Filasofiya az: filosofia qxd



Yüklə 4,5 Mb.
Pdf görüntüsü
səhifə28/237
tarix20.01.2022
ölçüsü4,5 Mb.
#83021
növüDərs
1   ...   24   25   26   27   28   29   30   31   ...   237
-kitabyurdu.org- felsefe-ramiz

advayta-vedanta
(Şankaranın təlimi), 
vişiş-
ta-advayta-vedanta
(Ramanucanın təlimi), 
dvayta-advayta-
vedanta
(Nimbarkanın təlimi), 
dvayta-vedanta
(Madhvanın təli-
mi) və 
şudxa-advayta-vedanta
(Vallabhinin təlimi).
Şankaranın (təqribən 788-820-ci illər) advayta-vedantası ən çox
inkişaf etmiş, davamlı və nüfuzlu dünyagörüşü sistemi idi.
Şankara Upanişadın təfsirini darşana-fəlsəfə adlandırır və belə
hesab edirdi ki, fəlsəfənin ali zəfərləri yalnız öz ruhunun saflığı-
na nail olmuş insanlar üçün əlyetərlidir. Onun fəlsəfəsində idrak-
dan daha çox müdriklik və məntiqi öyrənmədən daha çox
mənəvi azadlıq vardır.
Şankaranın mütləq monizm fəlsəfəsinə görə, insan ruhunun
(Atmanın) əsas məqsədi Brəhmən-ali obyektiv başlanğıc ilə vəh -
dət hissini bilavasitə yaşamaqdır (Anubhava). Lakin Şankaranın
fikrincə, bu təcrübə yalnız müqəddəs mətnlərə söykəndikdə
qanuni olur. Brəhmən və ya Mütləq Gerçəklik xalis şüurun eyni-
50
R a m i z   M e h d i y e v
downloaded from KitabYurdu.org


dir, dünya isə illüziyalar toplusudur; dünya haqqında təsəvvür-
lər bilməzliyin məhsuludur. 
Vedantada həyatın məna və məqsədini müəyyən edərkən 
mokşa
– insanın dünyaya bağlılıqdan tam azad olması, onun zəka nuru
tapması və Brəhmənlə qovuşması idealına müraciət etmək
səciyyəvi haldır. Vedantistlər özlərinin ən ali nemət, son məqsəd
kimi başa düşdükləri mokşa vəziyyətinə çatmağa çalışırlar. Hind
fəlsəfəsinin məqsədi fəlsəfə ilə həyat arasında körpü yaradan
mokşa konsepsiyasıdır. 
Klassik hind fəlsəfəsi bütün hind mədəniyyətini sıx birləşdirən
başlanğıca çevrilərək çox cəhətdən bu mədəniyyətin xarakterini
müəyyən etmişdir. Qədim hind təfəkkürünün tolerantlığı, onun
sintetik və geniş əhatəli xarakteri sayəsində hind mədəniyyəti
həyat qabiliyyəti, çeviklik və dözümlülük kimi keyfiyyətlər kəsb
etmiş, bu isə həmin mədəniyyətin xalq arasına yol tapmasına və
inkişafın fasiləsizliyini pozmaq, qədim ənənələri məhv etmək
cəhdlərinə qarşı davam gətirməsinə imkan vermişdir. 

Yüklə 4,5 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   237




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə