Fərrux rüSTƏmov tamilla dadaşova ali MƏKTƏb pedaqogikasi



Yüklə 6,79 Mb.
Pdf görüntüsü
səhifə36/238
tarix02.04.2022
ölçüsü6,79 Mb.
#84976
növüDərs
1   ...   32   33   34   35   36   37   38   39   ...   238
Ferrux Rustamov - Ali məktəb pedaqogikasi - 2007(1)

magistr,  falsafa  doktoru,  elmlər  doktoru,  mütəxəssis, 

lisenziat,  tədqiqatçı

  və  s.  kimi  dərəcələri  özündə  əks  etdirən  və 

müxtəlif  kriteriyalarla  səciyyələnən  təhsil  sənədləri  mövcuddur. 

«Boloniya  prosesi»  iştirakçısı  olan  ölkələr  bu  problemin 

müvəffəqiyyətli həllinə xüsusi diqqət yetirirlər. 

«Boloniya  prosesi»  çərçivəsində  ümumavropa  modelinə 

maneəsiz,  daha  asan,  daha  çevik  keçid  məqsədilə  Azərbaycanda 

uzun  illər  boyu  elmlər  namizədi  və  elmlər  doktoru  strukturu  ilə 

fəaliyyət göstərən elmi-pedaqoji kadr hazırlığı sistemindən fəlsəfə 

doktoru  və  elmlər  doktoru  modelinə  keçid  ideyası  meydana 

gəlmişdir. 

 



Kredit sisteminin tətbiqi 

Bu  müddəaya  əsasən  milli 



ali  təhsil

  sistemlərində  tədris 

prosesinin  ağırlığı 

kreditlərlə

  (latınca 



creditum

  -  borc  deməkdir) 

müəyyənləşdirilir  və  bu  məqsədlə  Kreditlərin  Köçürülməsi  üzrə 

Avropa Sisteminə (ECTS) uyğun sistemin tətbiqi təklif olunur. Bu 

isə «ömrü boyu təhsil» konsepsiyasını reallaşdırmaq və konsepsiya 

çərçivəsində müvafiq model hazırlamaq imkanı yaradır. 

«Kreditlər» modeli təhsil alanlara yönəldilir və onların ömrü 

boyu təhsil prosesində iştirak etmək imkanlarını genişləndirir. Bu 

modeldən istifadə olunduqda «kursda qalma», «xaric olma», «bərpa 

edilmə» və s. kimi ifadələr leksikondan çıxır. Bu isə hər bir tələbəyə 

onun  üçün  sərfəli  olan  vaxtda  müəyyən  standartlar  çərçivəsində 

kredit ballarını toplamaq 

81 



məqsədilə  müvafiq  bilik  və  bacarıq  attestasiyasından  keçməyə 

şərait yaradır. Bütün bunlar üçün vaxt limiti qoyulmur. 

Uzun illər «beş ballı» sistemlə qiymətləndirmə aparılan bir 

ölkədə birbaşa kreditlər sisteminə keçid heç də asan iş deyil. Odur 

ki,  1998-ci  ildən  başlayaraq  Azərbaycanın  ali  təhsil  sistemində 

çoxballı  qiymətləndirmə  mexanizmləri  tətbiq  edilməkdədir. 

Respublikamızın  bir  çox  ali  məktəbləri  qiymətləndirmənin  bu 

təcrübəsini  müvəffəqiyyətlə  həyata  keçirir.  Qiymətləndirmənin 

çoxballı  mexanizmi  ənənəvi  qiymətləndirmə  mexanizmi  ilə 

müqayisədə bir sıra üstünlüklərə malikdir: 

-

 

çoxballı 



sistem 

təhsil 


alanların 

biliyinin 

qiymətləndirilməsinə obyektiv-demokratik yanaşmanı təmin edir

-

 



çoxballı 

qiymətləndirmə 

mexanizmində 

«təsadüfı» 

qiymətləndirmə hallarına yol verilmir

-

 



tələbə semestr boyu, fəaliyyət göstərərək ballar toplayır; 

-

 



tələbə  tədris  fənnini  mənimsəmə  səviyyəsini  nümayiş 

etdirmək üçün geniş imkanlara malik olur. 

Beləliklə,  məlum  olur  ki,  çoxballı  sistemdə  də  «kreditlər» 

modelində olduğu kimi «toplayıcı model»ə üstünlük verilir. Bütün 

bu  proseslər  Azərbaycanın  ali  təhsil  sistemində  «kreditlər» 

modelinin tətbiqi üçün əlverişli şərait yaradır. 

 

Təhsilin keyfiyyətinə nəzarət 



Müasir dövrdə keyfiyyət göstəriciləri tələbələrin təhsil aldığı 

dövrdə qazandıqları bilik, bacarıq və vərdişlərin inkşaf səviyyəsinə 

uyğun müəyyənləşdirilir. 

Transmilli təhsil standartlarına uyğun olaraq Azərbaycan ali 

təhsil  müəssisələrinin  akkreditasiya  və  attestasiyası  mexanizmləri 

tətbiq  edilir.  2004-cü  ildə  Azərbaycan  hökuməti  tərəfindən  ali  və 

orta  ixtisas  təhsili  müəssisələrinin  attestasiya  və  akkreditasiyası 

haqqında  normativ  hüquqi  sənəd  -  Əsasnamə  təsdiq  olunmuşdur. 

Əsasnamədə  kollegial  qərarçıxarma  modellərinə  üstünlük  verilir. 

Azərbaycanın  ali  təhsil  sistemində  yaradılmış  akkreditasiya 

mexanizmi  strateji  baxımdan  son  dərəcə  əhəmiyyətlidir  və 

Azərbaycanın Ümumavropa məkanına inteqrasiyası üçün real şərait 

yaradır. 

 




Yüklə 6,79 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   238




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə