Filasofiya az: filosofia qxd



Yüklə 4,5 Mb.
Pdf görüntüsü
səhifə27/237
tarix20.01.2022
ölçüsü4,5 Mb.
#83021
növüDərs
1   ...   23   24   25   26   27   28   29   30   ...   237
-kitabyurdu.org- felsefe-ramiz

II fəsil. Şərq fəlsəfəsi
 
Qədim və Orta əsrlərdə Hindistan fəlsəfəsi 
 
Qədim və Orta əsrlərdə Çin fəlsəfəsi 
 
Ərəb-islam dünyası fəlsəfəsi. Quranın fəlsəfi əhəmiyyəti 
 
Qədim və Orta əsrlərdə Azərbaycan fəlsəfəsi 
 
Azərbaycan Renessansı fəlsəfəsi
Qədim və Orta əsrlərdə Hindistan fəlsəfəsi.
Hindistan çox-çox
əsrlər bundan əvvəl fəlsəfənin mənəvi mədəniyyətin spesifik bir
hadisəsi kimi formalaşdığı mənbələrdən biri olmuşdur. Qədim
hind fəlsəfəsi magik-mərasim mədəniyyəti əsasında yaranmışdır.
Brəhmənizmin mərasim fəaliyyətinə müvafiq fiziki hərəkətlər və
dini formulların tələffüz edilməsi ilə yanaşı, mental hərəkət də
daxil idi, yəni bu mərasim özünün hərəkətverici başlanğıcı olan
Brəhmənin tanınmasını tələb edirdi. Bu “tanıma” təkcə obrazlara
deyil, mücərrəd anlayışlara da aid idi. Buna görə də fəlsəfi reflek-
siya yaranırdı. 
“Hind fəlsəfəsi” termini üç min il bundan əvvəl qədim
Hindistanda yaranmış və hind müqəddəslərinin ilkin və əhatəli
mənəvi uzaqgörənliyi əsasında inkişaf etmiş fəlsəfi sistemlərin
geniş qrupunu əhatə edir. Bizim eradan əvvəl I minillikdə
yaranmış vedanta, yoqa, vayşeşika, sankxya və başqa təlimlər,
eyni zamanda, həm müstəqil fəlsəfi sistemlər, həm də
Hindistanda hakim din olan induizmin korrelyativ elementləri
kimi çıxış edirdi. 
Hindistanda ilk fəlsəfi ənənələr Vedalarda – hind mədəniyyə-
tinin ən qədim yazılı abidəsi olan dini mətnlər məcmuələrində
şərh edilmiş Upanişad – dünyagörüşü məsələlərinin dini-fəlsəfi
təfsirləri əsasında yaranmağa başlamışdır. Əsası yarıəfsanəvi
müdrik Brixaspati (e.ə. I minilliyin ortaları) tərəfindən qoyulmuş
lokayata
fəlsəfi məktəbi yalnız bilavasitə qavrayış yolu ilə dərk
49
F ә l s ә f ә
downloaded from KitabYurdu.org


edilə biləni həqiqət hesab edirdi. Lokayatiklərin fikrincə, insanın
mövcudluğunun məqsədi dünyadan həzz almaq, şəxsi və ictimai
həyatı qurmaqdır. Onların fikrincə, insanın dünyaya gəlməsi
labüd olaraq iztirablar zəncirini doğuracaqdır. İnsanın həyatı,
onun bu həyatdan həzz almaq istəyi hissi təcrübə ilə şərtlən-
mişdir və iztirablarla müşayiət olunur. 
Lokayatanın e.ə. VI əsrdə yaranmış 
çarvak
(hərfi mənası “dörd
söz” deməkdir) adlı cərəyanı geniş yayılmışdı. Çarvaklar belə
hesab edirdilər ki, dünya dörd əsas ünsürdən ibarətdir: torpaq,
su, hava və od. Onlar bildirirdilər ki, dünyadakı bütün əşyalar və
hadisələr bu dörd maddi ünsürün müxtəlif kombinasiyalarıdır. 
İnduizmin ideya-dünyagörüşü mahiyyəti Hindistanın təfəkkür
tarixində ən nüfuzlu dünyagörüşü sistemi olmuş 
vedanta
da
daha adekvat, nəzəri cəhətdən geniş və yaxşı tərtib olunmuş
ifadəsidir. Mütəxəssislər çox vaxt vedantanı hind xalqının
mənəvi simasını formalaşdıran prinsip və həyati problemlərin
həllinin əsas vasitəsi hesab edirlər. 
Hindistanda fəlsəfi fikrin inkişafı gedişində vedantanın beş əsas
tipi formalaşmışdır: 

Yüklə 4,5 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   237




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə