Filasofiya az: filosofia qxd



Yüklə 4,5 Mb.
Pdf görüntüsü
səhifə47/237
tarix20.01.2022
ölçüsü4,5 Mb.
#83021
növüDərs
1   ...   43   44   45   46   47   48   49   50   ...   237
-kitabyurdu.org- felsefe-ramiz

zərvanilik
fəlsəfi mək-
təbi yaranmağa başlamışdır. Bu məktəb Yaxın və Orta Şərq
ölkələrində inkişaf etmişdir. İslamdan sonrakı dövrdə həmin
məktəb 
dəhrizm
adı ilə məşhurlaşmışdır. Zərdüştilik dualizm
ilə fərqləndiyi halda, zərvanilik monizmə meyil edir, sonsuz
zamanı (zarvana akaranata) bütün varlığın ilk başlanğıcı hesab
edirdi. Zarvanist fəlsəfi əqli mühakimələrin səciyyəvi
xüsusiyyəti ondan ibarətdir ki, bu təlim zaman və məkanın
əbədiliyini təsdiqləyir, təbii qanunauyğunluqları, dünyanın –
mineralların, cisimlərin və canlı varlıqların ilk başlanğıcdan təbii
yolla yaranmasını etiraf edirdi. Dəhrilər dünyanın əbədiliyini
etiraf edirdilər.
Təxminən həmin dövrdə yaranmış manilik təliminin banisi
Mani adlı bir müdrik şəxs (216-278-cı illər) olmuşdur. Ən
ümumi təlim sayılmağa iddia edən maniliyin tərəfdarları
bildirirdilər ki, onun missiyası bütün başqa dinləri əvəz
etməkdir. Mani öyrədirdi ki, dünyada zülmət şəklində təmsil
olunmuş Şər hökmranlıq edir; İlahi substansiya və ya İlahi nur
ilə təmsil olunmuş, həyat və yaradıcılıq mənbəyi olan Xeyir isə
zülmətin əsiridir. Xeyiri əsirlikdən yalnız tərki-dünya həyat tərzi
sayəsində xilas etmək olar. Bu yolu seçmiş insan sadə həyat tərzi
keçirməli, ət yeməməli, şərab içməməli, mülkiyyətdən imtina
etməli və nikah bağlamamalıdır.
Bütün Yaxın Şərq regionunda olduğu kimi, Azərbaycanda da fəl-
səfi fikir tarixində V əsrin axırları-VI əsrin əvvəllərində İranda
yaranmış 

Yüklə 4,5 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   237




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə