Filasofiya az: filosofia qxd



Yüklə 4,5 Mb.
Pdf görüntüsü
səhifə39/237
tarix20.01.2022
ölçüsü4,5 Mb.
#83021
növüDərs
1   ...   35   36   37   38   39   40   41   42   ...   237
-kitabyurdu.org- felsefe-ramiz

apodeyktika
ter-
mini ilə işarə edirdi) fəlsəfənin vasitəsi, ritorik arqumentləri, öz
bəlağəti, stilistik baxımdan düzgün və buna görə də inandırıcı
olan, inandırma arqumentlərini isə peyğəmbər təliminin vasitəsi
hesab edirdi. Apodiktik arqumentlər filosofun bilavasitə intelligi-
69
F ә l s ә f ә
downloaded from KitabYurdu.org


bel, yəni zəka ilə dərk edilə bilən həqiqətləri ifadə etməsinə
imkan verir; ritorik arqumentlər isə peyğəmbərin həmin
həqiqətləri xalqa çatdırmasına imkan verir. Fəlsəfə və din eyni
məqsədə müxtəlif üsullarla çatır. Bu mövqe İbn Rüşdün ikili
həqiqət haqqında, fəlsəfi və peyğəmbəranə həqiqətləri
fərqləndirməyin zəruri olması haqqında təlimi inkişaf etdirməsi -
nə kömək edirdi. Bundan əlavə, İbn Rüşd ölülərin dirilməsi ba -
rədə Qəzaliyə cavabını əsaslandırmaq üçün “Təkzibin təkzibi”
kitabında dini qanunun doğruluğunu və peyğəmbərliyin üstün-
lüyünü nəzərdən keçirir.
İbn Rüşdün izahatlar sistemi rasionaldır. O göstərir ki, idrak
şeylərin, onların ayrı-ayrı keyfiyyətlərinin və kəmiyyətlərinin
qavranılmasından başlanır; zəka hiss orqanlarının duyğularına
əsaslanaraq şeylərin mahiyyətini öyrənir, onu anlayışlarla ifadə
edir. Zəka fəal qüvvə, şeylərin və onların səbəblərinin dərk
edilməsi vasitəsidir.
İbn Rüşd belə hesab edir ki, insan zəkası universal zəkanın
mühüm hissəsi və fəal zəkadır, yəni formaların paylaşdırıcısı və
saxlanc yeri, dünya nizamının təşkiledici prinsipidir.
İbn Rüşdün fikrincə, hərəkət - göy cisimlərinin ən səciyyəvi cəhə-
tidir. Məhz hərəkət bir obyekti digərindən fərqləndirməyə imkan
verir. Hərəkət vasitəsilə hər bir səma cismi onun mahiyyətinin
özünü üstələmək cəhdi kimi qəbul edilir. Belə olan təqdirdə, İbn
Rüşdün fikrincə, forma və materiya nəticə etibarilə vahid varlıq
kontiniumunun metaforları, göy cisminin varlığının üstün cəhəti
isə yenə də real varlıqdır. 
İbn Rüşd fəlsəfəsinin etik tərəfi xüsusi maraq doğurur. O,
dəyərin real mövcud olmasına, yəni onun təbiətdə və insan
fəaliyyətində obyektiv mövcudluğuna inanırdı. İbn Rüşdə görə,
maddi başlanğıc insanların pisliklərinin və digər xoşagəlməz
əməllərinin təbiətini şərtləndirir. Materiyanın nisbi xassəsi olan
pislik, eyni zamanda, formallaşdırılmış gerçəkliyin bir hissəsidir
və Allahın adı ilə bu və ya digər şəkildə əlaqəlidir. Çünki məhz
Allah materiyanın inkişafını elə istiqamətləndirə bilər ki, onun
70
R a m i z   M e h d i y e v
downloaded from KitabYurdu.org


daxilində pislik yaransın. Lakin insanın sərbəst seçiminə və pis
əməlinə görə Allahın cavabdeh olduğunu söyləmək səhv olardı. 
İbn Rüşdə görə, insanın hərəkətlərinin sərbəst və determinə
edilmiş olması da varlığın yalnız spesifik sahələrinə tətbiq edilə
bilən nisbi anlayışlardır. Əslində, insan öz hərəkətlərində sərbəst
və determinə edilmiş deyil, hər şey onun hansı şəraitdə olmasın-
dan asılıdır. 
Orta əsr müsəlman cəmiyyətinin spesifik şəraitində bütün poten-
sialları və fəlsəfi fikrin yekunlarını kifayət qədər dəqiq aşkar
etmiş İbn Rüşd fəlsəfəsi tam əsasla dünya fəlsəfi fikrinin inkişafı
prosesində çox mühüm əlaqələndirici ünsür hesab edilir.
Ərəb-müsəlman fikri tarixində ən parlaq və qeyri-adi simalardan
biri 

Yüklə 4,5 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   237




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə