Filasofiya az: filosofia qxd



Yüklə 4,5 Mb.
Pdf görüntüsü
səhifə42/237
tarix20.01.2022
ölçüsü4,5 Mb.
#83021
növüDərs
1   ...   38   39   40   41   42   43   44   45   ...   237
-kitabyurdu.org- felsefe-ramiz

Əbu Yazid əl-Bistami
(875-ci ildə vəfat etmişdir) və
Hüseyn bin Mənsur əl-Həllac
(922-ci ildə vəfat etmişdir) idi.
Həllacın təliminə görə, Allah transsendent varlıqdır, O, dünyanın
hüdudlarından kənardadır. Dünyada nə varsa hamısı
mahiyyətcə Allahdır, yəni Onun atributlarının inikasıdır. Lakin
insan mənəviyyatca inkişaf etmək və təkmilləşmək yolu ilə
Allaha çevrilə bilər, yəni o, yer üzündəki bütün günahlardan,
73
F ә l s ә f ә
downloaded from KitabYurdu.org


maddiyyatdan, cismani fərdilikdən təmizlənməklə elə səviyyəyə
çata bilər ki, onda Allaha sevgidən başqa heç nə qalmaz və bu
sevgi insanı Ona qovuşdurar. Həllacın poeziyasında Allaha mis -
tik qovuşma barədə misralar var:
“Mən vurğunu olduğum Oyam, 
Vurğunu olduğum O da mənəm. 
Biz bir canda iki ruhuq. 
Əgər məni görürsənsə, Onu görürsən. 
Əgər Onu görürsənsə, bizim hər ikimizi görürsən”.
İlahilik iddiasına düşmək kimi yozula biləcək bu cür fikirlərə gö -
rə Həllac 922-ci ildə edam edilmişdir. Mühafizəkar ilahiyyatçılar
Həllacın məşhur “Haqq mənəm” kəlamına görə onu bağışla-
madılar. Lakin D.Massinyon haqlı olaraq deyir ki, Həllac bu fikri
söyləyərkən ilahi və bəşəri təbiətin substansional mənada deyil,
məhəbbət mənasında qovuşmasını nəzərdə tuturdu. Vaxtilə
Cəlaləddin Rumi
(1207-1273-cü illər) də bu barədə demişdir:
“Mənsur Allaha sevgi həddinə çatanda özü-özünə düşmən
kəsilmiş, özünü məhv etmiş və demişdi: “Haqq mənəm”.
Rumi Allah ilə dünya arasında münasibətlərin maraqlı bir kon-
sepsiyasını işləyib hazırlamışdır. Ruminin təlimində Allah
sənətkar-yaradandır. O, yoxluq müstəvisində yerləşən
transsendent aləmdə, öz emalatxanasında fəaliyyət göstərir.
Hissiyyat aləmi və hətta insanın fikirləri də ilahi atributların
emanasiyası və ya təzahürləri nəticəsində deyil, “sərbəst
yaradıcılıq” nəticəsində yaranır, yəni Allah ilə dünya arasında
münasibətlər emanasiyadan daha çox yaradıcılıq münasi-
bətləridir. 
Rumi Allaha sevgi naminə tərki-dünyalığı təbliğ etmir,
dünyadan mistik şəkildə getməyi fərz etsə də bu, dünyanın gözəl
olmasını bilən, lakin Allahın “yoxluq emalatxanasında” ona
74
R a m i z   M e h d i y e v
downloaded from KitabYurdu.org


“bizim dünyadan daha zəngin” dünyalar hazırlamış və ya hazır-
lamaqda olduğunu güman edən insanın dünyanı tərk etməsidir.

Yüklə 4,5 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   237




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə