İldir, yəni təhsil alanlar bu mərhələdə fənlərarası məşğələlərdə
iştirak etmək, bir və ya bir neçə xarici dil öyrənmək, yeni
informasiya texnologiyalarından istifadə etmək imkanlarına malik
olmalıdırlar.
Birinci mərhələdə təhsil müddəti 3 ildən az, 4 ildən çox
olmamalıdır.
Dərəcədən sonrakı mərhələdə (magistraturada) çox geniş
seçim imkanları olmalıdır. İkinci mərhələdə təhsil müddəti 1-2 il
nəzərdə tutulur. Bu mərhələnin yekununda təhsil alanlara magistr
dərəcəsi verilir. Doktorluq dərəcəsi almaq üçün təhsilin müddəti 7-8
il olmalıdır. Təhsilin üçüncü mərhələsinin sonunda təhsil alanlara
doktor dərəcəsi verilir.
Həm dərəcəyəqədərki, ' həm də dərəcədən sonrakı
mərhələlərində tələbələr müstəqil təlim-idrak fəaliyyətinə və
tədqiqatçılıq işlərinə istiqamətləndirilməlidir. Hər iki mərhələdə
təhsil alanların təhsilin, heç olmasa, bir semestrini öz ölkəsindən
xaricdə hər hansı bir
identik
(latınca
identijicare
- eyniləşdirmək,
identicus - eynilik deməkdir) tədris müəssisəsində davam etdirə
bilməsi təmin olunmalıdır. Ümumiyyətlə, təhsilin müasir yüksək
inkişaf səviyyəsində öyrədən və öyrənənlərin
mobilliyiıw
xüsusi
diqqət verilməlidir.
Təhsilin hər üç mərhələsində (bakalavriat, magistratura,
doktorantura) ali təhsil sistemi üçün ixtisasların razılaşdırılmış və
uyğunlaşdırılmış strukturlarının yaradılması məqsədilə, tədris
proseslərinin səviyyəsi və nəticələri, istiqamətləri, profil və
kompetensiyalar (insana müvafiq fəaliyyəti, norma və qaydaları
adekvat surətdə dərk etməyə imkan verən bacarıqlar) və onların
vahid kriteriyaları yaradılmalıdır. Bu əsasda da ümumavropa ali
təhsil məkanı üçün ümumiləşdirilmiş ixtisaslar strukturu işlənib
hazırlanmalıdır.
Azərbaycan Respublikası özünün ali təhsil sistemini
ümumavropa standartlarına uyğunlaşdırmaq üçün aşağıdakıları
reallaşdırmağa çalışır:
•
İkipilhli ali tahsil sisteminin tatbiq
Avropa ali təhsil zonası üçün ali təhsilin bütün ölkələrdə
vahid formalı strukturuna keçid məqsədilə Azərbaycanda artıq neçə
ildir ki, dövlət tərəfindən təsdiq olunmuş ixtisas klassifikatoruna
uyğun olaraq ali təhsilli mütəxəssis hazırlığı
80
iki mərhələdə həyata keçirilir:
bakalavriat
-2 il.
4 il;
magistratura
•
Akademik
ra
elmi dərac^brin miiayyaiıhşäirilmasi
Dünyanın bir çox ölkələrinin ali təhsil və ondan sonrakı
mərhələdə akademik və elmi dərəcələrinin strukturu, sertifikat və
diplomların forma və xüsusi çəkisi ilə bağlı mövcud
reqlamenthrin
öyrənilməsi nəticəsində belə bir qənaətə gəlinmişdir ki, müxtəlif
ölkələrdə akademik və elmi dərəcələrin reqlamentlərində bir çox
oxşar cəhətlər vardır. Bununla belə, elə iki ölkə tapmaq mümkün
deyil ki, onların təhsil modellərində diplomlar və onların əldə
olunması üçün qoyulan şərtlər üst-üstə düşsün. Ayrı-ayrı ölkələrdə
7u^i/cr//avr,
Dostları ilə paylaş: