21
1.2.3. Səmərəli qidalanma
Adekvat qidalanma nəzəriyyəsi müddəalarının praktiki olaraq
həyata keçirilməsi səmərəli qidalanma nəzəriyyəsini təşkil edir və
aşağıdakı qanunları özündə əks etdirir:
1. Orqanizmin bütün həyat fəaliyyəti növlərində sərf etdiyi
enerji ilə daxil olan qidanın enerjisi (enerji dəyəri) arasındakı ta-
razlığa riayət olunması.
2. Ayrı-ayrı qida komponentlərinin optimal nisbətlərinin hər
hansı bir fərdin və ya əhali qrupunun təlabatları ilə uyğunluğu.
3. Qidada əvəzolunmayan qida maddələrinin olması.
4. Qidada müdafiəedici komponentlərin olması.
5. Qidanın həzmi və mənimsənilməsinə kömək edən orqano-
leptik dəyərin təminatı.
6. Qidanın, qida və bioloji dəyərini azaltmayan və qidada z-
hərli maddələr yaratmayan rasional texnoloji işlənmə metodlarının
tətbiqi.
7. Qida qəbulunun gün ərzində bioritmə, əmək və digər fəaliy-
yət növlərinin xarakter və rejiminə uyğun bölünməsi. Qidalanma
rejiminin əsasını qidalanmanın müntəzəmliyi, gün ərzində hissə-
hissə qidalanma, hər qida qəbulu zamanı məhsulun səmərəli seçil-
mə prinsipinə əməl olunması və gün ərzində qidanın səmərəli pay-
lanması prinsipləri təşkil edir.
8. Rasionun profilaktiki istiqaməti nəzərə alınmaqla orqaniz-
min yaşının və hərəkət aktivliyinin uçotu.
Səmərəli qidalanmanın həyata keçirirlməsində kombinə edil-
miş qida məhsulları mühüm rol oynaya bilər.
İnsanın bu və ya digər qida məhsullarını kifayət qədər qəbul
etməməsi ilə əlaqədar olaraq mürəkkəb resept tərkibli kombinə
edilmiş qida məhsullarının yaradılmasına kəskin ehtiyac yaran-
mış olur.
Kombinə edilmiş qida məhsullarının istehsalı aşağıdakı istiqa-
mətlərdə həyata keçirilir:
22
1. Qidanın aminturşu tərkibinin ona peptid yeridilməklə yax-
şılaşdırılması. Müəyyən olunmuşdur ki, səmərəliliyinə görə peptid
hidrolizatları aminturşuları qarışığından və zülallardan, həmçinin
mikrobioloji mənşəli zülallardan, dəniz məhsullarından, süd züla-
lından, qandan və izolyatlardan geri qalmır.
2. Qida məhsulları istehsalında rəngin, dadın, strukturun yax-
şılaşdırılması üçün müxtəlif qida əlavələrinin istifadə olunması.
Bu zaman təbii xammaldan alınan əlavələrdən istifadə edilməsi üs-
tünlüyə malikdir.
3. Qida məhsulları istehsalında tətbiqi biotexnologiyadan isti-
fadə olunması.
4. Əvəzolunmayan qida amillərindən qida məhsullarının zən-
ginləşdirilməsində istifadə olunması.
Kemerovo Qida Sənayesi Texnologiyası İnstitutunda kombi-
nə edilmiş qida məhsulları yaradılması üçün geniş tədqiqat işləri
aparılır. Bu tədqiqatlar müasir tibbi-bioloji təlabatlara uyğundur.
Xaricdə hal-hazırda kərə yağı istehsalının artırılması üçün aş-
qarlardan istifadə edilməsi, müşahidə olunmaqdadır. Kərə yağı
dad əlavələri ancaq təbii şəkildə istifadə edilir ki, bu da onun tər-
kibinin və xüsusiyyətlərinin əsas komponentlərinin (yağ, zülal,
karbohidrat) nisbətlərinin nizamlanması hesabına kombinələşmə-
sinə və keyfiyyət yaxşılaşdırıcılarının (struktur stabilizatoru, aro-
matlaşdırıcı, rəngləyici və s.) istifadə edilməsinə imkan verir.
Süd məhsullarının kombinə edilməsinin xüsusilə perspektivli
istiqaməti bitki mənşəli xammalın süd əsaslı olmasıdır.
Bitki xammalı və onun emal məhsullarından istifadə edilmək-
lə süd yağı əsaslı məhsul istehsalı zamanı alınan məhsulun yüksək
orqanoleptik xüsusiyyətlərə və qida dəyərinə malik olması onun
geniş dairədə istifadəsini mümkün edir.
Son illər qida məhsulları istehsalında yerli bitki xammalından
istifadə edilməsi geniş inkişaf etmişdir. Bu, bahalı ərzaq ehtiyatları
sərfinə xeyli qənaət etməyə imkan verir.
23
1.3. FUNKSIONAL MƏQSƏDLI QIDA MƏHSULLARI VƏ
ONLARA VERILƏN TƏLƏBLƏR
Bütün qida məhsullarını ümumi və funksional məqsədli ol-
maqla 2 qrupa bölmək olar.
Funksional qida məhsullarına müəyyən məqsəd üçün nəzərdə
tutulan məhsullar aiddir. Bu əsasən qidanı təşkil edən maddələrin
pay (zülal, amin turşuları, vitaminlər, lipidlər, mikro və makro ele-
mentlər, qida lifləri və digər maddələr) miqdarının azaldılması və
ya artırılması ilə mümkün olur.
Son illər qidalanmaya dair elmdə yeni istiqamət-funksional qi-
dalanmanın konsepsiyası formalaşmışdır ki, bu da funksional
məhsulların istehsalının, realizəsinin nəzəri əsaslarının işlənməsi-
ni özündə birləşdirir.
Pozitiv (funksional, sağlam) qidalanma konsepsiyası ilk dəfə
Yaponiyada XX-ci əsrin 80-ci illərində yaranmışdır. Yapon tədqi-
qatçıları funksional məhsulların qida (enerji) dəyəri, xoşagələn
dad və müsbət fizioloji təsir kimi 3 əsas xüsusiyyətini müəyyən-
ləşdirmişlər:
Funksional qida məhsulları ənənəvi qida maddələrinə malik
olmaqla yanaşı insanın sağlamlığına xeyirli təsir etməli, orqanizm-
də müəyyən prosesləri nizamlamalı və bəzi xəstəliklərin qarşısını
ala bilmək xüsusiyyətinə malik olmalıdır.
Funksional qida məhsullarının insan orqanizminə təsir spektri
xeyli geniş olduğundan bir neçə qrupa bölünür. Bu baxımdan əsas
diqqət tibbi-bioloji tələblərə yönəldilir (şəkil 1.1). Funksional qida
məhsullarına verilən tələblər özünə məxsus spesifikliyə malikdir.
Məsələn, pəhriz, o cümlədən uşaqlar üçün pəhriz qida məhsulları
(ümumi təyinatlı) yağların, zülalların, amin turşularının, vitamin-
lərin, mikroelementlərin və s. məhdud miqdarda (yol verilən həd-
dədək olan miqdarı ilə) olması ilə seçilir.
Qida məhsullarının funksional istiqaməti əsasən onların resep-
tinə daxil edilən bioloji aktiv əlavələrdən asılıdır. Bunu nəzərə al-
Dostları ilə paylaş: |