Film Fiction


Film Fiction | Dekabr, №4



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə5/18
tarix17.06.2018
ölçüsü0,51 Mb.
#49229
1   2   3   4   5   6   7   8   9   ...   18

 

12 


Film Fiction | Dekabr, №4 

 

 



 

1961-ci ildə Brando rejissor kimi ilk və 

son filmi, "One-Eyed Jacks" (Bir gözlü Valetlər) 

filmini çəkdi. Filmdə baş rolu da özü ifa etdi. 

1960-cı illərdə Brando bir sıra rollar ifa etsə də

bir o qədər də yaddaqalan olmadı. 1967-ci ildə 

Çarli Çaplinin "Honq Konqdan olan qrafinya" 

filmində Sofi Lorenlə birlikdə baş rolu ifa etdi. 

Onilliyin sonuna doğru karyerasında bir qədər 

fasilə yarandı. Bunun əsas səbəbi isə 

rejissorların qeyd etdiyi kimi, onunla işləməyin 

çətin olması idi. 



 

"Xaç Atası": 1970-ci illərin əvvəllərində 

Frensis Ford Koppola Mario Puzonun "Xaç 

Atası" əsəri əsasında eyniadlı filmin 

çəkilişlərinə başladı.  

 

 

 



 

Don Vito Karleone roluna isə sənətinin vurğunu 

olduğu Marlon Brandonu dəvət etdi. M.Puzo da 

qeyd edirdi ki, əsəri yazarkən Karleoneni 

Brandonun obrazında təsəvvür etmişdi. 1972-ci 

ildə ekranlara çıxan film Brandonun yüksək 

səviyyəli aktyor oyunu nəticəsində böyük uğur 

əldə etdi. Film "Ən Yaxşı Film" kimi Oskar aldı, 

Marlon Brando da öz növbəsində "Ən Yaxşı 

Aktyor" Oskarını qazandı. Lakin o mərasimdə 

iştirak etmirdi və öz yerinə özünü hindu (apaçi) 

əsilli qadın kimi təqdim edən Sakin Litlfezeri 

göndərmişdi. Sakin səhnəyə çıxdı və amerika 

hökumətinin yerli hindulara qarşı ayrı-

seçkiliyini əsas gətirərək Oskardan imtina etdi. 

Sonradan isə onun əslində həvəskar aktrisa 

olduğu üzə çıxmışdı. 

 

Sonrakı Karyera: 1973-cü ildə 

Bernardo Bertoluççinin "Last Tango in Paris" 

(Parisdə Son Tanqo) filmi ekranlara çıxdı. Baş 

rolları M.Brando və Mariya Şneyder ifa edirdi. 

Filmin erotik təbiətinə və Brandonun ötən il 

Oskardan imtina etməsinə baxmayaraq, o yenə 

də "Ən Yaxşı Aktyor" kimi mükafata namizəd 

göstərildi. 

 

 



 

 

"Xaç Atası: II Hissə" (1974) filmində 

onu yenidən filmə dəvət etsələr də, o imtina 

etdi. Vito Karleonenin gəncliyini oynayan 

Robert De Niro "İkinci Planda Ən Yaxşı Aktyor" 

kimi Oskar qazandı. Kino tarixində ilk dəfə idi 

ki, eyni adamı canlandıran iki aktyor Oskar 

qazanırdı. 1978-ci ildə isə "Superman" filmi 

ekranlaşdırıldı. Brando qəhrəmanın atası, Jor-El 

obrazını ifa edirdi. Filmin çəkilişlərində cəmi iki 

həftə iştirak etməsinə baxmayaraq, ona $3.7 

milyon pul ödənmişdi. 

 

Onun digər məşhur rolu isə 



F.F.Koppolanın 1979-ci ildə çəkdiyi "Apocalypse 

Now" (Apokalipsis Bu Gün) filmində Kolonel 

Uolter E. Kurts idi. Marlon Brando 1989-cu ildə  

 

 



"A Dry White Season" (Quru Ağ Mövsüm) 

filminə görə sonuncu, 8-ci Oskar nominasiyasını 

qazandı.  Brando 1995-ci ildə "Don Juan De 

Marco" filmində çəkildi. Filmdə onun aktyor 




 

13 


Film Fiction | Dekabr, №4 

kimi ən böyük pərəstişkarlarından biri, Conni 

Depp də çəkilib. Onun çəkildiyi son film 2001-ci 

ildə ekranlara çıxan "The Score" (Hesab) oldu. 

Bu filmdə onunla birlikdə Robert De Niro və 

Edvard Norton da çəkiliblər. Fəaliyyətini isə 

"Hörümçək Adam" cizgi filmində səsləndirdiyi 

zalım qoca obrazı ilə başa vurdu. 

 

Son illər: Marlon Brandonun çəki ilə 

bağlı problemləri var idi. O, tez-tez yaxın dostu, 

Maykl Ceksonun "Neverland" rançosuna gedir 

və orada istirahət edirdi. 2001-ci ildə isə onun 

"You Rock My World" mahnısına çəkilən klipdə 

göründü. 

 

O, 2004-cü ildə 80 yaşında, ağ ciyər 



fibrozu nəticəsində yaranan tənəffüs çətinliyi 

səbəbindən vəfat etdi. O kremasiya edildi, 

qalıqlarının bir hissəsi Taiti, digər hissəsi Ölüm 

Vadisinə dağıdıldı. 

 

    


 

 

 



 

 

 



2006-cı ildə ekranlara çıxan "Supermen 

Qayıdır" filmində kompüter qrafikasının 

köməyilə onun obrazı yaradıldı. 

 

Siyasi Fəallıq: Brando gənc yaşlarından 

etibarən hökumətin digər xalqlara, qitənin yerli 

əhalisinə qarşı ayrı-seçkiliyinə laqeyd qala 

bilmirdi. 1963-cü ilin avqustunda Çarlton 

Heston, Burt Lankaster, Sidney Poyter, Pol 

Nyuman və digərləri ilə birlikdə "azadlıq 

yürüşləri"ndə iştirak etdi. Yürüşlərin əsas 

məqsədi irqi ayrı-seçkiliyin tənqidi idi. Brando 

qaradərililərin hüquqlarını müdafiə edən 

Martin Lüter Kinqə dəstək çıxdı. O, hinduların 

da eyni hüquqları əldə etməsi uğrunda böyük 

işlər gördü. Bunun bariz nümunəsini isə 1972-ci 

il Oskar mükafatının təqdimat mərasimində 

görmək olar. 



 

Şəxsi Həyatı: Marlon Brando "Anamın 

mənə oxuduğu mahnılar" adlı 

avtobioqrafiyasında qeyd edir ki, məclislərin 

birində Merilin Monro ilə tanış olmuşdu. O, 

pianoda ifa edirdi. Aktyor bildirir ki, onlar 

arasında qısa sevgi münasibətləri olmuşdu. 

1957-ci ildə Anna Kaşfi adlı aktrisa ilə evləndi. 

1959-cu ildə oğlu Kristian Brando dünyaya 

gəldikdən sonra cütlük ayrıldı. 

 

 



 

 

 



1960-cı ildə Brando özündən altı yaş 

böyük olan aktrisa Movita Kastanada adlı 

aktrisa ilə ailə həyatı qurdu və evlilik iki il 

sürdü. Birlikdə iki uşağa sahib oldular. 

 

 

1962-ci ildə isə 20 yaşlı Tarita Teripiya 



adlı qadınla evləndi və onların iki uşağı oldu. 

Evlilik 1972-ci ildə ayrılıqla nəticələndi. 

 

Son evliliyi isə Maria Kristina Ruislə oldu. 



Onlar birlikdə üç uşağa sahib oldular. Beləliklə, 

Brando on bir uşağa sahib idi. Bunlardan üçü 

övladlığa götürülmüşdü. 

 

Marlon Brando bütün dövrlərin ən yaxşı 



aktyorlarından biri kimi kino tarixində özünə 

yer tutub. Hollivud Şöhrət Xiyabanında ulduza 

malikdir. Karyerası ərzində 8 Oskar, 7 BAFTA, 6 

Qızıl Qlobusa nominant olan Brando Amerika 

Film İnstitutunun (AFİ) bütün dövrlərin "100 ən 

yaxşı aktyor"u siyahısında 4-cü yerə layiq 

görüldü. "Time" jurnalı onu 20-ci əsrin ən dahi 

adamlarından biri seçdi. Ondan sonra 

incəsənətə gələn yüzlərlə aktyor və musiqiçi 

onu əsas ideal kimi qələmə veriblər. Onlar 

arasında Ceyms Din, Elvis Presli, Cek Nikolson, 

Al Paçino, Robert De Niro, Uorren Bitti, Ömər 

Şərif, Conni Depp və b. var. 

 

Onun kino sənətinə verdiyi töhfələr heç 



vaxt yaddan çıxmayacaq və M.Brando uzun illər 

ərzində əfsanə olaraq filmlərdə və tamaşaçıların 

qəlbində yaşayacaq.  

 

 



 

 



Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə