Filasofiya az: filosofia qxd



Yüklə 4,5 Mb.
Pdf görüntüsü
səhifə40/237
tarix20.01.2022
ölçüsü4,5 Mb.
#83021
növüDərs
1   ...   36   37   38   39   40   41   42   43   ...   237
-kitabyurdu.org- felsefe-ramiz

İbn Haldun
olmuşdur (1338-1406-cı illər). Onun əsas əsəri
olan “Nəsihətlər kitabı və ərəblərin, farsların, bərbərlərin və
onların ali hakimiyyət sahibləri sırasından müasirlərinin
güzəranı haqqında məlumatlar məcmuəsi” sosial fikrin inkişafın-
da həlledici məqam olmuşdur. “Proleqomenlər” (“əl-
Müqəddimə”) adı almış “Böyük tarix” kitabına müqəddimə
ensiklopedik əsərdir. İbn Haldun bu əsəri yazmaqla yeni bir elm
sahəsini – sosial formasiyaların tarixi hərəkəti prosesində həmin
formasiyalar haqqında elmi başa düşülən etmişdir. İbn
Haldunun həyat və yaradıcılığını tədqiq etmiş A.İqnatenkonun
sözlərinə görə, o, özünün sosioloji mülahizələrinin əsas istiqamə-
tini bu şəkildə müəyyən etmişdir: “O, Aristotelin təbiət haqqında
təsəvvürlərini inkişaf etdirmiş, öz dövrünə aid fizikanı nümunə
kimi götürmüşdür. Əlbəttə, bu o demək deyildir ki, İbn Haldun
sadəcə olaraq, təbii-elmi kateqoriyaları sosial gerçəkliyə aid
etmişdir, hərçənd “Proleqomenlər”in bəzi yerlərində birbaşa fizi-
ki analogiyalar tapmaq olar. Məsələn, filosof cəmiyyətdə kəskin-
ləşməkdə olan problemləri xroniki xəstəliklərlə müqayisə edərək
sülalə dövlətinin “yaşından” söhbət açır, onun müxtəlif
mərhələlərini insan həyatının dövrləri ilə müqayisə edir və s”.
İbn Haldun elə bir yeni elm yaratmaq istəyirdi ki, onun köməyi ilə
bu və ya digər qəbilələrin və xalqların həyat tərzindəki fərqlərin
71
F ә l s ә f ә
downloaded from KitabYurdu.org


səbəblərini rasionalist mövqedən təfsir etmək mümkün olsun.
İdrakın bu yeni sahəsinin kəşfi üç qnoseoloji istiqamətdə həyata
keçirilirdi: birincisi, İbn Haldun həm filosofları, həm də teoloqları
tarixi hərəkətin səbəblərini başa düşmədiklərinə görə tənqid edir-
di; ikincisi, o, belə hesab edirdi ki, tarix müsbət elm olmaqla təkcə
bu və ya digər dövrə aid hadisələri təsvir etməklə kifayətlənmə -
yib, həm də həmin hadisələrin səbəblərini və əsaslarını izah etmə-
lidir; üçüncüsü, tarixin yeni anlayışı fəlsəfi düşüncələr və dini
mülahizələr obyektindən idrak obyektinə çevrilən siyasətin trans-
formasiyasını nəzərdə tuturdu. İbn Haldun ilk dəfə olaraq etno-
qrafiya, tarix, coğrafiya və iqtisadiyyata dair elmi təsvirləri
müəyyən qanunauyğun əlaqəyə tabe olan sistemə daxil etmişdir. 
İbn Haldun dəfələrlə vurğulayırdı ki, cəmiyyətdə baş verən hadi -
sə lər müəyyən qanunlara tabedir. O, sosial hadisələrin əsasını
cəmiyyətin maddi həyatında axtarır. O yazır ki, müxtəlif xalq la -
rın adət və təsisatlarında nəzərəçarpan fərqlər bu xalqlardan hər
birinin öz mövcudluğunu hansı üsulla təmin etməsindən asılıdır.
Sufilik
orta əsr ərəb-islam təfəkkürünün spesifik cərəyanıdır.
Şərqşünas filosof A.Saqadeyevin fikrincə, “sufiliyin spesifikası
ondan ibarətdir ki, o, tərki-dünyalığı təbliğ edir və Allahı mistik
intuisiya vasitəsilə dərk etməyin mümkün olduğunu təsdiq edir-
di. Bu intuisiya Onunla ekzistensial əlaqə kimi təfsir edilirdi”.
Sufilik islama və müsəlman ilahiyyatına meydan oxuyan
təfəkkür cərəyanı deyildir. Sufiliyi tədqiq etmiş iranlı S.X.Nəsrin
fikrincə, “sufilik islama daxilən xas olan cəhətdir, faktiki olaraq
islamın cövhəri və ya ezoterik ölçüsüdür”. 
Sufilik özünün inkişafı prosesində neoplatonizmin, hermetik və
qnostik təlimlərin, kabbala, fəlsəfə və mistikanın təsirinə məruz
qalmışdır. Lakin müsəlman sufi mütəfəkkirləri bu dini-fəlsəfi sis-
temlərin ünsürlərini o qədər özünəməxsus şəkildə mənalandır-
mışlar ki, sufilik sırf islama xas olan ezoterik-fəlsəfi ənənə kimi
formalaşmışdır.
Sufilik VIII əsrin ortaları – IX əsrin əvvəllərində İraqda formalaş-
mağa başlamış, oradan İrana və Orta Asiyaya yayılmışdır.
72
R a m i z   M e h d i y e v
downloaded from KitabYurdu.org


Sufiliyin banilərindən biri hesab edilən 

Yüklə 4,5 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   237




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə