Filasofiya az: filosofia qxd


Rasionalist kəlam teologiyası



Yüklə 4,5 Mb.
Pdf görüntüsü
səhifə34/237
tarix20.01.2022
ölçüsü4,5 Mb.
#83021
növüDərs
1   ...   30   31   32   33   34   35   36   37   ...   237
-kitabyurdu.org- felsefe-ramiz

Rasionalist kəlam teologiyası.
VIII əsrdə yaranmış və IX əsrin
birinci yarısında ən yüksək inkişaf mərhələsinə çatmış müta zi li -
lərin dini-fəlsəfi məktəbi kəlam deyilən sxolastik teologiya –
islam fəlsəfəsi yaratmışdır. Əşarilər məktəbinin fəaliyyəti sayə -
sin də kəlam zəkanın dəlillərinə əsaslanan yeni təlimə çevril miş -
dir. İslamda rasionalist teologiya zərdüştilərlə insanların əməl-
lərində Xeyir və Şər haqqında, Dəməşqin xristian teoloqları ilə
İlahi atributlar haqqında diskussiyaların təsiri altında for-
malaşmışdır. Kəlam yunan fəlsəfəsinin təsirini də hiss edir, lakin
öz məxsusi orijinallığını qoruyub saxlayaraq həqiqi müsəlman
teologiyası kimi qalırdı.
Radikal rasionalistlər olan mütazililər Təkallahlılıq və İlahi əda -
lət, varlığın vəhdəti və dünyanın yeganəliyi, İlahi atributlar və
60
R a m i z   M e h d i y e v
downloaded from KitabYurdu.org


insan iradəsinin azadlığı ideyalarını müzakirə edir, bu zaman
zəkanın dəlillərinə söykənən yeni arqumentləşdirmə metodun-
dan istifadə edirdilər. 
Mütazilizmin banisi və ən görkəmli nəzəriyyəçisi Vasil bin Ata
(699-748-ci illər) olmuşdur. Təkallahlılıq problemi əsasən Allahın
hansı atributlara malik olması məsələsindən ibarət idi.
Mütazililər teologiyada antropomorfizmin əleyhinə çıxırdılar.
Onlar Allahın bilik, qüdrət, iradə kimi atributlarını inkar edir və
öz mövqelərini onunla əsaslandırırdılar ki, Allahın əzəli key-
fiyyətlərinin qəbul edilməsi iki Allahın qəbul edilməsi deməkdir.
Vasil bin Ata deyirdi ki, Allah ədalətlidir: pisliyi və ədalətsizliyi
Ona aid etmək günahdır; ola bilməz ki, O, insanlara əmr
etdiyinin əksini onlardan tələb etsin, ola bilməz ki, O, insanlara
nəyisə tapşırsın, sonra isə buna görə onları cəzalandırsın. Xeyri
və şəri, inamı və inamsızlığı, itaəti və asiliyi yaradan insan
özüdür və öz əməllərinin əvəzini alacaqdır. 
Mütazilizmin ən məşhur nümayəndələri Əbül-Hüzəyl əl-Əllaf
(849-cu ildə vəfat etmişdir), İbrahim bin Səyyar ən-Nəzzam (836-
cı ildə vəfat etmişdir), Bişr bin əl-Mutamir (825-ci ildə vəfat
etmişdir), Müəmmər bin Abbad əs-Süllami (830-cu ildə vəfat
etmişdir), Hişam əl-Fuvati (833-cü ildə vəfat etmişdir), Abbad bin
Süleyman əd-Dəmri (864-cü ildə vəfat etmişdir), bir sıra ədəbi
əsərlərin müəllifi Cahiz (869-cu ildə vəfat etmişdir), Həyyət (931-
ci ildə vəfat etmişdir) və başqaları olmuşdur. Onlar hamısı mahir
polemistlər idi, Aristotel fəlsəfəsini, zərdüştilik və xristianlıq
ehkamlarını yaxşı bilir, əyanlar və adi insanlar arasında böyük
hörmət qazanmışdılar. 
Tezliklə kəlamın daha bir cərəyanı - əsası Əbülhəsən əl-Əşari (935-
ci ildə vəfat etmişdir) tərəfindən qoyulmuş əşarizm cərəyanı
yarandı. Əşarilər insanın iradə azadlığı haqqında fəlsəfi təlimlə
qismət haqqında dini ehkamın barışdırılması üçün mütazililərin
isbat metodundan istifadə edirdilər. Onlar insanın əməllərində
onun iradəsinin müəyyən qədər iştirakını etiraf etsələr də
deyirdilər ki, insanın əməlləri bilavasitə Allah tərəfindən idarə
edilir, insan isə sadəcə olaraq yarandığı anda həmin əməlləri qəbul
61
F ә l s ә f ә
downloaded from KitabYurdu.org


edir. Cuvayni (1085-ci ildə vəfat etmişdir), İsfaraini (1027-ci ildə
vəfat etmişdir) və başqaları əşariliyin tanınmış nümayəndələri idi.
Mütazililər və əşarilər kəlam əhli və ya mütəkəllimlər idi. Onlar
ziyalı və rasionalistlər idi. Onların rasionalizmi dini etiqadla zə -
ka nın nisbəti haqqında Orta əsrlər üçün fundamental əhəmiyyət
kəsb edən dünyagörüşü məsələsinin həllində daha parlaq şəkil -
də əks olunur. Onlar zəkanı əsas, inamı isə törəmə hesab
edirdilər. Yəni zəka ilə inam arasında ziddiyyət yarananda,
zəkanın dəlillərinə istinad edərək onu alleqorik mənada təfsir
edirdilər. 
Mütəkəllimlər özlərinin antiavtoritarizmi ilə fərqlənirdilər. Şüb-
həni hər bir biliyin əsas şərti hesab edən bu insanlar təqlidi, yəni
nüfuzlu şəxslərdən nümunə götürməyi inkar edirdilər. Məsələn,
Nəzzam deyirdi: “Heç vaxt o dərəcədə etibarlı bilik olmamışdır
ki, ondan əvvəl şübhə olmasın”. Böyük Cahiz isə belə tövsiyə
edirdi: “Təsadüfləri və labüd əminliyə gətirib çıxaran halları
bilmək iqtidarında olmaq istəyirsənsə, labüd şübhə doğuran hal-
ları öyrən, şübhəliyə tətbiq edilə bilən şübhələri hökmən öyrən”. 
Mütəkəllimlərin rasionalizmi və kritisizmi ərəbdilli fəlsəfənin
formalaşması üçün mühüm amil olmuşdur.

Yüklə 4,5 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   237




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə