Filasofiya az: filosofia qxd



Yüklə 4,5 Mb.
Pdf görüntüsü
səhifə44/237
tarix20.01.2022
ölçüsü4,5 Mb.
#83021
növüDərs
1   ...   40   41   42   43   44   45   46   47   ...   237
-kitabyurdu.org- felsefe-ramiz

İbn
Ərəbi
(1240-cı ildə vəfat etmişdir) olmuşdur.
Sufiliyin və ümumiyyətlə, müsəlman fəlsəfi fikrinin tarixində İbn
Ərəbi şəxsiyyətinin ayrıca yeri vardır. O, sufilik nəzəriyyəsini sis-
temləşdirmiş və sufilik ənənələrinin beş əsrlik inkişafına yekun
vurmuşdur. İbn Ərəbi özünün “Məkkə vəhyləri” və “Müdriklik
hemmləri” adlı əsas əsərlərində varlıq və idrak məsələlərinə
kifayət qədər inandırıcı cavablar tapmağa müvəffəq olmuş, özü
də həmin cavabları öz həmməsləklərini mənəvi kamilliyə çatdır-
mağa çalışan mütəfəkkir kimi şərh etmişdir. A.Knış göstərir ki,
İbn Ərəbi sufinin Allaha – mütləq varlığa qovuşması dialek-
tikasını başqalarından daha mahir tərzdə şərh edir, Tanrının
adları və atributları Kainatın predmetlərində əşyalaşdırılır: Onu
dərk edənin fasiləsiz dəyişməkdə olan, Mütləq mövcudluğunun
və özünüdərkin yeni-yeni moduslarını hissi qavrayışlar səviy yə -
sin də əks etdirən varlıq qarşısında özünü itirməsi, gözlə nil mə -
dən vəhy gəlməsi və Kainatda həqiqi vəziyyətin dərk edilməsi ilə
əvəz olunur. Bundan sonra dərin ümidsizlik mərhələsi başlanır.
Bu onunla əlaqədardır ki, insan Mütləq varlığın dərk etdiyi
xüsusiyyətləri onun saysız-hesabsız cizgilərindən yalnız biri ol -
du ğunu başa düşmüşdür, mütləq varlığı tam dərk etmək isə yal-
nız onu dərk edənin özünün vəziyyətinin fasiləsiz və sinxron
şəkildə dəyişməsi sayəsində mümkündür. Varlıq və Allah haq -
75
F ә l s ә f ә
downloaded from KitabYurdu.org


qın 
da ali biliklərə doğru aparan yol dərk edilən obyektə
düşünüb-daşınmadan, fədakarcasına sevgi yoludur. Bu sevgi
dəyişməzdir, o, mistiki hər dəfə mistik iztirabların zirvəsinə -
dərk edilənin və dərk edənin ayrılmaz tam şəklində qovuşması-
na gətirib çıxarır. 
Öz davamçıları arasında “Ən böyük müəllim” və “Platonun oğlu”
kimi məşhurlaşmış İbn Ərəbi insanın “kiçik dünya” və Kainatın
“konspekti” olması haqqında çox maraqlı bir təlim işləyib hazır-
lamışdır. Bu “kiçik dünya” Mütləq varlığın özünü 
dərkinin və
yaranışın son məqsədi olan “Allah obrazı” kimi təsəvvür edilir.
Müsəlman sxolastikasında “mükəmməl insan” terminini ilk dəfə
İbn Ərəbi işlətmişdir. O, yaranışı İlahi Ger çək liyin varlığının zəruri
modusu hesab edirdi. İlahi gerçəklik bu modus vasitəsilə özünə
sanki kənardan baxaraq onu bir obyekt kimi dərk edir. İlahi
mütləq varlığın bu iki cəhətinə xas olan bü tün cizgiləri özündə bir-
ləşdirən mükəmməl insan bu özünüdərk prosesində mühüm rol
oynayır. Mükəmməl insan elə bir güz güdür ki, onda Allah öz
adlarını və atributlarını, öz potensiyalarını seyr edir. 
Sufiliyin əsas müddəaları 

Yüklə 4,5 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   237




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə