Filasofiya az: filosofia qxd



Yüklə 4,5 Mb.
Pdf görüntüsü
səhifə35/237
tarix20.01.2022
ölçüsü4,5 Mb.
#83021
növüDərs
1   ...   31   32   33   34   35   36   37   38   ...   237
-kitabyurdu.org- felsefe-ramiz

Şərq peripatetizmi.
Sözün hərfi mənasında, fəlsəfə ərəb-müsəl-
man dünyasında əsasən IX-XII əsrlərin Şərq peripatetizmi ilə
təmsil olunmuşdur. Peripatetizmin əsası Aristotel fəlsəfəsi ilə
neoplatonizm sisteminin əlaqələndirilməsidir. 
Şərq peripatetikləri Aristotelin əsərlərini ərəb dilinə tərcümə
etməklə yanaşı, eyni dərəcədə çətin bir məsələni həll etmişlər –
onlar qədim yunan filosofunun təliminin əsas müddəalarını
(özlərinin şərh etdiyi şəkildə) islamın intellektual həyatına daxil
etmişlər. Aristotel fəlsəfəsinin tətbiq olunması üçün islam konsep-
siyaları sisteminin yenidən qurulmasının minimumu tələb edilirdi.
Ərəb-islam dünyasında fəlsəfi ədəbiyyat iki ümumi tipə bölünür:
1) qədim yunan mətnlərindən qaynaqlanan və öz fikirlərini bu
mətn ruhunda inkişaf etdirən istiqamət; 2) öz fikirlərini mətndən
62
R a m i z   M e h d i y e v
downloaded from KitabYurdu.org


asılı olmayaraq inkişaf etdirən istiqamət. Hər halda “fəlsəfə”
sözü əvvəlcə islam təfəkküründə yunan-Roma mütəfəkkirləri
tərəfindən yaradılmış sistemi bildirirdi. Sonralar bu söz rasiona -
lizmi ifadə etməyə başlamış və nəhayət, peripatetizm fəlsəfəsi
mənasını kəsb etmişdir.
Şərq peripatetizminin banisi və “ərəblərin birinci filosofu” 

Yüklə 4,5 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   237




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə