Filasofiya az: filosofia qxd


Ərəb-islam dünyası fəlsəfəsi. Quranın fəlsəfi əhəmiyyəti



Yüklə 4,5 Mb.
Pdf görüntüsü
səhifə31/237
tarix20.01.2022
ölçüsü4,5 Mb.
#83021
növüDərs
1   ...   27   28   29   30   31   32   33   34   ...   237
-kitabyurdu.org- felsefe-ramiz

Ərəb-islam dünyası fəlsəfəsi. Quranın fəlsəfi əhəmiyyəti.
Bundan əvvəlki şərhdə nəzərdən keçirdiyimiz Qədim və Orta
əsrlərin Şərq fəlsəfəsi Hindistan və Çin müdriklərinin dühası
sayəsində yaranmışdır. VIII əsrdən başlayaraq ərəb-islam
dünyasında Şərq fəlsəfəsinin başqa bir şaxəsi inkişaf etmişdir.
Bütövlükdə Orta əsrlərdə ərəb-müsəlman təfəkkürü istər
Hindistanda və Çində varlıq problemlərinin etik maarifçilik
təsəvvürlərinə yönəlmiş dini və mistik baxışlardan, istərsə də
irəlidə görəcəyimiz kimi, erkən orta əsrlərdə Avropa fəlsəfəsinə
xas olan esxatoloji və sxolastik baxışlardan uzaq olan dünya
miqyaslı həqiqi fəlsəfi təfəkkür nümunəsi idi.
Lakin nə üçün məhz ərəb-müsəlman fəlsəfəsi? Ona görə ki, bu
fəlsəfə həm ərəb mədəniyyəti, həm də islam dinini qəbul etmiş
xalqların – ərəblərin, farsların, türklərin, bərbərlərin və başqa la -
rı nın mədəniyyəti bazasında formalaşmışdır. “Yunan fəlsəfəsi”
anlayışına verilən mənaya analoji olaraq “müsəlman fəlsəfəsi”
haqqında danışmaq olarmı? Bəli, olar, özü də buna görə: islam
mə dəniyyətinin özəyi Quranın təfsiri ənənəsi olmuşdur. Bu mə -
də niyyəti təmsil edən teoloji-fəlsəfi düşüncə tərzinin ən mühüm
cəhəti həm Quranın mətni ilə, həm də bu mətnin oxucusu ilə
55
F ә l s ә f ә
downloaded from KitabYurdu.org


dialoqa girmək istəyi olmuşdur. Ərəb-müsəlman mədəniyyə-
tinin bu xüsusiyyəti onun nümayəndələrinin qədim mütəfəkkir-
lərin fəlsəfəsini, xüsusən Platon, Aristotel, Plotin və digər antik
mütəfəkkirlərin əsərlərinə yeni həyat bəxş etmək üçün gördük-
ləri böyük işi başa düşmək və qiymətləndirmək imkanı verir.
Ərəb-müsəlman fəlsəfəsi qədim yunan fəlsəfəsi təsiri altında for-
malaşmışdır. Antik dövrün fəlsəfi fikrinin bütün əsas əsərləri
xəlifə əl-Möminin hakimiyyətdə olduğu dövrdən (813-833-cü
illər) başlayaraq ərəb dilinə tərcümə olunmuş və şərh edilmişdir.
Platonun əsərlərinin çoxunun, o cümlədən “Timey”, “Qanunlar”
və ola bilsin ki, “Respublika” əsərinin də bütöv halda ərəb dilinə
tərcümə edilməsi barədə məlumatlar vardır. Platon fəlsəfəsi
müsəlman etikasına mühüm təsir göstərmişdir. Əmirinin
“Xoşbəxtlik və insanların xoşbəxt edilməsi haqqında kitab” və
İbn Fatihin “Müdrik kəlamlar kitabı” adlı əsərlərində ərəb
dilində təqdim edilmiş aforizmlərdən ibarət geniş ədəbiyyat
Platonun əxlaq etikasının bu mühitdə üstünlük təşkil etməsini
aşkar əks etdirir. Lakin ərəb-müsəlman fəlsəfəsi ellinizm fəl-
səfəsinin irsi hesab edilə bilməz. O, islam sivilizasiyasının
mühüm elementidir. Ona ilham verən islamdır və bütövlükdə
müsəlman mühitinə xas olan spesifik cəhətləri vardır. Quranın
dünyagörüşü postulatları nəzərə alınmaqla, müvafiq konsep-
siyaların geniş tənqidi şərhi və dəqiqləşdirilməsi ərəb-müsəlman
fəlsəfəsinə özünəməxsus xarakter vermişdir. 
İslamın monoteist dini baxışlarının təşəkkülü müsəlman
təfəkküründə teoloji-fəlsəfi problemlərin genişlənməsi və dərin-
ləşməsi şəraitində cərəyan edirdi. Dini təfəkkürün yeni, nüfuzlu
istiqamətləri yaranmışdı, bu istiqamətləri qədərilər – insanın
iradə azadlığı haqqında təlimin tərəfdarları, cəbərilər – mütləq
qəzavü-qədər haqqında təlimin tərəfdarları, mütazililər – ilahi
ədalət haqqında təlimin tərəfdarları, ismaililər – Quranın gizli
mənası haqqında təlimin tərəfdarları, əşarilər – insanın əməl-
lərində onun iradəsinin qismən iştirakı haqqında təlimin tərəf-
darları və digərləri təmsil edirdi. Sxolastik teologiyanın bütün bu
məktəbləri rasional isbat üsulundan istifadə edirdilər. Onların
56
R a m i z   M e h d i y e v
downloaded from KitabYurdu.org


bəziləri öz doktrinalarına fəlsəfi mənşəli müxtəlif ideyalar daxil
edirdi. İslamın ilk rasionalistləri olan mütazililər “kəlam” (hərfi
mənada “nitq”, “söz”) adı almış ağlabatan müsəlman teologiyası
və sxolastikası yaratmış, bununla da fikir azadlığının və fəl-
səfənin inkişafına kömək etmişdilər. 
Ərəb-müsəlman fəlsəfəsinin formalaşmasına Quranın təsiri çox
böyük olmuşdur. Buna görə də Quran ayələrinin ən səciyyəvi
dünyagörüşü təsəvvürlərini qeyd edəcəyik. Quran monoteizmin
parlaq nümunəsidir. Quranda bildirilir ki, Allah təkdir və hər
şeyə qadirdir. Dünyanı və dünyada nə varsa hamısını Allah
yaratmışdır. Yaratmaq Onun gücünün və müdrikliyinin, Onun
səxavətinin və rəhmliliyinin təzahürü olan işarədir, çünki O, hər
şeyi insanın xeyri üçün yaradır.
O, gördüyümüz dünyanı: göyü və yeri, işığı, suyu, qurunu,
dənizi, bitkiləri, ulduzları, sürünənləri, quşları, balıqları və
insanları heçlikdən və qısa müddətdə - altı gündə yaratmışdır.
Allah Adəmi və onun arvadı Həvvanı yaratmış, Adəmə və onun
bütün nəslinə buyurmuşdur ki, Allahdan başqa heç kəsə itaət
etməsinlər, Ona ehtiram etsinlər və Ona tabe olsunlar. Lakin
Adəm öz Tanrısına qulaq asmamış, yolunu azmış və Yerə
endirilmişdir. Adəm Allahdan bağışlanmasını istəmiş və Allah
onu bağışlamış və insanın yerdəki həyatında onun qarşısına iki
vəzifə qoymuşdur: təbiəti ram etmək və özünü, öz instinktlərini
ram etmək. Adəmin bu vəzifələri yerinə yetirməsi üçün hər şeyi
vardı: biliklə ziyalanmış ağlı və çox böyük quruculuq imkanları.
Lakin insan təbiətən zəifdir. Buna görə də o, öz daxilində
əvvəldən proqramlaşdırılmış arzulara uyaraq Şeytanın əməl-
lərinin qurbanı olur. Bu vaxt ona İlahidən vəhy gəlir: 
“Biz (onlara)
dedik: “Hamınız buradan (yer üzünə) enin! Mənim tərəfimdən sizə bir
hidayət (peyğəmbər və Kitab) gəldiyi zaman Mənim hidayətimə tabe
olanlara (axirət əzabından) heç bir qorxu yoxdur və onlar (qiyamətdə)
qəmgin olmazlar” (Quran, 2:38). 
Quran müsəlman təfəkkürünə müstəsna əhəmiyyətli bir amil –
Allahın ədalətli olması ideyasını daxil etmişdir: Allah ədalətlidir
57
F ә l s ә f ә
downloaded from KitabYurdu.org


və O, insanlara onların əməllərinə, fikirlərinə və ya sözlərinə
görə əvəz verir. Məhşər günündə 
“insanlar əməllərinin özlərinə
göstərilməsi üçün (qəbirlərindən məhşərə) dəstə-dəstə çıxacaqlar!
(Cənnətliklər sağ tərəfdə, cəhənnəmliklər isə sol tərəfdə olacaqlar). Kim
(dünyada) zərrə qədər yaxşı iş görmüşdürsə, onu (onun xeyrini)
görəcəkdir (mükafatını alacaqdır). Kim də zərrə qədər pis görmüşdürsə,
onu (onun zərərini) görəcəkdir (cəzasını çəkəcəkdir)” (Quran, 99: 6-8).
Bütün fərdlər özlərinin təfəkkür və davranış tərzini seçmək
hüququna malik olduğu üçün onlar öz əməllərinə görə cavab
verməlidirlər və ədalətli məhşər günündə, həqiqətən öz əməl-
lərinə görə cavab verəcəklər. İnsan öz təbiətini dəyişmək iqti-
darında deyil, bununla belə, xeyir və ya şər arasında, deməli,
mükafat və ya cəza arasında şüurlu seçim etməklə öz hisslərinə
və istəklərinə nəzarət edə bilər. Allah insana əsas mənəvi
məsələnin – onun yer üzündə mövcudluğu məsələsinin həllində
tam sərbəstlik vermişdir. Lakin təkcə yaxın gələcəkdə deyil, uzaq
həyatda da onun taleyini özündən başqa heç kəsin həll edə
bilməyəcəyi insanın məsuliyyəti də böyükdür.
Allahın atributları haqqında Quran təlimi insanın öz mənəviy -
ya 
tını təkmilləşdirməsinin əsasını və hərəkətverici qüvvəsini
təş  kil edir. Bu təlim dərin etik məzmuna malikdir. Allah elə bir
idealdır ki, hər kəsin özünü ona bənzətməyə çalışması, insanın
ilahi ideala gerçək həyatda nail olması prinsipcə qeyri-müm kün -
dür, lakin bu istək onun qarşısında mənəvi inkişaf üfüqləri açır.
Buradan daha bir məntiqi nəticə çıxır: təbiətin dərk edilməsi
isla 
mın əzəli prinsipidir, çünki hər şeyi Allah yaratmışdır,
şeylərin və hadisələrin mahiyyətinə varmaq ilahi niyyətlərə
nüfuz etmək və Tanrıya yaxınlaşmaq deməkdir. Bu cür
nüfuzetmə Quranın təbliğ etdiyi, insanı nəcibləşdirən biliklərə
hörmətli münasibət ilə də təsdiqlənir. 
Biliklərə hörmət təkcə rasionalizmin geniş yer tutduğu Quran
vasitəsilə deyil, Məhəmməd peyğəmbərin hədisləri vasitəsilə də
təşviq edilir. Peyğəmbər özünün dini təfəkkür sistemində bilik-
lərə böyük əhəmiyyət verirdi. O, bilik öyrənməyi hər bir müsəl-
58
R a m i z   M e h d i y e v
downloaded from KitabYurdu.org


manın dini borcu hesab edirdi: “Bilik hətta Çində də olsa, onun
ardınca get”. Peyğəmbərin fikrincə, biliklərə can atmaq Allaha
tərəf yol açır: “Kim özünü dərk edirsə, o, öz Tanrısını dərk edir”.
“İnsan bu dünyada öz qəlbinin qüdrətini nə də 
rəcə 
də dərk
etmişdirsə, o dünyada həmin dərəcədə qüdrətli olacaqdır”.
Orta əsrlər ərəb-müsəlman fəlsəfəsi tarixçisi Q.Şaymuxambeto-
va maraqlı bir sual verir: Təkallahlılığı təbliğ edən islam dininin
yayıldığı regionda fəlsəfə ilə dinin münasibəti məsələsində ya -
ran mış vəziyyəti necə izah etməli? O, öz sualına cavabı xristian-
lığın təmsil etdiyi dindarlıq formasından fərqli olan islam dini -
nin doqmatik hissəsinin xüsusiyyətlərində axtarır. İslamın doq-
matikası, 

Yüklə 4,5 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   237




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə