Filasofiya az: filosofia qxd



Yüklə 4,5 Mb.
Pdf görüntüsü
səhifə38/237
tarix20.01.2022
ölçüsü4,5 Mb.
#83021
növüDərs
1   ...   34   35   36   37   38   39   40   41   ...   237
-kitabyurdu.org- felsefe-ramiz

İbn Sina
(980-1037-ci illər) idi. Aristotel, Plotin və
Fərabi Şərqdə əş-Şeyx ər-Rəis (“Başçı-müəllim”) adı ilə tanınmış
İbn Sinanın üç əsas müəllimi hesab edilir. O, Fərabidən əxz etdiyi
peripatetizm sistemini özünün əsas əsərləri olan “Şəfa kitabı”,
“Nicat kitabı”, “Biliklər kitabı”, “Göstəricilər və qeydlər kitabı”,
“Şərq fəlsəfəsi” və “Arbitraj” əsərlərində hərtərəfli araşdırmış və
inkişaf etdirmişdir. Onun sosial-siyasi baxışları “Quş”, “Yakzanın
oğlu Hay”, “Solomon və Absal” traktatlarında əksini tapmışdır.
İbn Sinanın yaradıcılığı Empedoklun ünsürlər haqqında təlimi,
Pifaqorun riyaziyyatı, Hippokrat və Qalenin təbabəti, Platonun
ideyaları, Aristotelin fəlsəfi irsi ilə təmsil olunmuş antik dühadan
doğulmuş elmi-fəlsəfi ənənələr mühitində cərəyan etmişdir. Lakin
öz dövrünün oğlu olan İbn Sina sırf müsəlman mütəfəkkiri olaraq
qalır və yazırdı ki, peyğəmbər filosofdan, dini qanunlar isə fəl-
səfədən ucadır. İntellekt aydınlığı, təxəyyülün gücü və fəaliyyət
qabiliyyəti peyğəmbərin simasında ən yüksək zirvəyə çatır. İbn
Sinanın dünyagörüşü Quran ehkamları ilə üst-üstə düşməyəndə
o, müqəddəs kitabda gizli ezoterik məna axtarmağa başlayır,
emanasionist neoplatonizm konsepsiyasına müraciət edir və
yaranış onun nəzərində emanasiyaya çevrilir. Emanasiya ilk
mahiyyətdən ümumi zəkaya doğru inkişaf edir. Bu proses triada
ritmində gedir: səmavi zəka, səmavi ruh, səmavi cisim. Səmavi
Zəka insanın passiv fərdi zəkasına işıq saçır. 
İbn Sina ənənəvi islam təliminə hörmət bəslədiyindən ruhun
ölməzliyini təsdiq edir, lakin bu anlayışa platonizm və neopla-
tonizm üslubunda yanaşır: insanın ölümündən sonra onun ruhu
66
R a m i z   M e h d i y e v
downloaded from KitabYurdu.org


ayrı-ayrı intellektlərin ömrünü yaşamaq üçün öz həqiqi təbiətini
kəsb edir. İbn Sina “Göstəricilər və qeydlər kitabı” əsərində ruhun
ilk mahiyyət şüalarını əks etdirən güzgüyə çevrildiyi mərhələyə
keçməsini təhlil edir. 
Zəka ilə inamı barışdırmağa çalışan İbn Sina inama aşkar üstünlük
verir. Bununla belə, o əmindir ki, Allahı anlamağın həqiqi yolunu
yalnız bilikləri hərtərəfli dərinləşdirməklə tapmaq olar. 
İbn Sinaya görə, fəlsəfə mütləq varlıq haqqında elmdir. Mütləq
varlıq, ilk mahiyyət Allahdır. Onun mahiyyəti isə onun mövcud-
luğu ilə üst-üstə düşür. O, mövcudluğu zəruri olandır. Beləliklə,
İbn Sinanın təlimində fəlsəfənin və teologiyanın mövzuları
eyniləşdirilir. Bununla belə o, qüsursuz fəal intellektin, insanı
təsadüfi şeylər və yalançı biliklər aləmindən həqiqət dünyasına,
dəqiq biliklər dünyasına aparan substansiyanın fəaliyyətinin təza-
hür etdiyi biliyi yüksək qiymətləndirir və ona üstünlük verir. 
İbn Sina mənəvi kamilliyə can atmağı xoşbəxtliyə nail olmağın ən
mühüm vasitəsi hesab edir. Hökmdarların özlərini təkmil-
ləşdirməsinə adi insanlarla müqayisədə daha çox ehtiyac vardır.
Çünki onlar ölkəni idarə edirlər. Buna görə də onların ətrafında
namuslu, müdrik insanlar olmalıdır. 
Ruh haqqında təlim İbn Sinanın fəlsəfi görüşlərində mühüm yer
tutur. Aristotel kimi İbn Sina da bitkilərin, heyvanların və ağıllı
varlıqların ruhlarını fərqləndirir. Ruhun bu növləri insanda onun
üzvü qabiliyyətinin müxtəlif funksiyaları kimi çıxış edir. Dörd
ünsürün qarışığının ardıcıl olaraq nizamlanması, insan ruhu da
daxil olmaqla, ruhun bütün bu müxtəlif növlərini təşkil edir. 
İbn Sina hər məsələdə mötədilliyin tərəfdarıdır. Onun fikrincə,
artıq sərvət insanı korlayır və yoldan çıxarır. 
İbn Sinaya görə, insan öz fəaliyyətində müstəqildir və öz seçiminə
uyğun olaraq həm yaxşı, həm də pis hərəkətlərin yaradıcısıdır.
Lakin onun fikrincə, ən ali yaxşılıq insanın ağıllı seçim etməsidir. 
İbn Sina humanizminin əsasını belə bir ideya təşkil edir ki, insan
yaranmışların əşrəfidir və buna görə də hörmətə layiqdir. O,
67
F ә l s ә f ә
downloaded from KitabYurdu.org


yalan, paxıllıq, tamahkarlıq kimi xüsusiyyətləri pisləyir və səxa -
vət, ədalət və namusluluq kimi yüksək mənəvi cizgiləri onlara
qarşı qoyur. 
İbn Sina Aristotelin və Platonun təsirinə məruz qalmış, lakin bu
böyük filosofların təlimlərini inkişaf etdirmiş və antik fəlsəfədən
islam Renessansı fəlsəfəsinə qədər böyük bir addım atmışdır. 
Fəlsəfi fikir ərəb-müsəlman dünyasının qərbində də, xüsusən
İspaniyada inkişaf etmişdir. Orta əsrlərdə İspaniya ərazisinin
çox hissəsində ərəblər hökmranlıq edirdi. Kordoba, Saraqos və
Qranada elm və mədəniyyət mərkəzlərinə çevrilmişdi. Ərəb-
müsəlman təfəkkürünün görkəmli nümayəndələri İbn Bajja
(Avempatse - təqribən 1070-1138-ci illər), İbn Tufeyl (Abubatser
– təqribən 1110-1185-ci illər) və İbn Rüşd (Averroes – 1126-1198-
ci illər) kimi görkəmli nümayəndələri bu şəhərlərdə yaşayıb
yaratmışlar. 
Rəsmi islamın fəlsəfəyə qarşı açıq çıxış etməsi Qərb müsəlman
mütəfəkkirlərinin fəlsəfi görüşlərinin xarakterinə ciddi təsir
göstərmişdir. Nüfuzlu əşari ilahiyyatçısı və sufi müdriklərindən
olan Əbu Amid əl-Qəzali (1059-1111-ci illər) filosoflarla polemika
aparırdı. Hegelin sözlərinə görə, “Hazırcavab skeptik olmuş,
böyük şərq ağlına malik olan” Qəzali özünün “Filosofların niy -
yət 
ləri”, “Filosofların təkzibi” və “Yanılmalardan xilas” adlı
əsərlə 
rində müsəlman filosoflarının baxışlarını şərh etmiş və
onların irəli sürdüyü dünyanın əbədiliyi ideyasını, Allahın fərdi
olanları deyil, yalnız universal olanları bilməsi haqqında onların
təlimini təkzib etməyə çalışırdı. Bu təlim Onun hər şeyə qadir
olması fikrini ciddi məhdudlaşdırırdı. Onların ölülərin dirilməsi
haqqında ehkamı inkar edən sırf mənəvi ölməzlik barədə konsep-
siyasını rədd edirdi. Qəzali “İnam haqqında elmlərin dirçəlməsi”
adlı fundamental əsərində müsəlman teologiyasını sistemli şə kil -
də şərh etmək və islamda islahat aparmaq məqsədini qarşıya qoy-
muşdur. Filosof İbn Rüşd özünü müdafiə etmək məqsədi ilə
yazdığı əsərlərində daim Qəzaliyə cavab verməli olurdu.
Ərəbdilli dünyada peripatetizm, ilk növbədə İbn Rüsdün adı ilə
bağlıdır. O, Aristotelin demək olar ki, bütün əsas əsərlərinə
68
R a m i z   M e h d i y e v
downloaded from KitabYurdu.org


yazdığı şərhlər sayəsində çox məşhurlaşmışdır. Bu şərhlərdə o,
Aristotelizmi neoplatonizm qalıqlarından “təmizləmiş” qədim
dövrün böyük mütəfəkkirinin təlimini həqiqi formada bərpa
etmişdi. A.Gertsen İbn Rüşdün fəaliyyətinin bu cəhəti barədə
yazırdı: “Aristotel qədim dünyanın xarabalıqları altında dəfn
edilmişdi, lakin bir ərəb onu diriltdi və nadanlıq zülmətinə bat-
mış Avropaya gətirdi”. 
İbn Rüşd özünün xüsusi şəraitdə yazdığı traktatlarında müsəl-
man teoloqlarının filosoflara ünvanlanmış ittihamlarını təkzib
etməyə çalışırdı. Bu səbəbdən onun əsərləri “Təkzibin təkzibi”,
“Din ilə fəlsəfə arasında əlaqə barədə qərar çıxaran mühakimə”,
“İcma ehkamlarının əsaslandırılması yollarının kəşfi haqqında
kitab” adlanır.
İbn Rüşd din ilə fəlsəfə arasında münasibəti müəyyən etməkdən
başlayır və şüurun bu formaları arasında əlaqəni elə şərh edir ki,
bu, onların barışdırılmasına şərait yaradır. Prinsip etibarilə İbn
Rüşdün konsepsiyası din ilə fəlsəfəni barışdırmaq cəhdi hesab
edilməməlidir, çünki müsəlman filosofları Kindi, Fərabi, İbn
Sina, İbn Tufey və İbn Rüşd üç əsr ərzində özlərini mömin müsəl-
manlar kimi təsdiq etmişdilər, islamda isə dini qanunlarla
filosofluq arasında ziddiyyət yox idi. Qəzali bir ilahiyyatçı kimi
filosoflarla polemikaya girişməklə dini etiqad və zəka arasında
əlaqənin dini qanunla icazə verilən hədlərinin aşılmasına yol ver-
məmək ümidində idi. İbn Rüşd də fəlsəfəni ilahiyyatçıların
hücumlarından qoruyaraq filosofların öz baxışlarını izah
edərkən istifadə etdikləri rasional isbat üsullarına və metodları-
na bəraət qazandırırdı. Aristotelizmin anlayışlar aparatına
müraciət edən İbn Rüşd apodiktik, dialektik və ritorik arqu-
mentləri fərqləndirir. O, apodiktik, yəni qeyd-şərtsiz isbat edən
arqumentləri (xatırlayaq ki, Aristotel həqiqiliyinə şübhə olmayan
faktlardan zəruri, deduktiv yolla çıxarılan isbatı 

Yüklə 4,5 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   237




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə