Fərrux rüSTƏmov tamilla dadaşova ali MƏKTƏb pedaqogikasi



Yüklə 6,79 Mb.
Pdf görüntüsü
səhifə43/238
tarix02.04.2022
ölçüsü6,79 Mb.
#84976
növüDərs
1   ...   39   40   41   42   43   44   45   46   ...   238
Ferrux Rustamov - Ali məktəb pedaqogikasi - 2007(1)

T,ı/ısilda  milli  vd  iimumhs^ari  ıhyarhrin  vnhdsti.

  Bu 


strategiya  konkret  ölkədə  və  bütün  dünyada  təhsil  prosesinin 

inkişafetdirici  istiqamətinin  reallaşdırılmasını  təmin  elməyə 

yönəlir. 

Bü gün elmi fikirdə belə bir ideya meydana gəlmişdir: hər bir 

konkret  ölkənin,  xaliqin,  millətin  -  bütün  dünya  mədəniyyətinin 

inkişafında, təhsil sisteminin təkmilləşdirilməsində öz strateji xətti, 

vəzifələri var. Əgər xalq bu vəzifələri müstəqil surətdə həll elmirsə, 

yaxud  başqa  mədəniyyətlərdən  nələrisə  mexaniki  «götürürsə», 

həmin xalq gec-tez dünya arenasında varlığını itirir, başqa xalqlara 

qaynayıb-qarışır, bir millət kimi məhv olur. Onun qalıqları üzərində 

yeni  etnoslar,  yeni  mədəniyyətlər,  yeni  sivilizasiyalar  meydana 

gəlir.  Belə  bir  təhlükəli  vəziyyət  təhsildə  milli  dəyərlərin  nəzərə 

alınması strategiyasının vacibliyini bir daha sübut edir. Deməli, hər 

bir  xalq,  hər  bir  ölkə  özünün  milli  təhsil  sistemini  və  tərbiyə 

məqsədini müəyyənləşdirərkən milli dəyərlərə, milli mədəniyyətə, 

milli intellektual potensiala, milli kadrlara (müəllimlərə. 

92 



zabitlərə,  yazıçı  və  şairlərə,  rəssam  və  bəstəkarlara,  bir  sözlə. 

«özününkiilər»ə) istinad etməlidir 

Digər  tərəfdən,  yalnız  öz  mədəniyyətinə  qapılma  (bu.  heç 

mümkün  də  deyil)  milləti  cılızlaşdırmaqla,  dünya  m.ədə-  niyyəti 

sırasından  çıxarar,  qarşılıqlı  zənginləşmə  yollarına  «Çin  səddi» 

çəkərdi.  Əlbəttə,'  bu.  yeni  ideya  deyil.  Hər  bir  xalq  öz  milli 

mədəniyyətini  inkişaf  etdirməklə  yanaşı,  digər  xalqların  da 

mədəniyyətlərini  öyrənməli,  qarşılıqlı  m.ədəni  münasibətlərdə 

iştirak  etməlidir.  Deməli,  əsas  məsələ  einomədəni  təhsil-tərbiyə 

prosesləri ilə ümumbəşəri başlanğıc arasında ahəngdar uzlaşmanın 

təmin olunmasıdır. 

Belə  çıxır  ki,  müasir  dünyanın  inkişafını  xalqların, 

millətlərin,  dövlətlərin,  milli  təhsil  doktrinaları  və  sistemlərinin 

«konver}rensiyasi'>^

 (latınca 



conyergerc -

 yaxınlaşmaq, bənzəmək 

deməkdir)  prosesini  -  vahid  insan  sivilizasiyasının  təşəkkülü 

tendensiyası  kimi  qəbul  edən  nəzəriyyəçilər  öz  mülahizələrində 

haqlıdırlar. 

Bu  fakt  nəyi  göstərir?  Hazırda  milli  hüdudları  qorumaq 

qeyri-mümkündür  və  müxtəlif  xalqların  özünəməxsusluğu,  milli 

təhsil  doktrinası  arasındakı  hüdudlar  silinməkdədir.  Bütün  bunlar 



atavizm

 (latınca 



atavus -

 ulu əcdad deməkdir) demək deyilmi? Axı, 

söhbət  xarici  görünüşdən,  geyimdən,  üzün  ifadəsindən,  bir  sözlə, 

milli  xüsusiyyətlərdən  deyil,  mahiyyət  xarakteri  daşıyan  milli 

mentalitetdən, dövlətçilikdən, xalqın mənəviyyatından gedir. Əgər 

«mənəvi  konvergensiya))  baş  verərsə,  bu,  xalqlar  üçün,  insanlıq 

üçün hansı nəticələrə gətirib çıxarar? 

Sistemlər  haqqında  təlimdə  deyilir  ki,  sistemə  məxsus 

elementlərin fərqlərinin nəzərdən qaçırılması sistemin dağılmasına 

gətirib  çıxarır.  Dünyanın  mövcudluğu  mahiyyət  etibarilə  gerçək 

aləmin məkan və zaman daxilində daimi hərəkətindən, canlının və 

cansızın,  yerin  və  kosmik  fəzanın  heyrətamiz  müxtəlifliyindən 

ibarətdir.  Bu  isə  o  deməkdir  ki,  xalqların,  mədəniyyətlərin,  təhsil 

sistemlərinin  qeyri-adi  müx-  təlilİiyi,  min  illərlə  yer 

sivilizasiyasının  mövcudluğu  və  inkişafının  zəruri,  obyektiv 

nəticəsidir. 

Təhsildə milli və ümumbəşəri dəyərlərin vəhdəti prinsipinin 

reallaşdırılması imkanları sosial və noosfer qlobal- 

93 



Icişnıa prosesləri ilə əlaqədar olaraq getdikcə daha artıq genişlənir 

və  dərinləşir.  Bu,  birinci  növbədə,  fasiləsiz  təhsil  «loko-  motivi» 

olan  ali  təhsil  sisteminə  aiddir.  Avropa  təhsil  məkanında  təhsil 

kooperasiyalarının  yaradılması  bir  çox  ölkələrin  reallıqlarına, 

vətəndaşların  tələblərinə  cavab  verir,  intellektual,  mədəni,  sosial, 

elmi-texniki  potensialının  inkişafına  və  möhkəmlənməsinə  təkan 

verir. 

Artıq  təhsildə  ənənəvi  olanlarla  innovasiyaların  vəhdəti 

prinsipi  status  qazanmaqdadır.  Dünya  təhsil  tədqiqatçılarının 

fikrincə,  ənənəvi  olanlarla  innovasiyaların  davamlı,  dinamik 

əlaqəsi  keçmiş  və  gələcək  arasında,  mövcud  olmuş  və  mövcud 

olacaq təhsil sistemləri arasında varislik əlaqəsini yarada biləcək. 

Milli  ənənələrə  və  dünya  təcrübəsinə  əsaslanmayan 

innovasiyalar  öz  mənasını,  əhəmiyyətini  tez  itirir.  Məhz  bu 

əlaqələri nəzərə almaqla təhsilin keyfiyyətini, milli, əxlaqi, mənəvi 

dəyərləri qoruyub saxlamaq mümkündür. 

Vaxtilə  İ.Kant  yazırdı: 


Yüklə 6,79 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   238




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə