Filasofiya az: filosofia qxd



Yüklə 4,5 Mb.
Pdf görüntüsü
səhifə24/237
tarix20.01.2022
ölçüsü4,5 Mb.
#83021
növüDərs
1   ...   20   21   22   23   24   25   26   27   ...   237
-kitabyurdu.org- felsefe-ramiz

demoqrafik
alarmizm
(Yer kürəsinin əhalisinin sayı həndəsi silsilə üzrə artır,
bu isə labüd olaraq aclığa, ölüm hallarının artmasına, epi-
demiyalara və müharibələrə gətirib çıxarır); 
demoqrafik fi na -
lizm
(yaxın gələcəkdə planetdə əhalinin sayının hədsiz artması
nəticəsində bütün təbii ehtiyatlar tükənəcək, bəşəriyyət məhv
olacaqdır) və s. 
Bütün bu konsepsiyalarda müəyyən qədər müsbət məzmun
vardır. 
Qlobal inkişafın müxtəlif modelləri də təklif edilir: dünya
inkişafının qarşılıqlı əlaqəli faktları, hadisələri və prosesləri sis-
teminin uzunmüddətli hesabatları üçün mühüm vasitələr olan
modelləşdirmə, proqramlaşdırma və proqnozlaşdırma üsulları
bu qəbildəndir. 
39
F ә l s ә f ә
downloaded from KitabYurdu.org


Qlobal problemlərin genezisi və inkişafı elmi-texniki inqilabın
mürəkkəb proseslərinə yeni elementlər əlavə etməklə müasir
sosial-iqtisadi vəziyyətin ümumi formada ifadə edilən
xüsusiyyətlərini, ictimai-təbii proseslərin qloballaşmasını qabaq-
cadan müəyyənləşdirir. Əvvələn, sözün geniş mənasında insan
fəaliyyətinin miqyası planetar xarakter kəsb edərək, bütövlükdə
biosferanı əhatə edir və kosmik fəzaya yayılır; ikincisi, biosfera -
nın məhsuldarlıq imkanları ilə ictimai tələbatın artması arasında
təbii-tarixi ziddiyyətlər o qədər çoxalır ki, onların aradan
qaldırılması üçün bəşəriyyətin elmi-texniki potensialının get-
dikcə daha geniş hissəsinin məqsədyönlü şəkildə oriyentasiyası
tələb olunur; üçüncüsü, insanın təbii yaşayış mühitində baş
verən deqradasiya dəyişiklikləri tarixən yaranmış təbii əlaqələrin
və münasibətlərin pozulmasına gətirib çıxarır, dünyada ekoloji
sistemlərin sabitliyi üçün təhlükə doğurur; dördüncüsü, sosial-
ekoloji ideyalar, nəzəriyyələr və konsepsiyalar müasir siviliza-
siyanın maddi və mənəvi mədəniyyətinin tərkib hissəsi olmaqla
mahiyyət etibarilə cəmiyyətin həyat fəaliyyətinin bütün
tərəflərinə təsir göstərir. Başqa sözlə desək, insan həm düşün-
mək, həm də V.İ.Vernadskinin təbirincə desək, “planet aspek-
tində” fəaliyyət göstərmək imkanı əldə edir. 
Qlobal problemlərin həlli yollarının axtarışında fəlsəfə xüsusi rol
oynayır. O, həmin problemlərin təhlilinə getdikcə daha funda-
mental şəkildə qoşulur, onların tədqiqinə dünyagörüşü və
metodoloji yanaşmaları müəyyənləşdirir. 
Məhz qlobal problemlərin fəlsəfi təhlili onların, həqiqətən elmi
mövqedən öyrənilməsi və humanist baxımdan qiymət lən diril -
məsi üçün zəmin yaradır. Bu gün fəlsəfə həm “insan amilinin”
reallığını, həm də onun sosial mənada şərtlənməsini nəzərə alan
yeni dəyərlər axtarışına istiqamətlənməlidir.
40
R a m i z   M e h d i y e v
downloaded from KitabYurdu.org



Yüklə 4,5 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   237




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə