Filasofiya az: filosofia qxd


Qədim və Orta əsrlərdə Azərbaycan fəlsəfəsi



Yüklə 4,5 Mb.
Pdf görüntüsü
səhifə46/237
tarix20.01.2022
ölçüsü4,5 Mb.
#83021
növüDərs
1   ...   42   43   44   45   46   47   48   49   ...   237
-kitabyurdu.org- felsefe-ramiz

Qədim və Orta əsrlərdə Azərbaycan fəlsəfəsi.
Azərbaycan Ön
Şərqin yüksək dərəcədə mədəni inkişafa nail olmuş qədim
ölkələrindən biridir. Əlverişli coğrafi mövqeyi və zəngin maddi
ehtiyatları sayəsində Azərbaycan tezliklə dünya tarixinə
düşmüşdür. Bu ölkənin ərazisində Manna, Midiya, Qafqaz
Albaniyası kimi ətraf dünyanın sivilizasiyaları ilə geniş əlaqələri
olan müxtəlif dövlətlər yaranmış və mövcud olmuşdur. İran,
Hindistan, Yunanıstan, ərəb dünyası və Orta Asiya ölkələri ilə
səmərəli əlaqələr nəticəsində Azərbaycanda yüksək dərəcədə
inkişaf etmiş mədəniyyət yaranmışdır. Bu mədəniyyət nəinki
başqa mədəniyyətlərin elementlərindən yaradıcı şəkildə istifadə
etmiş və onları inkişaf etdirmiş, hətta özü də həmin
mədəniyyətlərə ciddi təsir göstərmiş və onların nailiyyətlərinə
sanballı töhfələr vermişdir. Azərbaycanın fəlsəfi fikri onun
mənəvi mədəniyyətinin ən mühüm tərkib hissələrindən biridir.
Azərbaycanın dini-fəlsəfi fikir tarixini öyrənmək üçün əsas ədəbi
mənbə zərdüştiliyin müqəddəs “Avesta” əsəridir. Onun qanun-
ları çərçivəsində yaradılmış kitabda materiya və hərəkət, yaran-
ma və məhv olma, məkan və zaman anlayışları, habelə Aristotel
fəlsəfəsinin digər anlayışları şərh edilmişdir. Zərdüştilik təlimi
təqribən 3000 il bundan əvvəl yaşamış Zərdüştün adı ilə bağlıdır.
Hələ Platon Zərdüştün qədim dövr filosofu olmasını bildirirdi.
Aristotel də Zərdüştün Xeyir və Şər arasında mübarizə haqqında
təlimi ilə tanış idi. Məşhur müsəlman yeresioqrafı Məhəmməd
əş-Şəhrəstani (1153-cü ildə vəfat etmişdir) göstərir ki,
Purtuşaspanın oğlu Zərdüşt çar Viştaspın hakimiyyəti dövründə
78
R a m i z   M e h d i y e v
downloaded from KitabYurdu.org


anadan olmuşdur. Onun atası əslən Azərbaycandan, anası
Dukdıhova isə Rey şəhərindən idi. 
Zərdüştilik və onun müqəddəs kitabı “Avesta” uzun əsrlər boyu
formalaşmışdır. Zərdüştilik təliminin əsasını təkcə fiziki təbiətdə
deyil, həm də ilahiyyat sahəsində əzəli vəhdət ideyası təşkil edir.
Zərdüşt göstərir ki, başlanğıcda yalnız bir Tanrı – müdrik hökmdar
Hörmüz mövcud olmuşdur. Bütün İlahi yaxşılıqlar yalnız onun adı
ilə əlaqələndirilirdi, Tanrıların çoxalması və müxtə lif ləş məsi isə yal-
nız şər İlahisi Əhrimənin mövcudluğu ilə bağlıdır. Hörmüz özünə
kömək məqsədi ilə digər xeyir allahları, ilk növ bə də yeddi “səxa -
vətli ölməz” Tanrılar yaratmışdır. Onlar çox gü man ki, dünyanın
yaranmasının yeddi mərhələsini əks etdirir – od, su, səma, torpaq,
bitkilər, heyvanlar və insan. Od “Ədalət” və ya “Qayda” bildirən
Aşa Tanrısı ilə bağlıdır. Odun yaranması “Novruz” – “Yeni gün”
adı almış yaz gün durumu ilə eyni vaxta düşür.
Akademik A.Makovelski göstərir ki, “Avesta”ya görə Kainat tor-
paqdan, okeandan, səmadan, başlanğıcı bilinməyən işıqlı
kürədən və Cənnətdən ibarətdir. O dövrdə Yeri dairəvi şəkildə,
sərhədləri bəlli olan və okeanla əhatələnmiş ərazi kimi təsəvvür
edirdilər. Bütün təbiət canlıdır, ruh anlayışı təkcə insanlara, hey-
vanlara, digər canlılara və əşyalara deyil, həm də personlaş dı rıl -
mış mücərrədliklərə - evlərə, kəndlərə, suya və s. şamil edilirdi.
İnsanın ruhu fövqəladə şəkildə mühüm rol oynayır. İnsanın sağ -
lı ğında şüurlu fəaliyyət məhz ona məxsusdur: hisslər, təfəkkür,
nitq, iradə - bu fəaliyyətin növləridir. Ruh bədənə hökm edir.
Zərdüştiliyin əxlaq fəlsəfəsi üç sözlə ifadə olunur: Qumat –
xeyirxah fikirlər, Qukta – xeyirxah sözlər və Qvarşta – xeyirxah
əməllər. Torpağı suvarmaq və becərmək, meyvə ağacları əkmək,
həm fiziki təmizliyə (bədənin, paltarın, otağın və s. təmizliyi),
həm də mənəvi saflığa (fikirlərin, sözlərin və hərəkətlərin saflığı)
riayət etmək mənəvi borc hesab edilir. 
Dünyada Xeyirlə Şər arasında mübarizə gedir, özü də pisliklər və
iztirablar Allahın iradəsi ilə baş vermir, onlar öz xoşbəxtliyinin
fəal yaradıcıları olan insanların özündən asılıdır.
79
F ә l s ә f ә
downloaded from KitabYurdu.org


Eramızın III-IV əsrlərində Azərbaycanda 

Yüklə 4,5 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   237




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə