Filasofiya az: filosofia qxd



Yüklə 4,5 Mb.
Pdf görüntüsü
səhifə33/237
tarix20.01.2022
ölçüsü4,5 Mb.
#83021
növüDərs
1   ...   29   30   31   32   33   34   35   36   ...   237
-kitabyurdu.org- felsefe-ramiz

“Saf qardaşlar” təlimi.
Orta əsr müsəlman ensiklopediyaçıların
X əsrin ikinci yarısında Bağdadda “İhvan əs-səfa” (“Saf qar-
daşlar”) adlı gizli elmi-fəlsəfi cəmiyyət şəklində təşkilatlanmış
təlimi belə adlanırdı. Bu cəmiyyətin adından yazılmış 52 traktat
əsl elmi ensiklopediya idi. Ensiklopediyanın tərtibçiləri arasında
islamın dini və ictimai-siyasi hərəkatlarından biri olan ismaililik
cərəyanının tərəfdarları olan azərbaycanlılar da vardı.
“Saf qardaşlar” öyrədirdilər ki, idrakın üç üsulu var: ruh 
hiss-
lərin köməyi ilə
qəlbin içindəkiləri dərk edir, özündən uca olan-
ları 
məntiqi nəticələr yolu ilə
öyrənir, özünü 
bilavasitə intu-
isiya və zəkaya əsaslanan mühakimələr yolu ilə
dərk edir.
“Saf qardaşlar”ın traktatları əzəli ənənələri təqlid etmək, xarak-
terin tərbiyə edilməsi, güclü iradi keyfiyyətlər aşılanması mər hə -
lə lərindən ardıcıl keçməklə mənəvi və intellektual kamilliyin son
mərhələsinə çatan saf əxlaqlı və bacarıqlı gənclər üçün nəzərdə
tutulurdu. Bu mərhələdə qazanılan ali ezoterik bilik səmavi din-
lər arasında fərqlərin fövqündə dayanır, insanın ruhu “dünyanın
ruhu” ilə qovuşur. Bu vəziyyətə çatmaq üçün fani dünyadan üz
döndərmək və əməlisaleh həyat tərzi keçirmək tələb olunur.

Yüklə 4,5 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   237




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə