Filasofiya az: filosofia qxd


Şihabəddin Yəhya Sührəvərdi



Yüklə 4,5 Mb.
Pdf görüntüsü
səhifə51/237
tarix20.01.2022
ölçüsü4,5 Mb.
#83021
növüDərs
1   ...   47   48   49   50   51   52   53   54   ...   237
-kitabyurdu.org- felsefe-ramiz

Şihabəddin Yəhya Sührəvərdi
(1191-ci ildə vəfat etmişdir) idi.
Qərb tədqiqatçılarının əksəriyyəti Sührəvərdini işraki və ya
emanasiya sufiliyinin nəzəriyyəçisi hesab edir. Azərbaycanlı
tədqiqatçı Z.Məmmədovun fikrincə, bu filosofun 52 əsərindən
13-ü peripatetizmə, 15-i sufiliyə, 8-i emanasionizmə, qalan 16-sı
müxtəlif problemlərə aiddir. Bu da Sührəvərdi fəlsəfəsini sufilik
fəlsəfəsi hesab etməyə imkan verir.
Z.Məmmədovun fikrincə, işrakizm təliminə görə işıqlardan və
onların kölgələrindən ibarət olan bütün varlıqların zirvəsini
Mütləq nur – Nurlar nuru təşkil edir. Digər işıqlar və onların köl-
gələri (cisimləri) bu vahid işıqdan əmələ gəlir. Burada Platonun
emanasiya nəzəriyyəsinin Sührəvərdinin baxışlarına müəyyən
qədər təsir göstərməsi müşahidə olunur. Buna baxmayaraq,
Platonun “emanatizmi” və Sührəvərdinin “işrakizmi” müxtəlif
şeylərdir. Platonda Allah təbiətin hüdudlarından kənara
çıxarılmış, ona qarşı qoyulmuş olduğu halda, Sührəvərdidə
Allah təbiətlə vəhdətdə olan bölünməz tamdır. Bundan əlavə,
işrakizm fəlsəfəsində zəka, ruh və bədəndən ibarət üçhədli sis-
temə deyil, işıq ilə zülmətdən ibarət ikihədli sistemə əsaslanan
yeni emanasiya nəzəriyyəsi yaradılmışdır. İşrakizm təliminə
görə, insanın ruhu mücərrəd nurdan yaranan işıqdır. İnsan
özünün bütün fəaliyyətini onun daxilində mövcud olan mücər-
rəd işıq sayəsində həyata keçirir. 
Sührəvərdinin təliminə görə, bütün mövcudiyyəti təşkil edən
substansiya materiyadır. Müxtəlif aksidensiyaların sayəsində
materiyanın görkəmi dəyişir. Məsələn, materiya dörd ünsürdə
dörd forma – gah od, gah hava, gah su, gah da torpaq forması
kəsb edir. Ünsürlər arasında ləğv edilə bilməyəcək maneə yox-
85
F ә l s ә f ә
downloaded from KitabYurdu.org


dur – onların qarşılıqlı çevrilməsi mümkün hesab edilir. Təbiətdə
heç nə yox olmur və tamam məhv olmur. 
Sührəvərdi idrakın hissi, əqli və intuitiv pillələrini fərqləndirir.
O, həmin pillələrin ilk ikisini “tədqiqat fəlsəfəsi” və ya “isbat fəl-
səfəsi”, üçüncü pilləni isə fövqəltəbii dünyanın sirlərini açan,
İlahi həqiqəti aşkara çıxaran “vəhyə əsaslanan fəlsəfə”
adlandırır. 
Sührəvərdinin fəlsəfi irsində maraqlı və orijinal sosial-etik
baxışlar da vardır.

Yüklə 4,5 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   237




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə