95
Gəncə ətrafı mineral sulara Hacıkənd yaxınlığında karbon tur-
şulu bulaq və çoxlu sayda su çeşmələri aiddir.
Şamaxı bölgəsinin ən qiymətli suyu Xaltan, Jimi və Həşim
(Quba rayonu) suları, Çuxuryurd (Şamaxı), Bum və Xalxal
(Qəbələ) sularıdır.
Şəki-Zaqatala bölgəsinin sularından ən məşhuru Qax rayo-
nunun ilisu bulaqlarıdır. Qədim vaxtlardan bu sular müalicə məq-
sədilə istifadə edilir.
Lənkəran bölgəsi mineral sularla xeyli zəngindir. Bu bulaqlar
Babazənən dağlarında yerləşir.
Bu bulaqlar hidrogen-sulfidli, me-
tanlı, xloridli, kalsiumlu, isti və soyuq mineral sulardan ibarətdir.
Aparılan tədqiqatlarla müəyyən edilmişdir ki, Azərbaycan
mineral sularının tərkibində xeyli qaz vardır. Respublikamızda çox
yayılan mineral sular qaz tərkibinə görə 5 qrupa bölünür: karbonlu,
hidrogen
sulfidli, metan qazlı, azotlu, radonlu.
Azərbaycan mineral sularının tərkibində ən çox HCO
3
, SO
4
,
Cl, Na, Ca və Mg ionları vardır. Təbii sularda 26-ya kimi
element
həll olmuşdur. Bunlar 5 qrupa bölünür:
1.
Suyun əsas tərkib hissəsi:
K, Na, Ca, Mg, Fe, Al, Cl, S, N, O, H, C, Si.
2.
Sularda az miqdarda təsadüf edilən elementlər:
Zn, Rb, Sr, Ba, Pb, Ni, Mn, Cu, Br, J, F, B, P, As.
3.
Nadir tapılan elementlər:
U, Zn, Ga, Ge, Zr, Ti, W, Hg, Bi, Cd, Se, Te, Mo, Ag, An, Pt,
Sn, Sb
4.
Radioaktiv elementlər:
Ra, Th, Rn və s.
5.
Üzvi
maddələr
Mineral maddələr, bioloji aktiv elementlər, qazlar, üzvi birləş-
mələr suların əsas komponentləridir ki, bunlar da geniş profilaktik
və müalicəvi təsir spektrinə malikdirlər. Mineral maddələr suyun
tərkibində asan mənimsənilən formada olur. Təbii sularda kimyəvi
elementlər müxtəlif ion, molekul, kolloid və kompleks birləşmələ-
ri əhatə edən qeyri üzvi formada olurlar. Mineral suların profi-
laktik və müalicəvi xüsusiyyəti ilk növbədə suyun ion tərkibindən,
96
xüsusilə də Na
+
, Ca
2+
, Mg
2+
kationlarından və Cl, SO
4
, HCO
3
anionlarından asılıdır.
Natrium kationları su-duz mübadiləsində iştirak edir, xlorid
ionları ilə birlikdə isə mineral suda osmos təzyiqinin normallaş-
masına şərait yaradır, həzm prosesini yaxşılaşdırır.
Kalsium kationu hüceyrə membranının
nüfuzetmə qabiliyyə-
tini azaldır, iltihaba qarşı təsirə malikdir, bəzi fermentlərin aktiv-
liyini artırır, sümüklərin böyüməsini və dişlərin vəziyyətini yaxşı-
laşdırır.
Maqnezium kationu karbohidratların anaerob mübadiləsini
aktivləşdirir, əsəb sistemi gərginliyini azaldır.
Sularda kationların miqdarı fərdi olur. Məsələn, müalicəvi,
süfrə mineral suyu olan “Yesentuki №4” də və “Borjomi”-də
natrium və kalsium kationlarının yüksək miqdarı uygun olaraq
2500-2900 və 1200-2000 mq/dm
3
təşkil edir. “Narzanda” ən çox
kalsium kationu – (300-400 mq/dm
3
) olur. Natrium və kaliumun
cəmi miqdarı isə 130-200 mq/dm
3
səviyyəsində olur.
Mineral sularda maqneziumun miqdarı 50-120 mq/dm
3
arasın-
da dəyişir. Süfrə sularında kationların miqdarı müalicəvi-süfrə su-
larına nisbətən xeyli az olur.
Mineral suların tərkibində hidrokarbonatlar iltihab prosesini,
mədə şirəsinin turşuluğunu azaldır, ödqovucu təsir göstərir. Hid-
rokarbonata malik olan sular qastrit, mədə xorası xəstəliyi üçün
faydalıdır. Bundan başqa, hidrokarbonatlı sular bağırsaqlarda də-
mirin və digər mikroelementlərin sorulmasını yaxşılaşdırır və qan-
da şəkəri azaldır (cədvəl 3.8).
Sulfat ionunun mineral sularda fizioloji rolu öd turşularının,
xolesterinin ayrılmasını gücləndirmək, öd daşının əmələgəlmə
imkanını azaltmaq, mübadilə proseslərini yaxşılaşdırmaqdır.
Xlor anionu natrium kationları ilə birləşərək mədənin sekretor
və mədəaltı vəzində, fermentlərin funksiyasını yüksəldir. Həzm
prosesi, zülalın, yağın, karbohidratların mənimsənilməsi və orqa-
nizmin böyüməsi yaxşılaşır.