Filasofiya az: filosofia qxd


II HİSSƏ  FƏLSƏFƏ TARİXİ



Yüklə 4,5 Mb.
Pdf görüntüsü
səhifə26/237
tarix20.01.2022
ölçüsü4,5 Mb.
#83021
növüDərs
1   ...   22   23   24   25   26   27   28   29   ...   237
-kitabyurdu.org- felsefe-ramiz

II HİSSƏ 
FƏLSƏFƏ TARİXİ
43
F ә l s ә f ә
downloaded from KitabYurdu.org


44
R a m i z   M e h d i y e v
downloaded from KitabYurdu.org


I fəsil. Tarixi-fəlsəfi proseslər: 
fəlsəfi fikrin əsas mərhələləri və istiqamətləri
Biz bundan əvvəlki materialda fəlsəfəni ictimai şüurun digər for-
malarından fərqləndirən funksiyalarını və ən səciyyəvi cəhətləri-
ni nəzərdən keçirdik, dünyanın fəlsəfi idrakının xüsusiyyətlərini
müəyyənləşdirdik. İndi isə tarixi-fəlsəfi proseslərin mahiyyətini
açmağa, dünya fəlsəfi fikrinin inkişafının əsas mərhələ və
istiqamətləri haqqında təsəvvür yaratmağa çalışacağıq. 
Amma fəlsəfə tarixini araşdırmağa başlamazdan əvvəl az
əhəmiyyət daşımayan bir suala cavab vermək zəruridir: ilk
baxışdan paradoksal görünən belə bir faktı necə izah etmək olar
ki, elmi, o cümlədən fəlsəfi biliklərin inanılmaz dərəcədə artdığı
şəraitdə biz fəlsəfə tarixinə müraciət etməyə ehtiyac duyuruq?
Yəqin bunu onunla izah etmək olar ki, “əbədi” mövcud olan
Xeyir və Şər kimi problemlər insanların bütün nəsillərini müşa -
yi 
ət edir, cəmiyyətin elmi-texniki inkişaf yolunda irəlilə 
mə 
-
sindən asılı olmayaraq, bütün dövrlərdə öz aktuallığını və
əhəmiyyətini itirmir. Elmin və texnikanın nailiyyətlərinin düz -
gün və ağıllı şəkildə tətbiq edilməsinin, elmi nailiyyətlərdən sui-
istifadə imkanlarının qarşısının alınmasının əsası yalnız Xeyir və
Şərin nədən ibarət olmasını bilmək sayəsində mümkündür.
Xeyir və Şərin bilinməsi isə yalnız onların əvvəllər necə olması
və indi onların nədən ibarət olması barədə aydın təsəvvür
vasitəsilə yaranır. Fəlsəfə tarixinin öyrənilməsi məhz bu cür
aydın anlayışlar verir. 
Digər tərəfdən, fəlsəfə tarixini bilmək müasir fəlsəfi idrakın
zəruri ilkin şərtidir. Fəlsəfə bu və ya digər dövrün mədəniyyəti
barədə mənlik şüuru kimi çıxış edir. Xüsusi elmlərin və
incəsənətin inkişafı heç də həmişə onların tarixinin hökmən
öyrənilməsini tələb etmir. Prinsip etibarilə elm müasir problem-
lərin öyrənilməsinə gec, ya tez qoşularaq həmin problemləri
uğurla tədqiq edə bilər. Fəlsəfədə isə tarixdə bu və ya digər
filosofun qarşısına çıxmış dünyagörüşü məsələlərini necə həll
45
F ә l s ә f ә
downloaded from KitabYurdu.org


etdiyini bilmədən ötüşmək mümkün deyildir. Qədim dövrün bir
sıra rəssamlarının, memarlarının və şairlərinin yaradıcılığı bu
gün də öz əhəmiyyətini itirmədiyi kimi, qədim filosofların təlim-
ləri və baxışları da həmişə müasirdir. 
Beləliklə, fəlsəfə tarixinin öyrənilməsi həm idraki, həm də prak-
tiki baxımdan əhəmiyyətlidir. O, yaddaşımızı əvvəlki nəsillərin
müsbət bilikləri ilə zənginləşdirməyə, fəlsəfi fikrin ən yaxşı
ənənələrini qoruyub saxlamağa və davam etdirməyə kömək edir.
Fəlsəfə tarixinin predmeti fəlsəfi təlimlərin, məktəblərin və
cərəyanların yaranması və inkişafı tarixidir. 
Fəlsəfə tarixində mütərəqqi ənənələrə, yəni keçmiş fəlsəfi təlimin
bu və ya digər şəkildə fikrin inkişafının ümumi məcrasına daxil
olmuş, onun irəliyə doğru hərəkətinə, fəlsəfi tədqiqatlar prob-
lematikasının zənginləşməsinə və inkişafına, biliklərin dərin-
ləşməsinə kömək edən nəticələrinə, haqlı olaraq, xüsusi diqqət
yetirilir. Dünyagörüşlərinin, yanaşmaların və mövqelərin dialo-
qu fəlsəfi prosesin səciyyəvi əlamətləridir. Keçmişin fəlsəfi
mədəniyyəti ilə bu cür dialoq olmasa, yeni ideyalar yaranıb
inkişaf edə bilməz. 
Fəlsəfi təlim bir-biri ilə müəyyən qarşılıqlı məntiqi əlaqədə olan
baxışlar sistemidir. Ayrı-ayrı filosofların təlimləri özlərini həmin
filosofların sədaqətli davamçıları elan etmiş insanların konsep-
siyalarında formalaşır və təkmilləşir. Məsələn, Platonun
davamçılarını platoniklər, Kantın davamçılarını kantçılar,
Marksın davamçılarını isə marksistlər adlandırırlar. 
Fəlsəfi məktəblər, yaxud, başqa sözlə desək, fəlsəfi istiqamətlər
və qruplaşmalar əsas ideya prinsipləri bazasında birləşdirilmiş
fəlsəfi təlimlərin məcmusudur. 
Lakin fəlsəfənin yarandığı vaxtdan təqribən üç min il keçmişdir.
Bu gün biz fəlsəfi təlimlər tarixinə müraciət etməklə bu tarixi, fəl-
səfi məktəblərin və istiqamətlərin bütün nümayəndələrinin
yaradıcılığını əhatə edə bilərik, yoxsa fəlsəfi biliyin əsas tarixi
tipləri və ya fəlsəfənin inkişafının əsas mərhələləri üzərində
diqqəti cəmləşdirməyimiz kifayətdir? 
46
R a m i z   M e h d i y e v
downloaded from KitabYurdu.org


Fəlsəfənin tarixi tipləri haqqında danışarkən biz onu əsas
götürürük ki, fəlsəfi biliyin tiplərini şəxsiyyətin mədəni-tarixi
tipləri ilə müqayisə etmək olar. Vaxtilə alman filosofu Fixte (1762-
1814) insanın şəxsiyyət kimi xüsusiyyətləri ilə fəlsəfənin əlaqəsi
məsələsinə toxunaraq deyirdi: “İnsan necədirsə, fəlsəfə də elədir”. 
Həqiqətən, hər hansı mühüm fəlsəfi konsepsiya nə qədər “şəxs-
siz” görünsə də onun arxasında insan şəxsiyyəti dayanır. O, öz
dövrünün və özünün məxsusi mövqeyinin çərçivəsində insanın
təyinatı və məsuliyyəti kimi əbədi problemlərin həllini
özünəməxsus tərzdə üzərinə götürür. 
Fəlsəfə tarixində fəlsəfi təlimlərin tipologiyasının müxtəlif kon-
sepsiyaları irəli sürülmüşdür. Filosofların təlimləri materialist və
idealist, dialektik və metafizik, monist və dualist, rasionalist və
empirik və s. təlimlər kimi təsnif edilmişdir. Bu və ya digər fəlsəfə
tarixçisinin təsnifatda hansı meyarları rəhbər tutmasından asılı
olaraq, fəlsəfi istiqamətlər də elm yönümlü (məsələn, Aristotelin,
Hegelin fəlsəfəsi), estetik yönümlü (məsələn, Şopenhauerin,
Nitsşenin fəlsəfəsi) və praktik yönümlü (məsələn, Marksın fəl-
səfəsi) istiqamətlərə bölünür. 
Sonrakı fəsillərdə biz fəlsəfi fikrin inkişaf tarixinə qısa nəzər
salmağa çalışaraq, onun aşağıdakı əsas mərhələ və istiqamətləri-
ni fərqləndirəcəyik: 
1. Şərq fəlsəfəsi 
2. Antik fəlsəfə 
3. Orta əsrlər fəlsəfəsi 
4. Qərbi Avropa Renessans fəlsəfəsi 
5. Qərbi Avropa klassik fəlsəfəsi 
6. Neoklassik fəlsəfə 
7. XIX-XX əsrlərdə rus fəlsəfəsi 
8. Azərbaycan yeni dövr fəlsəfi təfəkkürünün təşəkkülü 
9. XX əsr fəlsəfəsi
47
F ә l s ә f ә
downloaded from KitabYurdu.org


48
R a m i z   M e h d i y e v
downloaded from KitabYurdu.org



Yüklə 4,5 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   237




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə