Filasofiya az: filosofia qxd



Yüklə 4,5 Mb.
Pdf görüntüsü
səhifə41/237
tarix20.01.2022
ölçüsü4,5 Mb.
#83021
növüDərs
1   ...   37   38   39   40   41   42   43   44   ...   237
-kitabyurdu.org- felsefe-ramiz

Həsən əl-Bəsri
(642-728-
ci illər) deyirdi: “Kim öz Tanrısını tanımışdırsa, Onu sevmişdir,
kim dünyanı dərk etmişdirsə, ondan üz döndərmişdir”.
Allah və insan, Allaha məhəbbət, insanın Allaha qovuşması,
Allahın simasında əbədiyyətin məhv edilməsi və əbədiyyət
qazanmaq problemləri sufiliyin sırf nəzəri xarakterli əsas
məsələləridir. Allahın adlarının xatırlanması, müşahidə, çalış 
-
qan 
lıq, seyrçilik və başqa məsələlər sufiliyin xalis praktiki
məsələlərinə aiddir.
Sufiliyin əsas ideyası varlığın vəhdəti və yeganəliyi ideyasıdır.
Ərəb-müsəlman təfəkküründə bu ideya 
vəhdət əl-vücud
anlayışı
kimi məşhurdur. Həqiqətdə fasiləsiz yaradan və emanasiya edən
Mütləq qüvvədən, yeganə gerçəklikdən – Allahdan başqa heç şey
mövcud deyildir. Sufilər islamda etiqad rəmzi olan “Allahdan
qeyri Tanrı yoxdur” formulunu dəyişdirərək “Allahdan qeyri
varlıq yoxdur” şəklinə salmışlar. Sufiliyə görə, varlıq mütləq
qüvvənin yeni-yeni adlarının və atributlarının bitib-tükənməz
təzahürlər zəncirinin şərtləndirdiyi fasiləsiz transformasiya pro -
sesindədir.
Sufilikdə insanın özünü dərk etməsinə xüsusi yer ayrılır. Çünki
sufiliyin əsas məqsədi – Allahın dərk edilməsi, məhz insanın
özünü dərk etməsi vasitəsilə həyata keçirilir. Buna görə də sufi -
likdə tövsiyə edilir: “Sən özünü dərk et, onda öz Tanrını da dərk
edərsən”. 
Ərəb-müsəlman təfəkküründə mistisizm iki əsas cərəyanla – uni-
tar və rasionalist cərəyanlarla təmsil olunmuşdur.
Unitar mistisizmin parlaq nümayəndələri Allaha mistik sevgini
təbliğ edən 

Yüklə 4,5 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   237




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə