Fərman kəÐÈÌÇÀÄƏ



Yüklə 2,53 Mb.
Pdf görüntüsü
səhifə18/101
tarix07.08.2018
ölçüsü2,53 Mb.
#60921
növüYazı
1   ...   14   15   16   17   18   19   20   21   ...   101

38
birə o havanı dəyişdi. Elə bil qoşunlar löhrəm yerişlə keçib gedirlər. Səkinə arvad isə bu balaca 
sazla  o  yollara  vurulan  paslı  kilidləri  qırır,  yolları  açır.  Zəncirdən  qurtulan  qırx  qız  da  onunla 
bərabər qayıdır. Öz yurdlarına, gözəl Borçalı çökəyinə qayıdırlar. Hamı onları qarşılayır. Amma 
bu qırx qızı tanıyan yoxdur. Qırx qızın yerində qırx qarı dayanıb. 
İsmayıl  da  bu  musiqinin  seyrindən  divara  söykənib  heyranlıqla  bu  əsir,  kəniz  qadına 
baxırdı. Deməyəsən o xörək bişirməkdən, paltar yumaqdan, daş döşəmələri süpürməkdən başqa 
gözəl işlər də bacarırmış. 
Havanı  çalıb  qurtardıqdan  sonra  başını  cürə  sazın  üstünə  qoyub  hönkürdü.  Sonra  yavaş-
yavaş özünə gəldi. Yaylığının ucu ilə gözlərini sildi, başını qaldıranda divara söykənən İsmayılı, 
qapıda  Sultanəli  ilə  İbrahimi,  onların  başı  üstündə  Aləmşahbəyimi  gördü.  Onların  hamısının 
gözlərində kədər vardı. O, ayağa qalxdı: 
–  Atam-anam,  keç  günahımdan.  Bayaq  dərdimi  danışdım,  sonra  evimizdə  gördüyüm 
xəngəldən bişirdim, özümü saxlaya bilmədim. Nə qədər ağlayırdımsa ürəyim boşalmırdı. Bircə
dəfə bu sazı çalmaqnan elə bil evimizə-eşiyimizə getdim, atamı-anamı, qardaş-bacımı görüb geri 
qayıtdım. 
– Bəs bizdən niyə gizlədibsən bu sirrini, Səkinə, – deyə Aləmşahbəyim soruşdu. 
–  Nə  bilim,  vallah,  atam-anam.  Birinin  xoşuna  gəlir,  birinin  xoşuna  gəlmir.  Mən  nə
karəyəm ki, deyəm, saz çalım. Bu dərdin, ələmin içində. 
– Çal, həmişə çal, elə saz da bizim kimi dərdlidi.  
O, cürəni bir tərəfə qoydu. 
– Gedim süfrəni yığışdırım. 
– Sonra. Bir hava da çal. 
Səkinə utana-utana sazı sinəsinə götürdü. Təzanəni gəzdirib havanın kələfinin ucunu tapan 
kimi  özü  də  dəyişildi.  Elə  bil  heç  kimin  görmədiyi  yerdə  əlləri  işləyib  dünyanın  ən  iri 
düyünlərindən birini açmağa çalışır. Bu anda hər şey yaddan çıxır. Sazın simlərindən qopan hava 
gah adamı yandırıb-yaxır, gah qanadlandırır, gah mə’yus eləyirdi. 
O, çalıb qurtarandan sonra İsmayıl soruşdu: 
Səkinə xala, bu havanın adı nədi? 
 
– Ruhani. 
– Niyə ruhanidi? 
– Atam-anam, nə bilim. Rəhmətlik atam bu havanı çalıb qurtarandan sonra deyərdi Allah 
rəhmət  eləsin.  Deyərdik  kimə?  Deyərdi  şairə.  Öz  qəzəllərinə,  sözlərinə  görə  onun  dərisini 
soyublar. O, hürufani olub. Aşıqlar da bu havanı onun mərdanəliyinə, igidliyinə qoşublar: 
– Şair Seyyid İmadəddin Nəsimi, – deyə Sultanəli dilləndi. 
– Nəsimi? O, kimdi? – deyə İsmayıl Sultanəliyə yazıq-yazıq baxdı. 
– Sus! – Sultanəli barmağını mehribanlıqla onun dodaqlarına qoydu. 
– Onun adını çəkənin dərisini dırnaqdan tutmuş təpəsinə qədər soyurlar. 
– Niyə axı? Onun günahı nə olub? 
– Sonra bilərsən. O, hürufi şairdi. 
– Hürufi nədir? – İsmayıl qardaşının əlindən yapışıb buraxmır, öyrənməyə çalışırdı. 
–  Bir-iki  kəlməylə  başa  düşmək  olmaz.  Gərək  onun  yazdıqlarının  hamısını  oxuyasan. 
Əvvəl özümüzü öyrən, sonra. 
– Biz kimik? 
 
– Sufi. 
–  Sufi  nədir?  –  İsmayılın  bu  sualından  sonra  anası  onun  qolundan  tutub  qalxızdı, 
çənəsindən yuxarı qaldırdı.   
– Nə görürsən? 
– Səqf.   
– Nədəndi o səqf? 
– Daşdan. – İsmayıl təəccüblə anasına cavab verirdi. 
– Necə daşdan? 
– Kobud. 


39
– Bura nədi? 
 
– Qala. 
–  Bax,  sufilik  də  budu.  Zindandı,  zəncirdi,  ayaqlarda  kündədi.  Sufilər  də,  hürufilər  də
özlərinə bu dünyada da cəhənnəm qazanırlar, o dünyada da. 
Söhbətləri burada bitdi. 
Öz  hücrələrinə  keçdilər.  Sultanəli  şamları  yandırdı.  Amma  anası  görürdü  ki,  şamı 
yandıranda  əlləri  əsir.  Amma  heç  nə  soruşmadı.  Bilirdi  ki,  bayaq  İsmayıla  dediyi  söz  onun 
xətrinə  dəyib.  Anası  olduğuna  görə  cavab  verməyib.  İbrahim  də  tutulmuşdu.  O,  böyük 
qardaşından  iki  yaş  kiçik  idi.  Amma  hamıdan  hirsli,  əsəbiydi.  Əsəbiliyinin  də  səbəbi  dilinin 
tutulmağı idi. Danışmaq istədiyi yerdə, dilinə söz gəlmir, o qızarır, pörtür, dili-dodağı əsirdi. 
Qapı döyüldü. Sultanəli getmək istədi, amma anası qoymadı. Qapını o özü açırdı. İstəmirdi 
ki,  bəla  birdən-birə  onun  oğlanlarına  gəlsin,  özünü  qabağa  verirdi.  Keçən  illərdə  qapıda  onu 
görən silahlı-əbləsəli bir fərraş özünü saxlaya bilməyib çöhrəsi açıq bu qadının gözəlliyinə görə
bircə kəlmə demişdi: 
– Fətəbərəkallah! 
Onun bu kəlməsini eşidib saraya xəbər vermişdilər. Üstündən xeyli keçəndən sonra həmin 
fərraşı  Ərdəbilin  mərkəzi  meydanında  e’dam  eləmişdilər.  E’lan  eləmişdilər  ki,  o  əsilzadə
ailələrindən birinin qadınının sifətinə baxıb. 
Bu dəfə də özü getdi. Bilirdi ki, qardaşının fitvası ilə oğlanları böyüdükcə bir-bir gedəcək. 
Odur  ki,  gecələr  də  yuxusu  ərşə  çəkilir.  Ərinin  xəncərini  başının  altında  saxlayırdı.  Yad  səsi 
eşidən kimi, Səkinə də oyanırdı. 
İndi qapıda ucaboy, Sultan Yaquba bənzər, əyin-başından saray adamına oxşayan bir nəfər 
dayanmışdı. Aləmşahbəyim geri çəkildi. 
– Sən kimsən? 
–  Bacı,  qardaşını  tanıya  bilmədin?  Aləmşahbəyim  diqqətlə  baxdı.  Məsih  Mirzə  idi. 
Aləmşahbəyim onu sancdı. 
–  Günah  bacıda  deyil.  Qardaş  bacının  dar  günündə  görünməyəndən  sonra  onu  necə
tanıyasan?  
Məsih Mirzə içəri girdi. 
–  Bacımı,  onun  balalarını  bu  gündə  görüncə  gözlərim  kor  olaydı  –  deyib  silahlarını
çıxartdı. Sultanəlinin yanında dayanan qardaşları da onun kimi, indi sifətini gördükləri dayılarına 
kinli-kinli  baxırdı.  –  Sizin  yanınıza  gəlmək  olurmu  bəyəm.  Taxt-tac  Yaqubun  gözlərini  tutub, 
heç  nə  görmür.  Bura  girmək  üçün  nə  qədər  vaxtdı  əlləşirəm.  Əbih  Sultan  olmasaydı,  bura  yol 
tapa bilməyəcəkdim. 
Aləmşahbəyim qardaşının gəlişindən sevinsə də, həm də bərk narahat oldu. Aşkardır ki, o 
bacısını elə-belə görməyə gəlməyib. “Yox, yəqin ki, uşaqlarla işi yoxdur. Nəsə başqa məqsədi 
var. Əbih Sultanla birləşibsə, bu ayrı məsələdi.” 
O, bardaş qurub oturdu. 
– Səndən nə yaxşı, qardaş? 
– Gəlmişəm də. Dedim, görüm necəsiniz. 
– Belə də, günümüz xoş, dövranımız çağ.  
Məsih Mirzə hal-əhval tutandan sonra uşaqlara baxdı. Sonra da bacısına dedi: 
– Səninlə ikilikdə sözüm var. 
– Yaxşı, Sultanəli, keçin o birisi hücrəyə. – Onlar çox könülsüz getdilər. – Hə, eşidirəm, 
səni,  –  deyə  qardaşının  qılıncını  kəmər  qarışıq  cingildədə-cingildədə  aparıb  pəncərənin 
qabağından  asdı.  Məsih  Mirzə  bardaş  qurmuşdu,  dizlərinin  kündələri  şam  işığında  qızarırdı. 
Qırmızı atlasdan şalvar geymişdi. Üstünə isə başı kölgə salmışdı. Əllərini də uzadıb dizlərinin 
üstünə qoymuşdu, iri barmaqları yerdən çıxarılan ağacın rişələri kimi görünürdü. 
– Bacı, dərdini təzələsəm də deməliyəm ki, Şeyxin ölümünə fitva verən adamı tapmışam. 
Üləma  Fəzlüllah  ibn  Rüzbahan  Hünəci  Yaqubu  başdan-beyindən  çıxarıb.  O,  Yaquba,  bir  də
Osmanlı Sultanı Bəyazidə məktublar yazıb. Yazıb ki, Şeyx Cüneyd kimi Şeyx Heydər də ürfan 
və  ruhaniyyət  yolu  ilə  getmək  əvəzinə,  ölkə  və  vilayətlər  ələ  keçirmək  istəyirlər.  O,  üsyanlar 


Yüklə 2,53 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə