Fərman kəÐÈÌÇÀÄƏ



Yüklə 2,53 Mb.
Pdf görüntüsü
səhifə20/101
tarix07.08.2018
ölçüsü2,53 Mb.
#60921
növüYazı
1   ...   16   17   18   19   20   21   22   23   ...   101

42
Sultanəli  hind  buddasını  xatırladan,  dizinin  kündəsi  qalxan  ortasına  oxşayan  dayısının 
yanında ayaqlarını çarpazlayıb oturdu. 
– Dayı, bizim nəsildən vəzir çıxmaz. 
– Nə üçün. Elə hazır vəzirsən. 
–  Çünki  vəzir  tülkü  kimi  bic,  ürəyində  “yox”  fikirləşib  dilində  “bəli”  deyən  adamlardan 
olur. Bizim ürəyimizlə dilimiz bir olub. Bu isə heç bir hökmdarın xoşuna gəlmir. Onlar yalanı, 
yaltaqlığı daha çox xoşlayır. Yaltaqlanmasan, fikrini düz desən, onda gərək boynunu qılınc altına 
verəsən. 
Məsih  Mirzə  tutuldu.  “Sultan  Yaqub  düz  fikirləşib.  Bunlar  vəzirlik  yox,  hökmdarlıq 
fikrindədirlər”. 
– Mənim vəzirim də, hökmdar fikirli olmalıdır. Amma bir şey də var da, bacıoğlu. Şeyx 
Səfi  nəslinin  qəlbində  sirr  olur,  indiyə  qədər  bir  adama  açmayıblar.  Bəs  ürəyindəki  həmin  sirr 
niyə dilinizə gəlmir? 
–  Hə,  o  ayrı  məsələdir.  –  Sultanəlinin  əlində  bıçaqla  yonub  naxışladığı  bir  çubuq  vardı. 
Həmin çubuğu ortadan qırdı, sonra dayısına göstərdi. – Bir şey yoxdu ki? 
– Nə olmalıdı ki? 
– Heç nə. Ağacdı da, elə deyilmi? 
–  Bəli,  –  deyə  Məsih  Mirzənin  gözləri  gəzdi,  o  təəccüblə  baxırdı.  Sultanəlinin  mö’cüzə
göstərəcəyini gözləyirdi. 
Sultanəli ağacın bir tərəfini şamın oduna tutdu. Ağac alışdı, çırthaçırtla yanmağa başladı. 
Məsih Mirzə heç nə başa düşmədi. 
– Yanır? 
– Yanır. 
– Niyə yanır? Biz baxanda bunun ki, içərisində alov yox idi. Amma oda verən kimi alışdı
və öz-özünə yanmağa başladı. Demək alovla aşinalıq onun bətnində idi. Nə qədər alova tutmasan 
o batin idi və yanmayacaqdı. 
– Batindəki həmişə alova çevrilir? – Məsih Mirzə sınayıcı nəzərlə Sultanəliyə baxdı. 
–  O  baxır  batinə,  oradakı  sirrin  xasiyyətinə.  Bizdən  həmişə  şübhələnirlər.  Qorxurlar  ki, 
hökmdar  olmaq  fikrindəyik.  Sən  də  indi  bu  barədə  düşünürdün.  Amma  onu  bilmirlər  ki,  biz 
hökmdarıq.  Öz  batini  fikrimizin  hökmdarı.  Biz  əbədi  bir  yolun  yolçusuyuq,  beş  günlük  şahlıq 
səviyyəsinə enmərik. Ona görə bizim sövdamız baş tuta bilməz. Anam sizə “yox” cavabı verdi. 
Mən ondan bundan artıq cavab gözləmirdim. Öz qardaşının qanına qəltan olunmasına fitva verib 
sizinlə razılığa gəlsəydi, mən öz doğma anamdan ömürlük inciyərdim. 
Sultanəli bu sözləri deyib ayağa qalxdı. Bu o demək idi ki, mən səninlə söhbəti qurtardım. 
Məsih Mirzə də özünü itirib onunla bərabər qalxdı və yenidən oturmaq istədi. Amma gec 
idi,  özünü  itirdiyi  də  hamıya  aydın  olmuşdu.  Bu  körpə  uşaqla  ağıl  mübarizəsində  məğlub 
olmuşdu. O, yerişini də itirdi. O, buraya hökmdar olmaq fikri ilə ayaq basmışdı, sanki tacqoyma 
mərasiminə  gəlir,  cəvahiratla  bəzənən  tacı  onun  başına  bacısı  qoymalı  idi,  amma  həmin  tacı
bacısı oğlu onun başına çırpmışdı. 
Keçib  qılıncını  götürdü.  Hücrədən  çıxmaq  üçün  qapıya  getdi.  Amma  qapıya  çatmamış
dayanıb geriyə döndü və bacısına baxdı. 
–  Bacı,  seçdiyim  yolda  sənə,  sənin  qohumlarına  arxalanmaq  istədim.  Görünür  qismət 
deyilmiş.  Nə  olar,  özümə  bu  qılıncla  yol  açaram.  Buna  gücüm  çatar.  Amma  bundan  sonra 
məndən inciməyin.   
–  Yenə  də  qılınc,  yenə  də qan. Ey tanrı, sən bu ana-bacıları niyə yaradırdın? Onların nə
günahı vardı?! 
O  vaxtdan  xeyli  keçmişdi.  Nə  Sultan  Yaqubdan,  nə  də  Məsih  Mirzədən  bir  xəbər 
çıxmamışdı.  Günlər  isə  bir-birindən  üzücü  gəlib  keçirdi.  Səkinə  Aləmşahbəyimin  qızılı  saçları
arasında ağ tüklər görmüşdü. Özünə deməmişdi. Bir kisə xınası vardı. İsladıb gətirmişdi. 
– Atam-anam, saçlarına xına qoyum? Aləmşahbəyim hirslənməzdi, özündən çıxmazdı. Heç 
vaxt  Səkinənin  üstünə  səsini  qaldırmamışdı.  Ona  yazığı  gəlirdi.  Onun  xına  söhbətindən  sonra 
özünü  saxlaya  bilmədi.  İçində  ilan  zəhəri  rəngində  xına  olan  üstü  yazılı  mis  camı  alıb  divara 


43
çırpdı. Qab daşa dəyib cingildədi, xına divara yayıldı. Qab isə divar dibi ilə diyirlənib qapının 
yanında  dayandı.  Səkinə  quruyub  qaldı.  Nə  pis  iş  görmüşdü  ki,  onu  belə  təhqir  eləmişdilər? 
Amma nə səsini çıxartdı, nə incidi, nə də gözünü qaldırıb ona baxdı. Gedib qabı götürdü, əski 
gətirib divardakı xınanı təmizlədi. Aləmşahbəyim də bu müddətdə peşman oldu. 
– Səkinə, mənə xına yaraşır? 
Səkinə onun hirsinin səbəbini indi başa düşdü. Onun qabağında çökdü. Əllərindən öpdü. 
–  Keç  günahımdan,  atam-anam.  Gözəl-göyçəksən,  məleykə  kimisən,  istəmirəm  bu 
gözəlliyinə bir xal düşsün. 
Aləmşahbəyim  gedib  barmaqlığın  qabağındakı  güzgünü  götürdü.  Xırdaca,  qızıl  çərçivəli 
güzkü  idi.  Bunu  əri  rum  tacirlərindan  bir  at  qiymətinə  almışdı.  Əsil  Venedikt  güzgüsü  idi. 
Güzgüdə  onun  zənəxdanı,  soluxmuş  ağ  qızılgül  ləçəklərinin  biri-birinə  söykənməyinə  oxşayan 
dodaqları, düz və xırda burnu, badamı gözləri, nazik çatma qaşının üstündəki xal görünüb ötdü. 
Qızılı  saçlarının  ayrıcına  çatanda  güzgünü  bir  yerdə  saxladı.  Orada  bir  neçə  tük  ağarmışdı.
 
 
– Heydər qayıtdı, Səkinə. 
– Nə dedin, atam-anam?  
– Heydər qayıtdı deyirəm. 
– Necə qayıtdı? 
– Saçımın ağıyla qayıtdı gəldi Heydər. 
SULTANBUDDA TOY  
Payızın son ayında Xudafərin körpüsündən keçən Sultan Yaqubun qəflə-qatırı Araz qırağı
yolla Beyləqan tərəfə yol almışdı. Qabaqda Sultanın seçmə mühafizə dəstəsinin geyimli-kecimli, 
bığıburma  süvariləri  gedirdi.  Aralıqda  Sultan  Yaqub  günün  altında  bərq  vura-vura  atını  yorğa 
yerişlə sürürdü. Onlardan arxada Venedikt zər parçaları ilə bəzənən kəcavədə Qarabağ gözəlini 
oturtmuşdular. Səlcuqəşahbəyim xatun da ayrı bir kəcavədə gedirdi O, oğlunu nə qədər eləsə də
bu  toy  fikrindən  yayındıra  bilməmişdi.  Müxtəlif  bəhanələrlə  illər  boyu  toyu  saxlasa  da  Sultan 
Yaqub öz dediyinin üstündə dayanmışdı. 
Arxada müxtəlif yüklər daşıyan qırx dəvə zınqırovlarını səsləndirə-səsləndirə gəlirdi. 
Haramı düzünə elatlar yaylaqdan təzə qayıtmışdılar. Yağışlardan sonra bu geniş düzəndə 
ot cücərmiş, xırda ağ çiçəklər də açmışdı. Alaçıqların yanında körpə qumral quzular oynaşır, göz 
işlədikcə uzanan düzdə sürülər otlayırdı. 
Toyun  günü  ölkənin  bütün  əyalətlərinə  xəbər  verilmişdi.  Hər  yerdə  şənliklər  düzəltmək 
üçün mə’murlar qapı-qapı gəzib şallaq gücünə muştuluq vergisi yığırdılar. 
Toyun  olacağı  Sultanbudda  Gürcüstandan,  Şirvan  mahalından,  qonşu  ölkələrin  çoxundan 
qonaqlar  də’vət  edilmişdi.  Şirvanşah  Fərrux  Yasarın  gəlməyinə  ümid  az  olsa  da,  hər  halda 
oğlanlarından birini böyük hədiyyələrlə göndərəcəkdi. 
Qafilə Beyləqan şəhərinin xərabələrinə az qalmış düzdə dayandı. Fərraşlar əvvəl Sultanın 
qızıl qübbəli çadırını qurdular. 
Qarabağ gözəli kəcavədən düşən kimi öz doğma düzlərini gördü. Yetirib yerdən bir ovuc 
yovşan qopardı. Burnuna yaxınlaşdırdı: 
– Oxxay, bütün müşk-ənbərlərdən bu gözəldir, – dedi.  
Sultan Yaqub dayanıb heyranlıqla ona baxırdı: 
– Ey gözəllər gözəli, sənin vətəninə gəlmişik. İndi özünü necə hiss eləyirsən? 
– Çox gözəl, hökmdar. İndi bir at verələr, yatam yalına, düşəm ceyranların dalınca, onda 
görərsiniz analar necə qızlar doğub. 
–  Ceyran?  O  ceyranın  neçəsini  desən  mən  ovlayıb  gətirərəm.  O,  vəzirinə  göstəriş  verdi. 
Ova çıxacağını dedi. Bir anda onun atını, kəməndini, oxunu, silah və əbləsələrini hazır elədilər. 


Yüklə 2,53 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə