Filasofiya az: filosofia qxd



Yüklə 4,5 Mb.
Pdf görüntüsü
səhifə36/237
tarix20.01.2022
ölçüsü4,5 Mb.
#83021
növüDərs
1   ...   32   33   34   35   36   37   38   39   ...   237
-kitabyurdu.org- felsefe-ramiz

Əbu
Yusuf əl-Kindi
(800-879) fəlsəfəyə, riyaziyyata, astronomiyaya və
təbiət elmlərinə aid bir sıra əsərlərin müəllifi olmuşdur. O,
mütazilit ilahiyyatçılar mühitində yetişmiş olsa da, öz tədqiqat-
larının metodunu və istiqamətini yunan mənbələrindən əxz
etmişdi. Onun bu müəyyənedici maraqları xəlifə əl-Möminin
dövründə Bağdadda bir növ akademiya kimi fəaliyyət göstərən
“Müdriklik evi”nin elmi tərcüməçilik fəaliyyəti ilə əlaqədar
yaranmışdır. Kindi islam dünyasına metafizika və teologiyanı
gətirmiş birinci mütəfəkkir idi. Onun müəllimləri Platon və
Aristotel olmuşdur. Kindi belə hesab edirdi ki, həqiqət axtarışı
onu axtaranı nəcibləşdirir və ucaldır. O yazırdı: “Həqiqətin mən-
bəyindən asılı olmayaraq, hətta bizimlə həmhüdud olmayan
ölkələrin bizdən uzaq qəbilələrindən və xalqlarından qaynaqlan-
mış olsa belə, həqiqəti təqdir etməyə və onu öyrənməyə utanma-
malıyıq. Həqiqəti axtaran üçün həqiqətin özündən yaxşı heç nə
yoxdur və həqiqətə etinasız yanaşmaq və həqiqəti söyləmiş və ya
çatdırmış insanlara yuxarıdan baxmaq lazım deyil: həqiqət ilə
heç kəsi alçaltmaq olmaz, əksinə, həqiqət hər kəsi nəcibləşdirir”.
Kindi “biliyi” insanın elm və təhsil vasitəsilə təkmilləşmək cəhdi-
ni təcəssüm etdirən anlayış hesab edirdi. O, “bəşəri bilikləri”
“ilahi biliklərdən” fərqləndirərək yazırdı ki, Allah öz bildiklərini
yalnız peyğəmbərlərə öyrədir. İlahi bilik Allah elçilərinin nəsi-
bidir, bu bilik onları daxilən təmizləyir, qəlblərinə nur saçır və ali
varlıqlara çevirir. İnsanlar öz təbiətinə görə bu cür bilik əldə
etməyə qabil deyildir. Onların bilik əldə etməsi üçün araşdır-
malar və vaxt lazımdır. 
Kindi insanın yaradılması, ölənlərin dirilməsi və o dünya haqqın-
da dini ehkamları qəbul edir, lakin bu fikrini möhkəmlətmək üçün
ellinist təfəkkürə müraciət edir, bu ehkamları zəka ilə inamın
63
F ә l s ә f ә
downloaded from KitabYurdu.org


mümkün harmoniyası baxımından öyrənməyə çalışır. Kindinin
təlimində zəka dini qanunun dəstəyinə arxalanaraq sözün həqiqi
mənasında müsəlman fəlsəfəsinin yaranmasını qabaqlayır.
Şərq peripatetizminin sonrakı inkişafı 

Yüklə 4,5 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   237




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə