Film Fiction


Film Fiction | Dekabr, №4



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə4/18
tarix17.06.2018
ölçüsü0,51 Mb.
#49229
1   2   3   4   5   6   7   8   9   ...   18

 



Film Fiction | Dekabr, №4 



4. "Arizona Arzusu" (1993) 

 

 



 

 

"Anam məni səhərlər oyadarkən deyərdi: 



"Sabahın xeyir, Kolumb". Bununla demək  

istəyirdi ki, Amerika artıq kəşf olunub, arzular 

isə reallıqdan uzaqdır." 

 

Kusturiça buna qədər çəkdiyi üç filmlə 



dünyaya səs salmışdı. Hər üç film mükafatsız 

qalmamışdı. "Arizona Arzusu" filmi də 

mükafatsız film deyil, ancaq Hollivudun 

istədiyini - filmdən gələn gəliri Kusturiça onlara 

qazandıra bilmədi. Conni Deppin filmdə iştirakı 

da qazanc gətirmədi. Film prokatlarda az gəlir 

əldə etdi, amma Berlin Kino festivalında jurinin 

xüsusi mükafatını qazandı. Filmin aktyor heyəti 

o qədər güclü idi ki,  Hollivudda hər kəs bu 

filmdən partlayış gözləyirdi, amma olmadı. 

Bəlkə də olmaması daha düzgün idi, çünki 

avropa məktəbi Hollivudda pul uğuru qazana 

bilməzdi. Bir çox kino tənqidçiləri bu filmi 

Kusturiçanın ən uğurlu filmi hesab edirlər. Film 

rejissor işi cəhətdən həqiqətən də yaxşıdır. 

Kusturiça səhnələri rəngarəng edib. Günəşdən 

çox istifadə isə yəqin ki Arizona abu-havasını 

yaratmaq istəyindən irəli gəlir. Filmin 

monoloqları da maraqlıdır. 

 

 Və Kustriça bu filmdən sonra Hollivudda 



film çəkməyəcəyini bəyan etdi. Hələki sözünü 

yerinə yetirir. 



5. "Anderqraund" (1995)

 

 



 

 

 



"Biz hamımz dəliyik, sadəcə hamımıza bu 

diaqnozu qoymayıblar" 

 

 



Bu film haqqında uzun-uzadı danışmaq 

olar. Məhz bu filmdən sonra Kusturiçaya "21-ci 

əsrin rejissoru" deməyə başladılar. Film bütöv 

bir nəslin həyatı, arzusu və gələcəyinin məhv 

olması barəsindədir. Film 1941-1992-ci illər 

arasında Böyük Yuqoslaviya Respublikasında 

baş verən hadisələrin simvolik təsviridir. Acı 

ironiya və səmimilik filmin sonunu maraqlı edir. 

Ssenarisi üzərində dəqiqliklə işləyən rejissor

bu dəfə də qaraçı həyatından yan keçməyib. 

Filmin soundtrackləri isə Qoran Breqoviçindir. 

Kann festivalında "Qızıl Palma Budağı"nı 

qazandıqdan sonra film ətrafında çoxlu səs-küy 

yaranır. Qalmaqalı fransalı esseist, filosof Alen 

Finkilkro qaldırır. Kusturiçanı 

propaqandaçılıqda ittiham edir. Kusturiça ona 

cavab versə də, Finkilkro film haqqında ikinci 

məqaləsini yazır və Kusturiçanı istedadsızlıqda 

günahlandırır. Sonda serb mənşəli fransız 

jurnalist Stanko Çeroviç filmi tənqid edərək, 

Kann festivalının jüri heyətinin qərarını siyasi 

qərar adlandırır. Bu ittihamlardan sonra




 

10 


Film Fiction | Dekabr, №4 

Kusturiça kinodan gedəcəyini söyləyir, amma üç 

ildən sonra yenidən "həyata qayıdır". 

 

6. Ağ pişik-Qara pişik (1998) 

 

 



 

 

"Qismətdən qaçmaq olmaz, amma öz 



toyundan qaça bilərsən" 

 

 



"Anderqraund"dan sonra Kusturiça 

yenidən komediyaya yönəldi. "Ağ pişik-Qara 

pişik" filmi Venetsiya film festivalında rejissor 

işinə görə "Gümüş Şir" mükafatı qazandı. 

Festival zamanı dünya kinosunda çox az sayda 

görünən hadisə də baş verir, kino tənqidçilər 

film bitdikdən sonra onu ayaq üstə alqışlayırlar.  

Qaraçı həyatı və adət-ənənəsi bu filmin də əsas 

sujet xəttini təşkil edir. "Ağ pişik-Qara pişik" 

filmi rəngarəng səhnələri ilə yadda qalır. 

Rejissor işi həqiqətən də ayaqda alqışlanasıdır. 

 

Altı ildən sonra rejissor yenə də böyük 



kinoya qayıdır. Altı illik fasilədə isə "No smoking 

orchestra" rok qrupu ilə çalışan Kusturiça, bəzi 

filmlərdə də rol alır. 

 

 



 

7."Həyat möcüzədir" (2004) 

 

 



 

 

Yenə tragikomediya janrına üstünlük 



verən rejissor, Balkan müharibəsi mövzusunda 

film çəkir. Film Kann festivalına təqdim olunsa 

da, kinotənqidçilər Kusturiçanı təkrarçılıqda 

günahlandırırlar, amma filmin rejissor işinin 

qüsursuzluğunu təqdir edirlər. Film Sezar 

festivalında "Qızıl Qlobus" mükafatını qazanır. 

 

8. "Razılaşma" (2007)  

 

 



Filmin premyerası Kann festivalında 

olur. Bu Kusturiçanın ilk filmidir ki, Kann 

festivalında heç bir mükafat qazanmır. 

 

Kusturiça bədii filmlərdən əlavə, həm də 



bir neçə sənədli film müəllifidir. Əfsanəvi 

futbolçu Dieqo Maradona haqqında çəkdiyi 

sənədli film ən yadda qalanıdır. 

 

Dünya kinosunda bir filmini çıxmaq 



şərtilə qalan bütün filmləri mükafat görən tək-

tük rejissordan biridir Kusturiça. Qaraçı 

həyatını təbliğ edən, tragikomik filmləri ilə 

güldürən rejissor, "21-ci əsrin rejissoru" adını 

20-ci əsrin sonlarında qazanıb. Kinomanlara 

tövsiyyə edəcəyim ilk üç filmi isə bunlardır: 

"Atam ezamiyyətdədir", "Arizona Arzusu" və 

"Anderqraund". 

 



 

11 


Film Fiction | Dekabr, №4 

Marlon Brando 

 

 



 

 

Marlon Brando (1924 - 2004) - Amerikalı 



aktyor və siyasi fəal. Müasir Amerika kinosunun 

ən dahi aktyoru. 1999-cu ildə "Time" jurnalı 

"Əsrin 100 dahi adamı"-nı seçdi. Onlar arasında 

Çarli Çaplin və Marlon Brando yeganə 

professional aktyor idi. Martin Skorseze onun 

haqqında bildirirdi: "O müəyyənedici nişanədir. 



Kinoda Brandoya qədər və Brandodan sonra 

anlayışları mövcuddur." 

  

Marlon Brando 1924-cü il aprelin 3-də 



Nebraska ştatının Omaha şəhərində anadan 

olub. Atası kimyəvi dərmanlar düzəldilən 

zavodda çalışırdı. Onlar İllinoysa köçürlər və 11 

yaşı olarkən valideynləri ayrılır. Anası Marlonu 

və digər iki uşağını özü ilə birlikdə anasının 

yanına, Kaliforniyaya aparır. 1937-ci ildə 

valideynləri barışır və yenidən İllinoysa 

qayıdırlar. Onun valideynləri əsasən irland və 

fransız mənşəlidirlər. Anası Dodi Brando tez-tez 

sərxoş olur, o vaxtlar qadın üçün qeyri-adi hal 

hesab edilən şalvar geyir və maşın sürürdü. 

Lakin onun aktyorluq qabiliyyəti var idi və hətta 

əfsanəvi aktyor Henri Fondaya aktyor olmaqda  

 

 



yardımçı olmuşdu. Marlonda da aktyor olmağa 

maraq oyatmışdı. 

 

Dəhlizdə motosiklet sürdüyündən 



Marlonu "Libertville" ali məktəbindən 

kənarlaşdırırlar və o "Shattuck" hərbi 

məktəbinə daxil olur. 

 

Karyera: O, fəaliyyətə Nyu-Yorkda, yay 

teatrında başlamışdı. Lakin onun davranışı 

teatrdan uzaqlaşma ilə nəticələndi. Bu teatrdakı 

bir tamaşa zamanı onun oyunu təşkilatçıların 

çox xoşuna gəldi və onu "Broadway" teatrına 

dəvət etdilər. Marlon 1944-cü ildə "Mən anamı 

xatırlayıram" dramı ilə bu teatrda debüt etdi. 

Brando 1947-ci ildə Tennesi Uilliamsın "Arzu 

adlı Tramvay" (A Streetcar Named Desire) adlı 

əsəri əsasında eyniadlı tamaşada oynadığı Stenli 

Kovalski obrazı ilə böyük uğur əldə etdi. 

Tamaşanın rejissoru Elia Kazan idi. Onun aktyor 

oyunu amerika kinosuna yeni nəfəs gətirdi. 



 

Yüksəliş: Brando kino debütünü 1950-ci 

ildə "The Men"(Kişilər) filmində etdi. Hal-

hazırda film o qədər uğurlu hesab edilməsə də, 

Marlon Brandonun ilk filmi kimi tarixə düşüb. 

1951-ci ildə "Arzu adlı Tramvay" 

ekranlaşdırıldı. Elia Kazanın rejissorluğu ilə baş 

rolları Marlon Brando və Vivyen Li ifa edirdilər. 

Filmə görə Brando "Ən Yaxşı Aktyor" 

kateqoriyasında ilk Oskar nominasiyasını 

qazandı. Ardıcıl üç il ərzində Brando "Viva 

Zapata!" (1952), "Julius Caesar" (1953) və "On 

the Waterfront" (Limanda) (1954) filmlərinə 

görə də Oskara namizəd oldu və sonuncuya 

görə mükafatı qazandı. O, 1951-53-cü illərdə 

ardıcıl olaraq üç BAFTA mükafatı da qazandı. 

 

1953-cü ildə "The Wild One" (Vəhşi)  



filmi ekranlara çıxdı. Filmdə Brando şəxsi 

"Triumph Thunderbird 6T" markalı  

motosikletindən istifadə etmişdi.  

Bu filmdən sonra motosikletçilər (baykerlər) 

hərəkatı başlandı. Bu obrazdan  bəhrələnən 

Elvis Preslinin timsalında "rock 'n' roll" musiqisi 

inkişaf etməyə başladı. Kinoda isə Ceyms Din 

əsasən bu tipli obrazlar yaratmağa çalışırdı. 

Brandonun bu filmdəki obrazı "Madam 

Tüssonun Mum Fiqurlar Muzeyi"-ndə əks 

etdirilib. 1957-ci ildə "Sayonara" filminə görə o, 

5-ci Oskar nominasiyasını qazandı. 

 

 



Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə