Filasofiya az: filosofia qxd



Yüklə 4,5 Mb.
Pdf görüntüsü
səhifə37/237
tarix20.01.2022
ölçüsü4,5 Mb.
#83021
növüDərs
1   ...   33   34   35   36   37   38   39   40   ...   237
-kitabyurdu.org- felsefe-ramiz

Əbu Nəsr əl-Fərabinin
(870-950-ci illər) adı ilə bağlıdır. Mənşəcə türk olan Fərabi erkən
orta əsrlərdə müsəlman dünyasının rasionalist elmi və fəlsəfi
fikrinin banilərindən biri hesab edilir. Fərabi özünün çoxsaylı fəl-
səfi və sosial-etik traktatlarında fəlsəfəni həqiqi bilik əldə
etməyin vasitəsi kimi qəbul edir. Rasional biliklər isə insanı,
cəmiyyəti və bütün bəşəriyyəti səadətə qovuşduran yeganə
yoldur. Məhz bu ümumi fəlsəfi məqsəd Fərabidə özü üçün ilk
müəllim adlandırdığı Aristotelin irsinə maraq oyatmışdır. Fərabi
özü isə “İkinci müəllim” adı ilə tanınmışdı. Buna görə də Fərabi
özünün “Fəlsəfəni öyrənməzdən əvvəl nə etmək lazımdır” adlı
traktatında qədim yunan fəlsəfəsinin, onun çoxsaylı məktəb lə -
rinin fəaliyyətini dərindən öyrənmək zərurəti ilə yanaşı,
Aristotelin fəlsəfi irsinin öyrənilməsi məsələsini də qoymuşdur.
Fərabi zəka ilə dünyagörüşü və mənəviyyat arasında sıx əlaqə
olduğunu vurğulayaraq göstərirdi ki, biliklərlə yanaşı özünü fəl-
səfəyə həsr etmiş insanın mənəvi bütövlüyü zəruridir. Zəka ilə
mənəviyyatın bir-birini qarşılıqlı şərtləndirməsi və zəkanın tək-
milləşmək qabiliyyəti ideyası Fərabinin humanizminin mahiyyə-
tini təşkil edir. Q.V.Şaymuxambetova haqlı olaraq qeyd edir ki,
ərəbdilli fəlsəfənin və bütövlükdə orta əsrlərin fəlsəfi fikrinin ta -
ri xində Fərabinin yeri və əhəmiyyəti bununla müəyyənləşir ki,
Aristotel fəlsəfəsini transformasiya edən məhz o olmuş, sonralar
bu fəlsəfə ərəbdilli peripatetizmin mahiyyətini və orta əsrlərdə
bütün sonrakı ərəbdilli mütəfəkkirlər tərəfindən onun qavranıl-
masını müəyyən etmişdir.
Fərabi emanasiya haqqında təlimi aristotelizmə daxil etməklə
bütöv bir doktrina yaratmış və bənzərsiz fəlsəfi sistem kimi Şərq
peripatetizminin təməlini qoymuşdur. 
Fərabinin fəlsəfi sistemində Allah hər şeyin ilk səbəbi, birinci
mahiyyət, yaxud zəruri mövcud olandır. Dünyada mövcud olan
hər şey – kosmos da, Ayın altındakı dünyamız da təbiətin ilkin
64
R a m i z   M e h d i y e v
downloaded from KitabYurdu.org


səbəbindən asılıdır. Lakin yaranma emanasiya yolu ilə baş verir,
hər bir emanasiyanın ilk mənbəyi isə zəruri mahiyyətdir. 
“İki filosofun – İlahi Platonun və Aristotelin baxışlarının ümu-
miliyi haqqında” traktatda Fərabi fəlsəfəyə varlıq haqqında elm
kimi tərif verir. Fərabiyə görə, fəlsəfə bütün elmlərin məlumat-
larını ümumiləşdirir, nəticələr çıxarır və bu mühakimələrə elə
yekun vurur ki, dünyada fəlsəfənin aidiyyəti olmayan heç nə
qalmır. Fəlsəfənin məqsədi – insanın qabiliyyətləri həddində
dünyanın dərk edilməsi də onun tərifindən irəli gəlir. Sonra
Fərabi belə bir fikri əsaslandırır ki, Aristotel ilə Platon arasında
fikir ayrılığı yoxdur, yəni hər iki müdrik eyni məqsədə - həqiqəti
öyrənməyə can atır, lakin onlar bu məqsədə müxtəlif yollarla
yaxınlaşırlar. 
Fərabi özünün “Xoşbəxt olmaq haqqında” traktatında fəlsəfənin
qaynaqlarını izah edir və yazır ki, fəlsəfə müsəlman aləminə
yunanlardan – Platondan və Aristoteldən gəlmişdir. Onların
baxışlarının təməli ortaqdır. Aristotel filosofluq etmək metod-
larının işlənib hazırlanmasında Platonun işini davam
etdirmişdir. Platon belə hesab edirdi ki, dolğun tərif əslində
bölünmə yolu ilə yaranır, Aristotelin fikrincə, buna isbat və bir-
ləşdirmə yolu ilə nail oluruq. Bununla bərabər, Fərabi Aristoteli,
onun sintetik, deduktiv-rasionalist metodunu Platonun analitik,
induktiv metodundan açıq-aşkar üstün tutur. 
Fərabinin fəlsəfə və dinin nisbəti məsələsinə dair baxışları da
maraqlıdır. Bu mütəfəkkirin fikrincə, həm din, həm də fəlsəfə
eyni predmetləri ehtiva edir və mövcud şeylərin başlanğıcı
barədə son prinsipləri irəli sürür. Fəlsəfə bütün bunları zəkanın
dərk edə biləcəyi varlıqlar və ya anlayışlar şəklində, dini təlimlər
isə təxəyyüldə yaranan təsəvvürlər şəklində təqdim edir. Fəlsəfə
isbat edir, din isə inandırır. 
“Xeyirxahlar şəhərinin sakinlərinin baxışları haqqında” traktatda
Fərabi xeyirxahlar şəhərini nadanlar, mənəviyyatsızlar, yolunu
azmışlar şəhərlərinin müxtəlif tiplərinə qarşı qoyur, şəhərin
xeyirxahlar şəhərindən cəlladlar şəhərinə çevrilməsinin sosial və
mənəvi səbəblərini açıqlayır. Burada o, insan və onun dünyada
65
F ә l s ә f ә
downloaded from KitabYurdu.org


yeri, “Allah – insan” münasibətləri məsələlərini müzakirə edir,
şəxsiy 
yətin təkmilləşmə və özünütəkmilləşdirmə qabiliyyəti
baxımından ictimai-siyasi, qnoseoloji, etik, estetik və psixoloji
problemlərə toxunur. Bütün bunlar onu söyləməyə əsas verir ki,
ərəb-müsəlman fəlsəfəsi tarixində insanın və cəmiyyətin
öyrənilməsinə elmi yanaşmanı ifadə etməyə birinci cəhd
göstərən Fərabi olmuşdur.
Ərəb-islam dünyasında aristotelizmin ən parlaq nümayəndəsi
əslən Orta Asiyadan olan, Avropada latınsayağı Avisenna adı ilə
məşhur olan 

Yüklə 4,5 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   237




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə