5
miladdan əvvəl mədəniyyətə, yazıya, oxuya, sistemli təlim-
tərbiyə mədəniyyətinə, müalicə üsullarına sahib olduqlarını
təsdiq edir.
Naxçıvanda tunc dövrünə aid Gəmiqaya abidəsi
eramızdan əvvəl I-III minilliklərə aid edilir ki, üzərindəki
rəsmlər, yazı, işarələr insanların bir-biri ilə ünsiyyət və
əlaqə, öyrətmə-öyrənmə prosesini əks etdirir. Qayaüstü
təsvirlərdə rəqs səhnələri o dövrün estetik zövqünü bildirir,
ov səhnələri, örüş sahələri, keçi, maral, quş, habelə əmək
alətləri dövrün peşələri olan ovçuluqdan, əkinçilikdən,
maldarlıqdan xəbər verir, at, dəvə, ulaq, araba təsvirləri
insanların istifadə etdikləri nəqliyyat növünü göstərir.
Günəş, ağac, çay kimi rəsmlər qədim insanlarımızın
inancından xəbər verir, daşlar üzərində düz xətlə çəkilmiş
bir neçə xət və ya çox xət Gəmiqayalıların say anlayışından
xəbərdar olmalarını bildirir. Gəmiqayalıların bəbir, canavar,
ilan, dəvə kimi rəsmlərin müxtəlif vəziyyətlərdə daşlara
döymə üsulla böyük məharətlə işləmələri bir tərəfdən o
dövrün rəssamlığını, nəqqaşlığını göstərirsə, digər tərəfdən
də şübhəsiz insanlara ətraf mühiti, ərazini onun flora və
faunasını öyrədir. Gəmiqaya rəsmlərində bir atlının baş və
ayağında geyim olması o dövrün peşələrini (toxuculuq,
çəkməçilik və s.) təxmin etməyə imkan yaradır. Şübhəsiz
böyüklər də əldə etdiyi bilik və təcrübələri, qazandıqları
peşələri kiçiklərə öyrətmişlər və yaxud da kiçiklər böyükləri
müşahidə etməklə müəyyən bilik, bacarıq və təcrübə əldə
etmiş, tərbiyə qazanmışlar.
Pedaqoji
mənbələrdə
göstərilir
ki,
qədim
Yunanıstanda quldar balalarını xüsusi təlim-tərbiyə
müəssisəsinə aparıb- gətirən, onların təlim tərbiyəsi ilə
məşğul olan adamlara “Peydaqoqos” deyilirdi. Qədim
yunan dilində “Paydas” - “uşaq” , “gogos” - “yola salan”
deməkdir ki, “pedaqogika”, “pedaqoq” sözləri də buradan
meydana gəlmişdir. Oradakı xüsusi təlim tərbiyə
6
müəssisəsinin adına “Şkola” deyilirdi ki, bunun da mənası
kitablarda yazıldığı kimi qədim yunan dilində “Asudə vaxt
keçirilən yer” deməkdir.
Pedaqogika elminin banisi, XVII əsrin görkəmli
pedaqoqu Yan Amos Komenski yazır ki, yunanlar bu sözü
– yəni “Şkola” sözünü Şumerlərdən götürmüşlər. Daha
sonra o “Böyük didaktika” əsərində qeyd edir ki, tarixdə ilk
məktəbi Nuhun oğlu Sam yaratmışdır. Adını Skala
adlandırmışdır
(75,Глава 8, параграф 3. стр.23).
Y.A.Komenski bu fikri bizim eradan əvvəl I əsrdə
yaşamış yəhudi əsilli yunan filosofu İosif Flavidən
götürmüş və ona əsaslanaraq bunu yazmışdır.
Qeyd edək ki, Naxçıvan şəhəri haqqında ilk məlumat
tarixçi, filosof İosif Flaviyə (e.ə. I əsr) məxsusdur. Sonra
yunan coğrafiyaşünası Klavdi Ptolomeyin (b.e. II əsri)
“Coğrafiya” əsərində Naxçıvan şəhərinin adı ilk dəfə
“Naksuana” (yun. Ναξουὰνα, ing. Naxuana) şəklində qeyd
olunmuş və şəhərin çoğrafi mövqeyi göstərilmişdir.
Yəhudi tarixçisi İosif Flavi Nuhun gəmisinin dayandığı
yerin Naxçıvan şəhəri olduğunu bildirir
(41,56).
Y.A.Komenski qədim yunan filosofu İosif Flaviyə
əsaslanaraq göstərir ki, Nuhun oğlu Sam məktəb yaratmış
və adını “Skala” qoymuşdur (41, Гл. 8, параграф 3.
стр.23). “Skala” ilkin mənasında “pillə”, “mərhələ”
mənasını vermişdir. Rus dilində “Şkala”- “dərəcə”,
“mərhələ” deməkdir. İngilis dilində məktəb mənasını verən
“Skul”, fransız dilində “Lekol”, alman dilində “Şule”, türk
dilində “Okul”, rus və belarus dillərində “Şkola” kəlmələri
“Skala” sözündən əmələ gəlmişdir.
Gəmiqaya ilə bağlı Şumer və Naxçıvan əfsanə və
rəvayətləri demək olar ki, eyniyyət təşkil edir. Bütün bunlar
onları deməyə əsas verir ki, Naxçıvan qədim mədəniyyət,
elm, təhsil mərkəzi olmuş, burada sistemli təlim, yazı və
oxu mədəniyyəti olmuşdur.
7
- İslam dininin yayılmasının türk xalqlarının, o cümlədən
Azərbaycan türklərinin həyatında köklü dəyişikliklərə səbəb
olduğunu, Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin
İslam mədəniyyəti ilə qaynayıb qarışaraq nəsillərin tərbiyəsi
üçün dəyərli bir sistem gerçəklədirdiyini izah edə biməlidir;
- Bilinməlidir ki, XIV-XV əsrlərdə Qərb humanistlərinin
irəli sürdüyü ideyaların bir çoxu daha mükəmməl və
demokratik şəkildə hələ XIII əsr Azərbaycan alimi
Nəsirəddin Tusi tərəfindən təqdim olunmuşdur;
- Tələbə böyük qürur hissi ilə sübuta yetirə bilməlidir ki,
orta əsrlərdə Qərb ölkələrində kilsənin fitvası ilə yeni fikirli
insanlar tonqallarda yandırılarkən, kilsə zehni təhsil
üzərində inhisarını qoruyub saxlayarkən Azərbaycanda
azadfikirlilik, dünyəvi elmlər maneəsiz inkişaf etmişdir.
- Bu məmləkətin Əbülhəsən Bəhmənyar, Qətran Təbrizi,
Xətib Təbrizi, Şihabəddin Sührəvərdi, Xaqani Şirvani,
Məhsəti Gəncəvi, Nizami Gəncəvi, Nəsirəddin Tusi, Əvhədi
Marağayı, QövsiTəbrizi, Saib Təbrizi, İmadəddin Nəsimi,
Məhəmməd Füzuli, Molla Pənah Vaqif kimi görkəmli
alimləri, şairləri, daha sonrakı əsrlərdə dahi şəxsiyyətləri
olmuşdur ki, onların təhsil aldıqları, yetişib formalaşdıqları
təhsil məkanları, məktəb və mədrəsələri olmuşdur.
- Tələbələr bilməlidirlər ki, 1818, 1828-ci illərdə məlum
müqavilələrdən sonra Azərbaycan Rusiyanın tərkibinə
keçmiş və ölkədə rus məktəblərinin sayı artmış,
çoxalmışdır.
- Azərbaycanda elmi-pedaqoji kadrların yetişməsində,
xalqın mədəni inkişafında XIX əsrin 70-ci illərinin
ortalarında Qori şəhərində yaradılmış Zaqafqaziya (Qori)
Müəllimlər Seminariyasının böyük rolu olmuşdur (1875-ci
ilin 8 aprelində seminariyanın açılmasına icazə verilmiş,
1876-cı ilin 12 sentyabrında fəaliyyətə başlamış, 1879-cu il
1 sentyabrda seminariyanın Azərbaycan şöbəsi açılmış,
300-dən artıq azərbaycanlı məzun buranı bitirmiş, 1918-ci
Dostları ilə paylaş: |