  çalınırdı  ki...  Hamısı  əl  saxlayıb  qulaq  verdilər.  İsmayıl  əllərini  silib 
qalxdı.  Bu  səs  onu  əfsunlamışdı.  Bayaq  gördüyü  Savalan  da,  anasının  ağlamağı,  durna  qatarı, 
pozulan  durna  mahnısı  gəlib  dayandı  gözlərinin  qabağında.  Özü  də  bu  işə  heyran  qaldı.  O 
çalınan hava hər şeyi təzələyə bilmişdi. 
Qapıdan içəri boylandı. Səkinə oturub cürə sazını basmışdı sinəsinə, çalırdı, nə çalırdı. Heç 
İsmayılın gəlməyindən xəbər tutmadı. Gözlərindən sel gedirdi. Bu yanıqlı hava elə bil o əsirliyə
gələndə  qırx  qızı  bir-birinə  bağlayan  paslı  zəncirin  cingiltisi,  o  qızların  ah-naləsi  idi,  taledən 
şikayət eləyirdi. İsmayıl görürdü ki, Səkinə arvadın özündən, sözündən xəbəri yoxdur. Birdən-


Yüklə 2,53 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə