{ümumilik,
obyektivlik
va
tamlıq, təhsilin inkişaf komponentlərinin biri-
birindən asılılığı)
ilə vəhdətdə təhsil strategiyasının əsas
mahiyyətini ifadə edir.
Təhsil strategiyasının hər bir prinsipi həm ayrılıqda, həm də
vəhdətdə kompleks həyati problemlərdən, sistemli siyasətin nəticəsi
kimi özünü göstərir.
Bütöv, tam, uzunmüddətli sistemə daxil edilən dolayı,
situativ məqsədlər, imitasiyalar (latınca
imitatio -
təqlid,
yamsılama, saxta deməkdir) təhsilə, cəmiyyətə, insani
münasibətlərə dağıdıcı təsir göstərir. Bu neqativ halın qarşısını
almaq üçün fəaliyyət prosesində yuxarıda qeyd edilən dövlət təhsil
strategiyaları (prinsipləri) əsas götürülməlidir. Bu strategiyaların
qısa şərhini verək.
Təhsil strategiyasının (təhsilin inkişafının) universallığı və
fundamentallığı prinsipi.
Universallıq və fundamentallıq hər bir
insanın və bütövlükdə hər bir sivilizasiyanın təhsili kimi, vahid
prosesin müxtəlif tərəfləridir.
Universallıq -
təhsili və onun
strategiyasını miqyas, həcm, məişətə uyğunluq baxımından
xarakterizə edir.
Fundamentallıq -
qanunların, proseslərin,
tendensiyaların qavranılması və dərk edilməsini, məişətə nüfuz
etməsini nəzərdə tutur. Universal ölçü olmadan fundamentallıq
təhsildə və tərbiyədə nöqsanlara gətirib çıxarır.
Elmin öyrəndiyi qanunauyğunluqlar tədris fənlərində qapalı
tədris materialı kimi təqdim edilir. Öyrənən onu
(qanunauyğunluğu) dünyanın təbii inkişafının təzahürü kimi qəbul
edə bilmir. Filosofların təbirincə desək, tədris fənninin öyrənilməsi
prosesində təhsil alanlar gerçəklik və onun komponentləri haqqında
fraqmentar biliklər əldə edirlər. Həyatın mahiyyəti isə dərk
olunmur. Mövcud düşüncə tərzi gerçəkliyin daimi, dərin, ümumi,
sistemli əlaqələrini anlama-
86
ğa mane olur. Qanun yığcam şəkildə ifadə olunmuş sistemtö- rədici
bilik kimi qavranılmır.
Bu neqativ halların qarşısını almaq üçün təhsilin məzmunu
və təhsil standartları müəyyənləşdirilərkən dialekti- kanm üç
mühüm qanunu əsas götürülməlidir. Çünki bu qanunlar vəhdətdə
idrakın əsasını təşkil edən üç suala cavab verir;
üçün? Nec^? Hara?
Bu suallara verilən cavablar təbiət, cəmiyyət və təfəkkürün inkişaf
strukturunu - doktrinasını əsaslandırmağa, inkişafın
nxdnbayini,
mahiyyatini
və
istiqamdüni
müəyyənləşdirməyə imkan verir.
Obyektiv gerçəklik - fəlsəfə vasitəsi ilə dövlətə və
bütövlükdə cəmiyyətə, həm də pedaqogikaya dünya təhsil
strategiyasının tamlığı və vahidliyinin təmin edilməsi sifarişini
verir. Universallıq və tamlıq bu gün biri-biri ilə kəskin
ziddiyyətdədir. Gerçəklik haqqında birləşdirilməsi çətin olan, xırda
«hissəciklər»dən ibarət biliklərlə didaktikanın tələbləri arasında
ziddiyyətlər mövcuddur. Fərd parçalanmış, biri-birindən təcrid
olunmuş bilikləri tam mahiyyəti ilə vəhdətdə qavramaq imkanına
malik deyil. Necə deyərlər, «insan ağacların arxasından meşəni görə
bilmir».
Təhsilin vahidliyi və tamlığı strategiyası konseptual
biliklərin yaradılması, tədris fənlərinin konsentrik quruluşu, tədris
bloklarının təbiət, cəmiyyət, insan və təfəkkür haqqında biliklərin
fəlsəfi ümumiləşdirmələrlə əvəz edilməsi tendensiyalarını doğurur.
Konseptual biliklərin yaradılması tendensiyaları müxtəlif
formalarda təzahür edir. Məsələn,
Dostları ilə paylaş: |