Filasofiya az: filosofia qxd



Yüklə 4,5 Mb.
Pdf görüntüsü
səhifə45/237
tarix20.01.2022
ölçüsü4,5 Mb.
#83021
növüDərs
1   ...   41   42   43   44   45   46   47   48   ...   237
-kitabyurdu.org- felsefe-ramiz

Əbu Nəsr əs-Sərracın
(988-ci ildə vəfat
etmişdir), 
Əbubəkr Məhəmməd əl-Kalabazinin
(təqribən 995-ci
ildə vəfat etmişdir), 
Əli əl-Hücvirinin
(təqribən 1074-cü ildə
vəfat etmişdir) və başqalarının əsərlərində şərh edilmişdir.
Sufilik fəlsəfəsinin əsas müddəalarının obrazlı şərhinə 
Cami
(1492-ci ildə vəfat etmişdir) poeziyasında rast gəlmək olar. Onun
sözlərinə görə, “dünya minlərlə atributu (və formaları) əks
etdirən İlahi nur şəfəqidir və dünya həmin formalar vasitəsilə
özünü də təzahür etdirir. Dünya adlanan bu çoxsaylı və müxtəlif
varlıqlar zahirən çoxsaylı görünən, həqiqətdə isə özünün gerçək
vəhdətinə məxsus olan Həqiqətin müxtəlif təzahürləridir”.
M.F.Axundzadə Caminin bu fikirlərini belə şərh edir: “Mənim
əzi zim! Materiyada və məkanda bir substansiyadan başqa heç nə
yoxdur... Bu substansiya Allah, Kainat isə Onun təzahürüdür.
Vəhdət yalnız budur, qalan fərziyyələr isə yanlışdır”.
Sufilik dünyagörüşünün mahiyyəti ikili xarakter daşıyır. Sufilik
insan və onu əhatə edən dünya haqqında müəyyən sistem-
76
R a m i z   M e h d i y e v
downloaded from KitabYurdu.org


ləşdirilmiş bilik verir, lakin bu bilikdə iki səviyyə olduğunu gör-
mək mümkündür: mücərrəd-metafizik və mistik və intuitiv
səviyyələr. Sufilik mütəfəkkirləri bəzi məsələlərin şərhində
filosoflara yaxınlaşır, rasionalistlər və sxolastlar kimi çıxış etsələr
də, bütövlükdə intuitiv və İlahi mənbəli bilikləri üstün tuturlar.
Sufilikdə çox vaxt mistisizm və tərki-dünyalıq meyilləri üstünlük
təşkil edir. 
Sufiliyin bəzi konsepsiyaları, xüsusən “Allahı görmək”, “sufi
şəxsiyyətinin Allahın simasında görünməsi və əriyib getməsi” və
digər oxşar konsepsiyalar ilahiyyatçılar tərəfindən kəskin tənqid
edilmişdir və indi də tənqid edilməkdədir. Orta əsrlərdə böyük
mütəfəkkirlər: Həllac, illüminasionizmin azərbaycanlı tərəfdarları
Eynəlkuzat Miyanaçi (1099-1131-ci illər) və Şihabəddin Sührəvərdi
(1154-1191-ci illər) bu cür tənqidin qurbanları olmuşlar. Sufiliyin
ünvanına tənqidlər bu gün də səslənir. Məsələn, Misir Xalq Məclisi
1979-cu ildə fundamentalist ilahiy 
yatçıların tələbləri qarşısında
güzəştə gedərək sufi mütəfəkkiri İbn əl-Ərəbinin əsərlərinin
şəriətə zidd əsərlər kimi bu ölkədə nəşrini və yayılmasını qadağan
edən qanun qəbul etmişdir. Lakin bu cür tənqid sufiliyin özünün
dünyagörüşü sistemi kimi istiqaməti ilə deyil, çox güman ki, dini-
siyasi hadisələrin gedişi ilə bağlıdır. 
Yuxarıda şərh edilən materialı yekunlaşdıraraq deyə bilərik ki,
sxolastik teologiyanın – kəlamın nümayəndələri olan “Saf qar-
daşlar”, eləcə də sufi mütəfəkkirləri filosofların əsas siyahısına
daxil edilmir. Ərəb-islam dünyasında filosof dedikdə, qədim
yunan fəlsəfəsinin və ilk növbədə, Aristotel fəlsəfəsinin ideya və
doktrinalarını qəbul etmiş mütəfəkkirlər nəzərdə tutulur. 
Şərq peripatetizminin əsasını Aristotelin ideyaları təşkil edir. Bu
ideyalar uzun müddət Orta əsrlər ərəb-müsəlman fəlsəfəsi
çərçivəsində davam etmiş, bu fəlsəfə özünün əsas müddəalarının
prinsipial fərqlərinə baxmayaraq, aristotelizmin həqiqi ruhunu
və mahiyyətini qoruyub saxlamış, dirçəltmiş və avropalıların
sonrakı nəsillərinə çatdırmışdır. Orta əsrlərin xristian fəlsəfəsi
tomizmin simasında Aristotelin fəlsəfi irsini cılızlaşdırmış,
kasıblaşdırmış və əsas məzmunundan məhrum etmişdir. Şərq
77
F ә l s ә f ә
downloaded from KitabYurdu.org


peripatetizmi kimi məşhur olan müsəlman fəlsəfəsi isə aris-
totelizmin həqiqi, təhrif edilməmiş şəkildə uyğunlaşdırılması
üçün böyük xidmətlər göstərmişdir. 
Orta əsrlərin ərəb-müsəlman fəlsəfəsi təbii-elmi təfəkkürlə sıx
əlaqəli şəkildə inkişaf edirdi. Həmin dövrün filosoflarının çoxu,
eyni zamanda həm də astronom, riyaziyyatçı, həkim alimlər idi. 
Ərəbdilli filosofların hamısı öz təlimlərində din ilə fəlsəfəni, dini
etiqadla zəkanı barışdırmağa, bir araya gətirməyə çalışırdılar.

Yüklə 4,5 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   237




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə